Dadaşovdan 7-ci qol - Video

Dadaşovdan 7-ci qol - Video
VİDEO 30 Avqust 2020 / 12:17 3885
-  A +

ABŞ USL çempionatında 10-cu turun oyunları keçirilib.

Qol.az xəbər verir ki, milli komandamızın oyunçusu Rüfət Dadaşovun formasını geyindiyi  “Finiks Rayzinq” səfərdə “Reno” ilə üz-üzə gəlib. Dutbolçumuz matça 64-cü dəqiqədə daxil olub və 77-ci dəqiqədə fərqlənib. Bununla da Dadaşov mövsümdə 7-ci qolunu vurub.

Buna rəğmən oyun ev sahibinin 2:1 hesanblı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, “Finiks Rayzinq” 20 xalla B qrupunda liderdir.

Xatırladaq ki, Rüfət Dadaşov yığmamızın sentyabrın 5-də evdə Lüksemburq və sentyabrın 8-də səfərdə Kiprlə keçirəcəyi UEFA Millətlər Liqasının oyunlarına çağırılmayıb.




Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner