İngiltərənin çempionu - "Mançester Siti"!

İngiltərənin çempionu - "Mançester Siti"!
DÜNYA FUTBOLU 12 May 2019 / 19:55 5601
-  A +

İngiltərə Premyer Liqasında 2018-2019 mövsümünün qalibi müəyyənləşib.

Qol.az-ın məlumatına görə, son turda səfərdə "Brayton"a 4:1 hesabı ilə qalib gələn "Mançester Siti" xallarının sayını 98-ə çatdıraraq, liderliyini qoruyub və ardıcıl 2-ci, ümumilikdə isə 6-cı dəfə çempion olub. "Şəhərlilər"in ən yaxın izləyicisi "Liverpul" isə evdə "Vulverhempton"u 2:0 hesabı ilə məğlub etməsinə baxmayaraq, liderdən 1 xal geri qalıb və gümüş medallarla kifayətlənib.

Mövsümü 72 xalla başa vuran "Çelsi" 3-cü, 71 xallı "Tottenhem" isə 4-cü olub. Beləliklə, "Mançester Siti" və "Liverpul"la yanaşı, bu iki London klubu da Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə əldə ediblər.

Londonun digər təmsilçisi "Arsenal" 70 xalla mövsümü 5-ci pillədə bitirib və Avroliqanın qrupunda oynamaq hüququ qazanıb. 66 xalı olan "Mançester Yunayted" isə 6-cı yerlə kifayətlənib. "Qırmızı şeytanlar" gələn mövsüm Avropa Liqasında mübarizəyə təsnifat mərhələsindən başlayacaq.

Qeyd edək ki, "Kardiff Siti", "Fulhem" və "Haddersfild" isə Premyer Liqanı tərk ediblər.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner