"Başakşəhər"dən vacib qələbə, "Trabzonspor" xal itirdi

"Başakşəhər"dən vacib qələbə, "Trabzonspor" xal itirdi
DÜNYA FUTBOLU 12 May 2019 / 22:07 4914
-  A +

Türkiyə Superliqasında 32-ci turun oyunları davam edir.

Qol.az-ın məlumatına görə, bu gün daha 4 oyun keçirilib.

Səfərdə "Konyaspor"un qonağı olan "Trabzonspor" xal itirib - 2:2. "Kayserispor" "Kasımpaşa"ya 2:1 hesabı ilə qalib gəlib. "Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiçin çıxış etdiyi "Ərzurumspor" səfərdə "Malatyaspor"a 1:3 hesabı ilə uduzub.

Evdə "Ankaragücü"nü qonaq edən "Başakşəhər" isə vacib qələbə qazanıb. İlk hissədə 0:1 hesabı ilə məğlub duruma düşən İstanbul klubu ikinci yarıda vurduğu qollarla qalib gəlib.


12 may

"Konyaspor" - "Trabzonspor" - 2:2
Qollar:
H. Rodayyeqa, 11 (0:1), Y. Yonsson, 17 (1:1), M. Fofana, 45 (2:1), J. Sosa, 78 (2:2)

"Kayserispor" - "Kasımpaşa" - 2:1
Qollar:
S. Ben Yossef, 26 (0:1), A. Qyan, 74 (1:1), 79 (2:1)

"Başakşəhər" - "Ankaragücü" - 2:1
Qollar:
T. Boyd, 17 (0:1), R. Bayiç, 46 (1:1), Robinyo, 62 (2:1)

"Malatyaspor" - "Ərzurumspor" - 3:1
Qollar:
D. Aleksiç, 50 (1:0), T. Bifuma, 61 (2:0), R. Muhammed, 75 (2:1), Ö. Şişmanoğlu, 90 (3:1)


Qeyd edək ki, bu qələbədən sonra xallarını 66-ya yüksəldən "Başakşəhər" lider "Qalatasaray"a çatıb. "Ankaragücü" 37 xalla 14-cü sırada qalıb. 57 xalı olan "Trabzonspor" 4-cü, 42 xallı "Konyaspor" 6-cıdır. 11-ci pillədəki "Kayserispor"un 40, 13-cü "Kasımpaşa"nın 38 xalı var. "Malatyaspor" 47 xalla 5-ci, "Ərzurumspor" isə 32 xalla 17-cidir.

Son xəbərlər
11.05.24  18:57

"Barselona" onu satır