Bir neçə gün öncə məşqdə infartk keçirdiyi üçün xəstəxanaya yerləşdirilən və əməliyyat olunan "Portu"nun qapıçısı İker Kasilyas evə buraxılıb.
Qol.az-ın "Marca" nəşrinə istinadən yaydığı xəbərə görə, bu barədə ispaniyalı qolkiper özü məlumat verib. 37 yaşlı oyunçu ona dəstək olanlara, klinikanın işçilərinə, xüsusilə də onu əməliyyat edən həkim Joa Karluş Nelsona təşəkkürünü bildirib:
"Hamıya minnətdaram. Çox şanslıyam ki, insanlar onlara lazım olduğumu mənə hiss etdirdilər. Belə hallarda bu, sevinc gətirir. Şadam ki, bu qədər adam xəstəxanaya gəlib. Klinikaya və həkimim Joa Karluş Nelsona təşəkkürümü bildirirəm. Həmçinin sosial şəbəkələr vasitəsilə futbolun fərqli sferalarından aldığım mesajlara görə "çox sağ ol" deyirəm".
Kasilyas bundan sonra futbol oynayıb-oynamayacağı ilə bağlı suala isə bu cür cavab verib: "Hələ ki, bir az gözləmək lazımdır. Əsas odur ki, ayaq üstdə dura və sakit danışa bilirəm. Gözlədiyinizə görə çox sağ olun. Tezliklə görüşərik".
Qeyd edək ki, "Marca" nəşri daha əvvəl Kasilyasın bundan sonra meydana qayıdacağının inandırıcı olmadığını yazıb.
“Milan”dan ayrılacaqlar
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki
"Karyeramda belə məyusluq yaşamamışdım"
"Qəbələ" "Karvan-Yevlax"la qarşılaşdı
Oyundan imtina etdi, müdafiəçi ehtiyat qapıçı oldu
Azərbaycan millisi Litvadan xalla qayıdır
“İmişli” “Araz-Naxçıvan”a qalib gəldi
“Barselona”dan ayrıla bilər