"Enfild"də hər şey ola bilər. Burada çox özəl gecələr olub. Biz də şansımızı yoxlayacağıq. "Barselona"nı mübarizədən kənarlaşdıracağımıza hələ də inanırıq. "Enfild"də azarkeşlər oyunun bir parçasıdır".
Qol.az-ın məlumatına görə, bu sözləri "Liverpul"un futbolçusu Aleksander Arnold Çempionlar Liqasının yarımfinalında "Barselona" ilə bu gün keçiriləcək cavab oyunu öncəsi deyib.
O, Kataloniya klubunun hücumçusu Messidən qorxmadıqlarını söyləyib: "Əslində, Messidən çəkinmirik. Ona hörmət edirik, amma qorxmuruq. Dünyanın ən yaxşı futbolçudur. İlk matçda 80 dəqiqə ona nəzarət etdik. Son 10 dəqiqədə nələrin olduğunu isə hamı gördü".
Arnold komanda yoldaş Məhəmməd Salahın zədə səbəbindən bu matçda oynamamağı haqda da danışıb: "Mütəmadi oynamayan biri üçün fürsət olacaq. Salahın əvəzinə oynayacaq yoldaşımız qol vursa, bizdə geridönüş edə bilsək, bu, sonsuza qədər xatırlanacaq".
“Milan”dan ayrılacaqlar
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki
"Karyeramda belə məyusluq yaşamamışdım"
"Qəbələ" "Karvan-Yevlax"la qarşılaşdı
Oyundan imtina etdi, müdafiəçi ehtiyat qapıçı oldu
Azərbaycan millisi Litvadan xalla qayıdır
“İmişli” “Araz-Naxçıvan”a qalib gəldi
“Barselona”dan ayrıla bilər