"Atletiko"nun baş məşqçisi Dieqo Simeone mövsümün sonunda komandadan ayrılacağını açıqlayan Antuan Qrizmannın qərarına münasibət bildirib.
Qol.az-ın "Marca" nəşrinə istinadən yaydığı xəbərə görə, argentinalı mütəxəssis 28 yaşlı futbolçunun seçiminə hörmətlə yanaşdığını söyləyib. Təcrübəli çalışdırıcı fransalı yarımmüdafiəçinin getmək barədə düşündüyünü əvvəlcədən bildiklərini deyib:
"İlk növbədə bizimlə olduğu üçün futbolçuya minnətdaram. Yalnız ona təşəkkür edə bilərəm. Qrizmannı insan kimi çox istəyirəm. Digər insanların qərarlarını mühakimə etməməyi öyrənmişəm. Bu, siz jurnalistlərin işidir. Onun komanda üçün etdiklərinin qarşılığını vermək və əlavə heç nə tələb etməmək lazımdır.
Bilirdik ki, gedişi mümkündür. Onunla özüm təkbətək də söhbət etmişdim. Ona fikirlərimi məhəbbət və həssaslıqla çatdırdım. Həmin söhbət aramızda qalacaq. "Atletiko" ilə müqavilə yeniləyəndə hər şeyin olduğu kimi qalmayacağını bilirdim. Xuanfran, Filipe Luis, Dieqo Qodin, Qrizmann və Ernandesin gedəcəyindən xəbərim var idi. Artıq Rodri barədə də xəbərlər dolaşır. Ona görə yeni sözləşməyə qol çəkdim ki, "Atletiko" bizim hamımızdan böyükdür. Bu komandadan Torres, Forlan, Aquero, Dieqo Kota, Qrizmann kimi futbolçular gedib. Amma biz hələ də mübarizə aparırıq.
Biz gələcək Qrizman ola biləcək yeni futbolçular axtaracağıq. Eyni sözləri Rodri və Oblak haqda da deyə bilərəm. Səbirsizliklə bunu gözləyirəm və burada qalmaqdan məmnunam".
“Milan”dan ayrılacaqlar
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki
"Karyeramda belə məyusluq yaşamamışdım"
"Qəbələ" "Karvan-Yevlax"la qarşılaşdı
Oyundan imtina etdi, müdafiəçi ehtiyat qapıçı oldu
Azərbaycan millisi Litvadan xalla qayıdır
“İmişli” “Araz-Naxçıvan”a qalib gəldi
“Barselona”dan ayrıla bilər
"Napoli" onları göndərməyə hazırlaşır
Mahir qol vurdu, milli əsgər salamı verdi - Video
Şotlandiya - Azərbaycan matçının hakimləri açıqlandı
“Yuventus”a keçə bilər
“Real” Mbappenin millidə zədələnməsindən narazı qalıb
Litva - Azərbaycan: Heyətlər açıqlandı
41 yaşlı Modriç qol rekordunu yenilədi