"Liverpul"un zədəli futbolçusu Məhəmməd Salahın durumuna aydınlıq gəlib.
Qol.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Yurgen Klopp bu gün keçirilən mətbuat konfransında danışıb.
O, misirli hücumçunun Çempionlar Liqasının yarımfinalının "Barselona" ilə cavab matçında iştirak edə bilməyəcəyini deyib: "Salah özünü yaxşı hiss edir. Ancaq həkimlər oynamağa icazə vermir. Çox məyusuq, lakin heç bir şey edə bilmərik".
Xatırladaq ki, "Liverpul"un daha bir hücumçusu Roberto Firmino də zədə səbəbindən "Barselona" ilə görüşü buraxacaq.
Sabah keçiriləcək "Liverpul" - "Barselona" oyunu saat 23:00-da başlayacaq. Komandalar arasında "Nou Kamp"da oynanılan matç "Barsa"nın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
“Milan”dan ayrılacaqlar
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki
"Karyeramda belə məyusluq yaşamamışdım"
"Qəbələ" "Karvan-Yevlax"la qarşılaşdı
Oyundan imtina etdi, müdafiəçi ehtiyat qapıçı oldu
Azərbaycan millisi Litvadan xalla qayıdır
“İmişli” “Araz-Naxçıvan”a qalib gəldi
“Barselona”dan ayrıla bilər