“Aleksandr Səmədovla daha çox futboldan, Azərbaycan millisindən danışırdıq. Yığmadakı durumu soruşurdu, özünün zamanında Azərbaycan millisinə getməməsinin səbəbini deyirdi”.
Qol.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev “YouTube”dəki “İbrakadabra” kanalına müsahibəsində deyib. Moskva "Dinamo"sunun hücumçusu Rusiya yığmasının sabiq futbolçusu olan Azərbaycan əsilli Səmədovla bağlı xatirələrini bölüşüb: “Onunla “Krılya Sovetov”da bir yerdə oynadıq. Bakıda keçirilən Avropa Liqasının finalının səfiri idi. Mənə Azərbaycana səfərindən danışdı. Belə başa düşdüm ki, Bakını çox bəyənib. Səmədov “krutoy mujik"dir”.
Şeydayevin sözlərinə görə, futbolçu karyerasını başa vurduqdan sonra yaşamaq üçün Azərbaycana köçməsi mümkündür: “Bakıda çoxlu sayda gözəl yer var. Məsələn, Heydər Əliyev Mərkəzinə getmək olar. Dənizkənarı Bulvarda xeyli restoran var. Ən bəyəndiyim şəhərləri belə sıralayardım: Sankt-Peterburq, Bakı və Moskva. Piter mənim üçün doğmadır, orada doğulmuşam. Bakı isə mənim üçün çox komfortdur. Ola bilər ki, futbolçu karyeramı başa vurandan sonra ora köçəm. Hələlik dəqiq deyə bilmərəm. Lakin bu variant tamamilə mümkündür. Azərbaycanda məni daha çox tanıyırlar. Amma Bakıda ulduz sayılmağımla razı deyiləm”.
Gənc forvard aparıcının “Azərbaycanlı futbolçulardan biri deyirdi ki, dindar olduğu, namaz qılıb, oruc tutduğu üçün böyük klubda oynamaq onda alınmayıb. Bu barədə nə deyə bilərsiniz?” sualını belə cavablandırıb: “İbadət etməyim mənə mane olmur. Bəlkə kimlərinsə bu cür stereotipləri var. Ancaq oruc tutan zaman məşq və ya ondan kənarda çətin olmur. Özümü normal hiss edirəm”.
Şeydayev Türkiyənin “Trabzonspor” klubunda özünü niyə göstərə bilməməsinə də toxunub: “Trabzonda niyə alınmadı? Çünki şans vermədilər, etibar etmədilər. Karyeramla bağlı heç nəyə görə təəssüflənmirəm”.
Yığma üzvü Rusiyanın “Zenit” komandasında çıxış edən zaman futbolçu Halkla bağlı bir əhvalat danışıb: “Zenit”də Halkın fiziki cəhətdən nə qədər güclü olduğunu göstərən video-çarxın çəkilişi zamanı Andrey Arşavin də var idi. Amma o, ikinci planda qalmışdı. Orda mənimlə bərabər bir neçə gənc futbolçu da topla oynayırdı, Halk zərbə vurandan sonra isə top partladı. Başqa bir epizodda Halk ad günü münasibəti ilə şamları üfürən vaxt Andreyin əlindəki tort uçdu. Arşavin mənim üçün əfsanədir, Halkdan üstündür”.
Qeyd edək ki, Ramil Şeydayev karyerası ərzində “Dinamo”, “Krılya Sovet”, “Zenit” və “Trabzonspor”la yanaşı, Slovakiyanın “Jilina” və “Qarabağ” komandalarının formasını geyinib (Report).
ÇL matçına çıxmamaq cəzasından son anda xilas oldu
La Liqanın ən bahalı futbolçuları kimlərdir?
“Şəki Siti”nin əzmkar geridönüş qələbəsi - Video
MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir
"Barselona"dan yeni rekord
"Bavariya"dan "Real"a keçə bilər
"Çelsi"nin kapitanı sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarını təsdiqlədi - Video
Çempionlar Liqası finalının bilet qiymətləri bəlli oldu
Millidən qayıtdıqdan sonra qol vura bilmir
Milliyə kimlər çağırıldı?
Qvardiola ÇL matçından öncə komandasını istirahətə göndərdi
"Barselona"nın qapıları Messinin üzünə açıqdır"
"Çelsi"yə transfer qadağası qoyuldu
“D” lisenziyalı məşqçi kursları keçiriləcək
"Şəki Siti"dən möhtəşəm geridönüş, "Şirvan"dan qələbə
“Neftçi” adının ağırlığını ortaya qoymalıyıq" - Kenan Piriç
AFFA-dan 500 min avroluq maaş iddialarına münasibət
"Barselona" baş məşqçisi ilə müqaviləni uzadır
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
Rui Jorjenin köməkçiləri açıqlandı
"Kütləvi şəkildə milliləşdirmə olmayacaq" - Sərxan Hacıyev
"Barselona" prezidentliyinə namizəd: "Nəticə utancvericidir"
"Liverpul" - "Qalatasaray" matçının hakimləri bilindi
Misli Premyer Liqasında 6 oyunun saatı məlum oldu
Tite istefaya göndərildi
Yarımfinalda ilk oyunların vaxtı açıqlandı
"Şamaxı" üçün ikiqat yubiley
16 yaşında Premyer Liqa rekordu qırdı
Emin Mahmudov "Neftçi"nin tarixinə belə düşdü
Musa “100”ə çatdı