"Qəbələ"nin Avropa Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi Tbilis "Dinamo"sunun məşqçisi Xisko Munyos Gürcüstanın "Eliga" nəşrinə müsahibə verib. Qol.az xəbər verir ki, ispaniyalı mütəxəssis təmsilçimizlə keçiriləcək oyunlar haqda fikirlərini bölüşüb.
- 1-ci təsnifat mərhələsindəki çıxışınızı necə dəyərləndirərdiniz?
- Avropa Liqasının 1-ci təsnifat mərhələsinin oyunlarına yaxşı hazırlaşmışdıq. Ev qarşılaşmasını yüksək səviyyədə keçirdik. Böyük hesabla qalib gəlib, mərhələni rahat adladıq. Bura qədərki nəticədən razıyıq. Növəbti rəqibimiz isə daha hazırlıqlı və enerjili komanda olacaq. Birinci raundu keçmək bizim üçün maksimum göstərici ola bilməz.
- "Qəbələ" sonuncu rəsmi oyununu mayın 19-da keçirib. Rəqib haqda nə dərəcədə məlumatlısınız?
- Məşqçilər heyəti bu yöndə dərin araşdırma apardı. Həmçinin oyunların videoyazılarını da izlədik. Yeganə problem komandaya qoşulan yeni futbolçulardır. Düşünürəm ki, bu məsələni də həll edib, oyunçularımıza kimin harada, necə oynadığını göstərəcəyik.
- Şansları bərabər qiymətləndirdiyinizi dediniz. Həqiqətən belədir?
- Həqiqətən də şanslar bərabərdir. Bizdən daha güclü və ya daha zəif rəqiblə düşsəydik, belə deməzdim. Mən bunu "Qəbələ" haqda topladığımız informasiyaya əsasən deyirəm. Əminəm ki, çox çətin oyun olacaq, amma futbolçularımıza inanıram. Bu inam son illər "Dinamo"nun keyfiyyətinin artmasının nəticəsidir. Komanda həm mənəvi, həm də fiziki cəhətdən çox yaxşı vəziyyətdədir. Azarkeşlərimizin "Dinamo Arena"da bizi dəstəkləməsi olduqca vacibdir. Qəbələdə hansı nəticənin qeydə alınmasından asılı olmayaraq, evdə tərəfdarlarımızın dəstəyinə ehtiyacımız olacaq.
- Necə düşünürsünüz, "Qəbələ"nin təlim-məşq toplanışında az oyun keçirməsini "Dinamo" üçün üstünlük saymaq olar?
- Bu mənada hər hansı üstünlüyümüz olduğunu düşünmürəm. "Qəbələ" heyətini təcrübəli futbolçularla gücləndirib. Söhbət avrokuboklardan gedirsə, bütün futbolçular meydanda maksimum güclərini ortaya qoyurlar. Məncə, burada rəqibə qarşı necə oynamaq elə də önəmli deyil. Əsas olan meydanda mübarizə aparmaqdır.
Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı
Almaniya - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Niderland da 100-ü keçdi
İtaliyalı futbolçu yüksək maaş tələb edir
"Real"dan Olise açıqlaması
Daha 1 il “Şahdağ Qusar”da
"Qarabağ" "Zirə"yə qalib gəldi
Niderland - İsveç: Heyətlər
"Turan Tovuz"da 2 ayrılıq
“Neftçi” onunla müqaviləni yenilədi
Millinin baş məşqçisi start heyəti planından danışdı
"Türk xalqını məyus etdiyim üçün üzr istəyirəm"
“Zirə”dən yeni transfer
Bölgə klubu məşqçisini göndərdi
"Vaxt itirəcəksən və mundiala hazır olmayacaqsan"
“Neftçi” heyətini braziliyalı futbolçu ilə gücləndirdi
"Xəcalət çəkirik, utanırıq" - Arda Güler
"Qarabağ" Avstriya klubu ilə qarrşılaşacaq
"Zirə" onunla yolları ayırdı