"Mançester Yunayted"in sabiq kapitanı Qari Nevill İngiltərə Premyer Liqasının son turunda "Haddersfild"lə 1:1 hesablı heç-heçədən sonra komandanı tənqid edib.
Qol.az-ın "Sky Sports" nəşrinə istinadən yaydığı xəbərə görə, veteran müdafiəçi elitanı tərk edəcəyi dəqiqləşən autsayderin "qırmızı şeytanlar"dan daha yaxşı təsir bağışladığını bildirib:
"Haddersfild" bütün mövsüm ərzində problem yaşayıb. Onların oyunlarına baxmısınız, sadəcə, səviyyələri kifayət qədər yüksək deyil. Ancaq açığı, rəqibin oyununu daha çox bəyəndim. Hazırkı "Mançester"də heç nə xoşuma gəlmir. Bu, sadəcə, dəhşətdir".
Q. Nevill hazırkı "Mançester Yunayted"in komanda olmadığını söyləyib: "Məşqçi istəyir ki, komanda onun xoşuna gəlsin. Sulşerə baxıram, təsəvvür edə bilmirəm ki, o, vəziyyətdən məmnundur. Ümumiyyətlə, bu, komanda deyil. Hazırkı durum mənə "Tottenhem"i xatırladır. Poçettino komandanın sükanı arxasına keçdikdən sonra Kabul, Adebayor, Kapu kimi ruhsuz futbolçuları göndərdi. O, komandanı kərpic-kərpic qurmağa başladı. Ole də eynisini etməlidir. Klub üçün təcrübəli idman direktoru tapmaq əla olardı. O, baş məşqçiyə kömək edərdi".
Qeyd edək ki, "Mançester Yunayted"in yetirməsi olan Nevill 1992-2011-ci illərdə mankunyanların formasını geyinib.
“Milan”dan ayrılacaqlar
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki
"Karyeramda belə məyusluq yaşamamışdım"
"Qəbələ" "Karvan-Yevlax"la qarşılaşdı
Oyundan imtina etdi, müdafiəçi ehtiyat qapıçı oldu
Azərbaycan millisi Litvadan xalla qayıdır
“İmişli” “Araz-Naxçıvan”a qalib gəldi
“Barselona”dan ayrıla bilər