"Bu, bizim üçün çox böyük təcrübədir".
Bu fikirləri Makedoniyanın "Sileks" klubunun baş məşqçisi Qoran Simov "Qarabağ"la qarşılaşacaqları UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin oyunundan öncə mətbuat konfransında deyib.
45 yaşlı mütəxəssis gənc komanda olduqlarını bildirib: "Çox gənc komandayıq, ürəyimizdə həyəcan coşub-daşır. Ötən mövsüm bizə heç kim şans vermirdi, amma çempionatda ikinci yeri tutduq. Gənc komanda olduğumuz üçün təcrübə baxımından bizim üçün yaxşı olacağını düşünürük".
O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:
- Səhv etmirəmsə, məşqçi kimi avrokuboklarda ilk oyununuz olacaq. Özünüz necə, həyəcanlısınız?
- Futbolçu karyeramı 42 yaşımda bitirmişəm və böyük hissəsi “Sileks”lə məxsusdur. Ötən mövsüm son 8 turdakı uğurlu çıxış sayəsində şirin xəyalı gerçəkləşdirdik. Burada olduğumuz üçün şadıq.
- Mütəxəssislər “Qarabağ”ı favorit hesab edirlər. Siz rəqibi nədə üstələyə bilərsiniz?
- “Qarabağ” böyük klubdur. Böyük futbolçuları var, hansı ki, milli komandalarda çıxış edirlər. Amma biz bura arzularımızın arxasınca gəlmişik. Futbolçulara demişəm ki, 40 il siçan kimi yaşamaqdansa, bir gün aslan kimi yaşayaq. Bura gəlmək necə xəyal idisə, sabah da yeni xəyal üçün meydana çıxacağıq.
- Boş tribunalar önündə çıxış edəcəksiniz və qazonun durumu yaxşı deyil. Bu, komandanıza nə dərəcədə təsir edə bilər?
- Hətta evdə oynasaydıq belə, öz meydanımızda deyil, mərkəzi stadionda çıxış edəcəkdik. Orada isə 2 və ya 3 oyun keçirmişik. Bu səbəbdən elə bir fərqi yoxdur. Dediyiniz pis meydança Şimali Makedoniyadakı ən yaxşı meydançadan da yaxşıdır.
- Azərbaycanın 3 klubu Şimali Makedoniya təmsilçiləri ilə qarşılaşacaq. Hansı cütlükdə Şimali Makedoniya klubunun şansını daha çox görürsünüz?
- “Şkendiya”nı vurğulamaq istərdim. Onlar ölkənin ən güclü və pullu komandasıdır. “Şkendiya”nı növbəti mərhələyə daha şanslı sayıram.
- Mərhələ adlamaq istəyi uğur qazanmaq üçündür, yoxsa klubun büdcəsinə gəlir qazandırmaq üçün?
- Bura xəyallarımızın arxasınca gəlmişik. Pulu düşünmürük. Bir müddət əvvəl liqada qalmaq, həyatda qalmaq arzusunda idik. Amma indi buradayıq. Oyun 0:0 da ola bilər və ya “Qarabağ” 5:0, 7:0 hesabı ilə qalib gələ də bilər. Bizim üçün bunun elə bir fərqi yoxdur. Avrokubok həyəcanını yaşamaq istəyirik (Report).
"Hakimlərin maaşını düşünəndə adamın ürəyi ağrıyır"
"Çelsi"dən iddialı mövsüm hazırlığı - "Bizi ram etmək olmaz"
Azərbaycan klublarının yay transferləri - Yenilənir
İki “Qarabağ”lı ÇL-in ən yaxşıları arasında
Mundialın rekordçusu "Mançester Siti" oldu
"Qalatasaray"ın hücumçusuna göz dikdilər
Keyn yenidən "Barselona"nın hədəfində
"Heç kimi komandanın "beyni" adlandırmırıq" - Breno Almeyda
"Nyukasl" onları göndərdi
"Benfika"nın baş məşqçisi ola bilər
Klub onunla anlaşarsa, hər oyuna görə cərimə ödəyəcək
Ronaldonun 6-cı mundial hazırlığından - Video
Reqlament dəyişmədi, püşkün vaxtı dəqiqləşdi
İordaniya DÇ-2026 heyətini açıqladı
"10 nömrə" Bellinqemə həvalə olundu
"Sumqayıt"dan ayrılan futbolçu Qazaxıstan klubunda
“Ayaks”ın yeni baş məşqçisi müəyyənləşdi
Dante "Bavariya"da məşqçi təyin edildi
Domeniko Tedeskonun yeni klubu - Rəsmi
"Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
Milli Avstriya toplanışına başladı - Şəkillər
Cavid İmamverdiyevin yeni klubu müəyyənləşdi
Özbəkistan millisi DÇ-2026-ya bu 26 nəfərlik heyətlə gedir
Kurtua yetirməsi olduğu kluba investor kimi qayıtdı
Türkiyə millisinin DÇ-2026 üçün yekun heyəti açıqlandı
Azər Bağırov rəsmən "Şamaxı"da
"Sabah"ın futbolçusu DÇ-2026 heyətinə daxil edilmədi
"Qəbələ" daha iki futbolçu ilə yolları ayırdı