Bir müddət öncə Peşəkar Futbol Liqasının Texniki İdman Şöbəsinin rəisi təyin olunan Elgiz Abbasov Qol.az-a müsahibə verib. Təyinatından danışan qurum rəsmisi bəzi yeniliklərin olacağını bildirib.
- 2014-cü ildən PFL-də çalışırsan. Bu qurumda işlədiyin 5 ili qısaca necə xarakterizə edərdin?
- İlk növbədə yer ayırdığınız üçün təşəkkür edirəm. Suala cavab olaraq bildirim ki, 2014-cü ildə PFL-ə gəldim. Düşünürəm ki, həyatımda indiyə qədər atdığım ən düzgün addımlardan biridir. Elə ilk gündən PFL prezidenti Ramin Musayev və Aslan Şahgəldiyevin simasında digər əməkdaşların da dəstəyini, güvənini hiss etdim. Məncə, işləmək üçün ilk növbədə güvən və digər mənəvi tərəflər önəmlidir. Qalan məsələlər vaxt keçdikcə düzələr. PFL-in özəyində də güvən, mənəviyyat və məsuliyyət dayanır. Bu tip məqamlar şəxsən mənim üçün çox vacibdir. PFL-də geridə qalan bu 5 ildə çox şey öyrənmişəm. Əgər mənim də quruma bu və ya digər səpkidə dəstəyim olubsa, buna sevinərəm. İndiki məqamda bütün olanları sadalamaq istəmirəm. Sadəcə bir şeydən əminəm ki, nə etmişəmsə, məsuliyyəti tam hiss etmişəm və hər an özümü vicdanımla üz-üzə qoymuşam. Bütün addımlarımın özəyində vicdan olub.
- Bir neçə gün öncə PFL-də Texniki İdman Şöbəsinin rəisi təyin olundun. Bu təyinat necə gerçəkləşdi?
- Naxçıvanda keçirilən Azərbaycan kubokunun finalından sonra Muxtar Respublikada Heydər Əliyevin xatirəsinə həsr olunmuş 4-cü Naxçıvan kubokunu keçirib, Bakıya qayıtdıq. Məhz qayıtdıqdan sonra təyinatıla bağlı yekun təklif və müzakirə oldu. Ramin müəllimin təklifindən sonra Aslan Şahgəldiyevlə məsləhətləşdim, direktor Məlik Həsənovla danışdım və yeni müqaviləyə imza atdım.
- Ümumiyyətlə, yeni işin nədən ibarət olacaq?
- Bu, əslində Peşəkar Futbol Liqasının əsas departamentlərindən biri hesab olunur. Buraya sırf PFL-in əsasnaməsinə uyğun olaraq, müqavilələrin qəbul olunması, transfer məsələlərinin həyata keçirilməsi, təqvimin müəyyənləşdirilməsi, püşkatmanın təşkili, bundan əlavə, oyunlarının vaxtının və yerinin müəyyən edilməsi, klublarla kommunikasiya işləri, Klublar Komitəsi, DNT şirkəti (yayımçı şirkət, konkret olaraq, "CBC Sport" telekanalı) və AFFA-nın müvafiq departamentləri ilə daimi və sıx əməkdaşlığın yaradılması daxildir. Çalışacağam ki, bunların hamısını ən yüksək səviyyədə qurum.
- Artıq işinin icrasına başlamısan. Çətin deyil?
- Ayağım yer tutandan həyatla mübarizədə olmuşam. Çalışmışam ki, hansı işdə varamsa, bütünlüklə özümü buna həsr edim. Tanıyanlar bilir ki, heç vaxt ortada qalmamışam. Prinsip olaraq “ya olum, ya olmayım” kimi davranmışam. Düşünürəm ki, uğur qazanmaq üçün insan mütləq qorxularını, sualları əzib keçməlidir. Yoxsa həyatda heç nə etmək olmaz. Əgər hər hansı bir məsuliyyətin altına girmisənsə, çətinlikləri də göz önünə almalısan. Təyinatdan sonra sizin, eləcə də ətrafımda olan digər şəxslərin dəstəyi mənə əlavə güc verir.
- Mətbuata açıqlamanda bəzi yeniliklərin olacağına işarə vurmusan. Burada söhbət konkret olaraq, hansı yeniliklərdən gedir?
- Təyinat rəsmiləşdikdən sonra bayram günləri, şənbə və bazar bilmədən çalışıram. Ayrı-ayrı şöbələrdə olsaq da, Aslan Şahgəldiyevlə yenidən bir nöqtəyə vururuq. Bəli, yeniliklər olacaq. İlk növbədə klublarla olan əlaqələri gücləndiririk. Çalışırıq ki, klublara bütün işlərdə yardımçı olaq və onlarla işi müasir standartlara uyğun edək. Bunun üçün yeni “PFL baza” sistemi yaradılır. Bu baza elektron hakim protokollarını, elektron qaydada sənədlərin və müqavilələrin qəbulunu əhatə edəcək. Ümid edirik ki, çempionatın ilk turlarından yeni sistemi tətbiq etməyə başlayacağıq. Sistem hazır olduqdan sonra daha ətraflı məlumat verə bilərəm. Bundan əlavə, yeni mövsümün Əsasnaməsi hazırlanır. Əsasnamədə təkmilləşdirilmiş xeyli bənd olacaq. Standart oyun günü proqramı hazırlanıb və yaxın günlərdə klublara göndəriləcək. Hazırda üzərində işlədiyimiz, eləcə də gələcək planlarımıza daxil olan bəndlər kifayət qədərdir. Ümid edirik ki, çalışsaq, bütün bu məsələlər yoluna düşəcək.
- PFL daim media ilə yaxşı münasibətdə olub və sıx əməkdaşlıq edib. Qarşıdakı illərdə bunu inkişaf etdirmək üçün hansısa planlar varmı?
- Bu suala Aslan müəllim daha geniş cavab verə bilər. Sadəcə, bir şeydən əmin olun ki, PFL hər zaman KİV nümayəndələri ilə əməkdaşlığı işinin əsas tərkib hissəsi hesab edib. Mətbuatsız olmaz.
Elnur SALAHOV
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar
"Bavariya"nın Madrid zəfəri - Video
"Quba" "Şəki Siti" ilə üz-üzə
"Bavariya" "Real"a, "Arsenal" "Sportinq"ə qalib gəldi
6 qol və "Sabah"ın qələbəsi - Video
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov