Eden Hazard "Real"da - İddia

Eden Hazard "Real"da - İddia
DÜNYA FUTBOLU 13 May 2019 / 18:01 4763
-  A +

"Çelsi"nin yarımmüdafiəçisi Eden Hazardın "Real"a gözlənilən transferi gerçəkləşib.

Qol.az xəbər verir ki, bu barədə Fransanın dünyaca məşhur "L`Equipe" nəşri məlumat yayıb. Bildirilir ki, "zadəganlar" aparıcı futbolçusunu satmağa razılıq verib. "Kral klubu"nun belçikalı oyunçunun keçidi üçün London təmsilçisinə 100 milyon avro təzminat ödəyəcəyi iddia olunur. Qərarın Avropa Liqasının "Arsenal"la mayın 29-da Bakıda keçiriləcək final oyunundan sonra açıqlanacağı gözlənilir.

Qeyd edək ki, 2012-ci ilin yayından "Çelsi"də çıxış edən Hazardın ingilislərlə müqaviləsi gələn mövsümün sonuna qədər idi.

Son xəbərlər
11.05.24  18:57

"Barselona" onu satır