Yayda "Mançester Yunayted"lə müqaviləsi başa çatacaq Xuan Mata İspaniyaya qayıda bilər.
Qol.az-ın "Diario Sport" nəşrinə istinadən yaydığı xəbərə görə, "qırmızı şeytanlar"ın yeni sözləşmə təklifini rədd edən ispaniyalı yarımmüdafiəçi "Barselona"da oynamaq istəyir. Kataloniylar 31 yaşlı futbolçu ilə hələ yanvar ayında danışıq aparsa da, onu azad agent kimi transfer etmək üçün mövsümün sonunu gözləməyi məqsədəuyğun saymışdı.
Artıq Mata "Barselona" rəhbərliyinə öz şərtlərini çatdırıb. Təcrübəli oyunçu 2+1 illik müqavilə və ilinə 5 milyon avro məvacib tələb edir.
Qeyd edək ki, 2011-ci ilin yayında "Valensiya"dan "Çelsi"yə keçən Mata 2,5 ildən sonra "Mançester Yunayted"ə transfer olunub.
“Milan”dan ayrılacaqlar
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki
"Karyeramda belə məyusluq yaşamamışdım"
"Qəbələ" "Karvan-Yevlax"la qarşılaşdı
Oyundan imtina etdi, müdafiəçi ehtiyat qapıçı oldu
Azərbaycan millisi Litvadan xalla qayıdır
“İmişli” “Araz-Naxçıvan”a qalib gəldi
“Barselona”dan ayrıla bilər