Daha 3 güləşçimiz dünya çempionatı ilə vidalaşdı

Daha 3 güləşçimiz dünya çempionatı ilə vidalaşdı
GÜLƏŞ 16 Sentyabr 2019 / 18:34 3686
-  A +

Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir.

Qol.az xəbər verir ki, üçüncü yarış günündə yunan-Roma güləşi üzrə 3 çəkidə yarışan idmançılarımız mübarizəyə qaşulub.

Taleh Məmmədov (66 kq) təsnifat mərhələsində Bolqarıstan təmsilçisinə uduzub.

Elvin Mürsəliyev (77 kq) 1/16 finalda gürcü güləşçi Gela Bolkvadzeyə qalib gəlib – 8:0. 1/8 finalda isə iranlı pəhləvan Məhəmmədəli Abdulhəmid Gerayi ilə bacarmayıb – 0:7.

Beka Kandelaki (130 kq) təsnifat mərhələsində belaruslu rəqibi Pavel Rudakunu tuşe fəndi ilə üstələyib. O, 1/8 finalda alman idmançı Eduard Poppa 7:17 hesabı ilə uduzub.

Daha çox


Son xəbərlər
23.12.24  15:50

Mançini peşmandır