"Səbail"in yeni transferi olan makenodiyalı yarımmüdafiəçi Florian Kadriu klubun saytına müsahibə verib. Qol.az həmin müsahibəni təqdim edir.
– “Səbail”ə xoş gəlmisən! Yeni komanda ilə müqavilə imzaladın. Nə hisslər keçirirsən?
– İlk öncə, mənə inandığınıza görə, təşəkkür edirəm. Burada olmağıma çox şadam, keçirdiyim hissləri dillə ifadə etmək mümkün deyil. Çox sevinirəm.
– “Səbail”ə gəlməmişdən öncə Azərbaycan Premyer Liqasından nə məlumatın var idi?
– Bilirdim ki, Azərbaycanın yüksək səviyyəli liqası var. Burada oynayan həmyerlilərim liqanın güclü olduğunu bildirmişdilər.
– Öz oyun tərzini necə təsvir edə bilərsən?
– Oyunda sürətə və fərdi ustalığa daha çox güvənirəm.
– Yaxınların səni necə çağırır?
– Yaxınlarım məni Landi çağırır.
– Mövsüm 21.08.2020-ci il tarixində start verir. Mövsümdən həm şəxsi, həm də, komandadan gözləntilərin nədir?
– İnanıram k, mövsümə qələbələr ilə başlaya biləcəyik. Komanda ilə birlikdə klubun ambisiyalarını doğrultmağa çalışacağıq. Özüm şəxsən, ən yaxşı oyunumu göstərmək üçün əlimdən gələni edəcəyəm.
– “Səbail”in azarkeşlərinə ismarıcın nədir?
– Azakeşlərə ismarıcım odur ki, sizi məmnun etmək üçün ən yaxşı oyunumu göstərəcəyəm. Sizin dəstəyiniz çox vacibdir, komanda üçün 12-ci oyunçusunuz. Sizsiz futbolu təsəvvür etmək çox çətindir. Öz oyunum ilə sizə zövq yaşatmağa çalışacağam. Sizin üçün hər oyunda qol vurmaq üçün əlimdən gələni edəcəyəm.
UFC turniri Ağ Evdə!
"Hakimlərin maaşını düşünəndə adamın ürəyi ağrıyır"
"Çelsi"dən iddialı mövsüm hazırlığı - "Bizi ram etmək olmaz"
Azərbaycan klublarının yay transferləri - Yenilənir
İki “Qarabağ”lı ÇL-in ən yaxşıları arasında
Mundialın rekordçusu "Mançester Siti" oldu
"Qalatasaray"ın hücumçusuna göz dikdilər
Keyn yenidən "Barselona"nın hədəfində
"Heç kimi komandanın "beyni" adlandırmırıq" - Breno Almeyda
"Nyukasl" onları göndərdi
"Benfika"nın baş məşqçisi ola bilər
Klub onunla anlaşarsa, hər oyuna görə cərimə ödəyəcək
Ronaldonun 6-cı mundial hazırlığından - Video
Reqlament dəyişmədi, püşkün vaxtı dəqiqləşdi
İordaniya DÇ-2026 heyətini açıqladı
"10 nömrə" Bellinqemə həvalə olundu