UEFA-nın Maliyyə Feyr-Pleyi üzrə İstintaq Palatası "Mançester Siti"ni avrokuboklardan kənarlaşdıra bilər.
Qol.az-ın "New York Times" qəzetinə istinadən yaydığı xəbərə görə, qurum rəhbərliyi İngiltərə klubunu maliyyə pozuntularına yol verdiyini hesab etdiyi üçün diskvalifikasiya etməyi planlaşdırır. İstintaq palatasının başçısı İv Letermin "Siti"ni ən az bir mövsüm müddətinə avrokuboklardan kənarlaşdrmağı istədiyi vurğulanır.
Bildirilir ki, Mançester təmsilçisi 2014-cü ildə maliyyə feyr-pley qaydalarını pozmaqda və sponsorluq müqavilələrinin həcmi barədə yanlış məlumatlar verməkdə günahlandırılır. UEFA həmin vaxt klubu 49 milyon funt-sterlinq məbləğində cərimələmişdi.
Qeyd olunur ki, İv Letermin başçılığı ilə müstəqil ekspertlər qrupu apreldə İsveçrədə "Mançester Siti" nümayəndələri ilə görüşüb, ancaq inandırıcı izahatlar almayıb. Amma klub bütün ittihamları rədd edib.
Qeyd edək ki, "Mançester Siti" 2018/2019 mövsümündə İngiltərə çempionu olub.
“Milan”dan ayrılacaqlar
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki
"Karyeramda belə məyusluq yaşamamışdım"
"Qəbələ" "Karvan-Yevlax"la qarşılaşdı
Oyundan imtina etdi, müdafiəçi ehtiyat qapıçı oldu
Azərbaycan millisi Litvadan xalla qayıdır
“İmişli” “Araz-Naxçıvan”a qalib gəldi
“Barselona”dan ayrıla bilər
"Napoli" onları göndərməyə hazırlaşır
Mahir qol vurdu, milli əsgər salamı verdi - Video
Şotlandiya - Azərbaycan matçının hakimləri açıqlandı
“Yuventus”a keçə bilər