"Arsenal" futbolçusu Henrix Mxitaryanı Bakıya gətirməyə bilər.
Qol.az-ın məlumatına görə, bu barədə "The Guardian" nəşri xəbər yayıb. Bildirilir ki, Azərbaycan və Ermənistan arasında davam edən siyasi gərginliyə görə "Arsenal" ötən həftə UEFA-dan Mxitaryanın təhlükəsizliyi üçün əlavə təminat tələb etmişdi.
"Danışıqlar davam edir. Klubun qərarı ən gec gələn həftənin əvvəli açıqlayacağı gözlənilir. Ancaq "topçular" nikbin deyil. Həm klub, həm də oyunçunun özü çox məyus olub".
"The Guardian" nəşri həmçinin finalın "Arsenal" tərəfindən boykot edilməsi məsələsini də araşdırıb və klubun bu fikirdə olmadığı vurğulanıb: "Arsenal" etiraz əlaməti olaraq, yarışdan çıxmağı realist addım hesab etmir. Çünki bununla çox şey itirilə bilər. Bu, həm titul, həm də Çempionlar Liqasına düşmək şansıdır. Eyni zamanda, finalda mümkün qələbə "Arsenal"a təxminən 60 milyon funt-sterlinq gəlir gətirəcək.
Ancaq ən vacibi, klubun finaldan imtina etmək ehtimalı barədə düşünmək məcburiyyətində olduğu bir vəziyyətdə qalmamasıdır".
Xatırladaq ki, "Arsenal" Mxitaryanın sərbəst hərəkət edə bilməsi üçün UEFA-dan həm səfər zamanı, həm də komandanın qalacağı otelin ətrafında hüquq-mühafizə orqanları əməkdaşlarının sayının artırlmasını tələb edib.
Eyni zamanda AFFA, Xarici İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi dövlətin adından çıxış edərək, finalda iştirak edən bütün iştirakçıların, o cümlədən Mxitaryanın təhlükəsizliyinə zəmanət verib.
“Milan”dan ayrılacaqlar
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki
"Karyeramda belə məyusluq yaşamamışdım"
"Qəbələ" "Karvan-Yevlax"la qarşılaşdı
Oyundan imtina etdi, müdafiəçi ehtiyat qapıçı oldu
Azərbaycan millisi Litvadan xalla qayıdır
“İmişli” “Araz-Naxçıvan”a qalib gəldi
“Barselona”dan ayrıla bilər
"Napoli" onları göndərməyə hazırlaşır
Mahir qol vurdu, milli əsgər salamı verdi - Video
Şotlandiya - Azərbaycan matçının hakimləri açıqlandı
“Yuventus”a keçə bilər
“Real” Mbappenin millidə zədələnməsindən narazı qalıb
Litva - Azərbaycan: Heyətlər açıqlandı
41 yaşlı Modriç qol rekordunu yenilədi