"Qarabağ" klubunun direktoru Əmrah Çəlikəl Azərbaycan Premyer Liqasının 4-cü turunda "Neftçi" ilə keçiriləcək oyunqabağı (15 sentyabr) Qol.az-ın sullarını cavablandırıb. O, rəqib azarkeşləri üçün biletin qiymətinin artırılacağı ilə bağlı xəbərlərə aydınlıq gətirib.
- Son günlər mətbuatda “Qarabağ” – “Neftçi” matçına biletin 51 manat olacağı ilə bağlı yayılan xəbərlər nə dərəcədə həqiqətə uyğundur?
- Bəli, bu barədə oxumuşuq. Bizim azarkeşlərin stadiona gəlməyinə maneə törətməklə gündəmə gəlmək fikrimiz yoxdur. Futbol azarkeşlər üçün oynanılır. Stadionda nə qədər çox azarkeş olsa, bizim üçün bir o qədər yaxşı olacaq. Bu, futbol bayramına çevriləcək. Deyilir ki, bilet 51 manat olacaq. Bu yazılar həqiqətə uyğun deyil. İstəyirik ki, oyunlarımıza çox azarkeş gəlsin. “Neftçi” azarkeşlərinin də oyuna başqa bir rəng qatacağına inanırıq. Bu baxımdan yazılanlar həqiqəti əks etdirmir. Belə bir fikrimiz yoxdur.
- Biletin yekun qiyməti müəyyənləşdirilib?
- Bizdə həmişə qiymətlər 1 manat olur. Bu qiymətlə də davam edəcəyik. Mümkün qədər çox azarkeşin gəlməsini istəyirik. Avropa Liqasında olan azarkeş sayının yerli çempionatda da təkrarlanmasını arzulayırıq. Biletin qiymətini qaldırmaqla buna nail olmayacağıq. Əgər Azərbaycan futbolu üçün çalışırıqsa, bunun birinci yolu azarkeşlərin stadiona gəlməsindən keçir. Ona görə də biletin qiymətini dəyişməyəcəyik. 1 manat olaraq qalacaq.
- Ötən mövsüm “Neftçi”nin "Qarabağ"la oyunun biletini 50 manat etməsi bu iki klub və azarkeşlər arasındakı münasibətlərə nə dərəcədə təsir göstərdi?
- Bunu özlərindən soruşsanız, yaxşı olar. Biz həmin gün də çıxıb futbol oynadıq. Bu turda da futbolumuzu oynayacağıq. Biz bilet qiyməti deyil, oyunumuzla, meydandakı mübarizəmizlə gündəmə gəlmək istəyirik. Bilet qiymətini qaldırmaq, azarkeşlərin stadiona gəlməsinə əngəl törətmək bizim edəcəyimiz işlər deyil. İnşallah, olmayacaq da.
- Deməli, “Qarabağ” "Neftçi" klubunun biletlə bağlı addımına adekvat cavab vermək fikrində deyil?
- Xeyr. Dediyim kimi, oynadığımız futbolla, qazandığımız nailiyyətlərlə adımızdan söz etdirmək istəyirik.
Ramiq AĞAMƏMMƏDOV
Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı
Almaniya - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Niderland da 100-ü keçdi
İtaliyalı futbolçu yüksək maaş tələb edir
"Real"dan Olise açıqlaması
Daha 1 il “Şahdağ Qusar”da
"Qarabağ" "Zirə"yə qalib gəldi
Niderland - İsveç: Heyətlər
"Turan Tovuz"da 2 ayrılıq
“Neftçi” onunla müqaviləni yenilədi
Millinin baş məşqçisi start heyəti planından danışdı
"Türk xalqını məyus etdiyim üçün üzr istəyirəm"
“Zirə”dən yeni transfer
Bölgə klubu məşqçisini göndərdi
"Vaxt itirəcəksən və mundiala hazır olmayacaqsan"
“Neftçi” heyətini braziliyalı futbolçu ilə gücləndirdi
"Xəcalət çəkirik, utanırıq" - Arda Güler
"Qarabağ" Avstriya klubu ilə qarrşılaşacaq
"Zirə" onunla yolları ayırdı