Superliqaya yüksələn iki klub müəyyənləşdi

Superliqaya yüksələn iki klub müəyyənləşdi
DÜNYA FUTBOLU 12 May 2019 / 19:30 5630
-  A +

Türkiyənin PTT birinci liqasından elitaya yüksələn iki klub müəyyənləşib.

Qol.az-ın məlumatına görə, ilk iki pillənin sahibləri - "Gənclərbirliyi" (70 xal) və "Dənizlispor" (69 xal) komandaları vaxtından əvvəl Superliqaya vəsiqəni təmin ediblər. Son tur öncəsi "Gənclərbirliyi" ən yaxın izləyicisi "Hatayspor"u 6, "Dənizlispor"u isə 5 xal qabaqlayır.

Qeyd edək ki, "Gənclərbirliyi" 1, "Dənizlispor" isə 9 illik fasilədən sonra yenidən Superliqaya çıxıblar.

Son xəbərlər