“Qəbələ”nin yarımmüdafiəçisi Ceyms Adeniyi Qol.az-a müsahibə verib. Ölkə kubokunun yarımfinal mərhələsinin “Qarabağ”la ilk oyununda qazandıqları qələbədən (1:0) və vurduğu qoldan danışan nigeriyalı futbolçu əyalət klubundakı gələcəyinə də toxunub.
- Dünən kubokun yarımfinal mərhələsinin ilk oyununda evdə “Qarabağ”ı minimal hesabla məğlub etdiniz. Qələbəni necə şərh edərdiniz?
- Hər iki tərəf üçün yaxşı və maraqlı oyun alındı. Deyərdim ki, şanslı komanda oyunu uddu. Əlimizə düşən fürsətdən maksimum yararlandıq və evdə vacib qələbə qazandıq. Artıq cavab matçı barədə düşünmək olar.
- “Qəbələ” məhz sizin vurduğunuz yeganə qolla qələbə qazandı. Bununla bağlı da təəssüratlarınızı bilmək maraqlı olardı...
- Əlbəttə, qol vurduğum üçün sevincliyəm. Özü də belə bir oyunda fərqlənmək daha gözəldir. Ancaq bundan da önəmlisi komandanın qalib gəlməsidir. Buna daha çox sevinirəm.
- Bir həftə sonra Bakıda cavab matçı olacaq. Demək olar ki, “Qəbələ” finala “Qarabağ”dan daha yaxındır?
- Açığı, hələ final haqda danışmaq tezdir. Çünki sizin də dediyiniz kimi qarşıda hələ cavab oyunu var. Ona görə də “Qəbələ”nin daha şanslı olduğunu deyə bilmərəm. Hər şey ikinci qarşılaşmadan sonra həll olunacaq.
- Maraqlıdır ki, “Qəbələ” bu mövsüm ilk dəfə “Qarabağ”ı məğlub edə bildi. Yəqin, qələbəni sizin üçün xüsusi edən amillərdən biri də budur.
- Yox, mən belə düşünmürəm. Futbol elədir ki, burada udmaq da var, uduzmaq da var, heç-heçə etmək də. Odur ki, belə şeylərə çox da fikir vermirəm.
- “Qarabağ” sizə qarşı əsasən ehtiyatda qalan oyunçularla mübarizə apardı. Qurban Qurbanov əsas heyət üzvlərinə istirahət vermişdi...
- Hamı bilir ki, “Qarabağ” hazırda heyətinə görə Azərbaycanın ən yaxşı komandasıdır. Orada yaxşı futbolçular çoxdur. Hər bir futbolçusu əsas heyətdə oynamağa layiqdir.
- “Qəbələ” üç gün sonra Azərbaycan Premyer Liqasında da vacib oyuna çıxacaq. Üçüncü yer uğrunda matçda “Səbail”lə qarşılaşacaqsınız. Həmin oyun haqda nə düşünürsünüz?
- Bizim üçün hər bir oyun vacibdir. Digər matçlarda necə mübarizə aparmışıqsa, bu dəfə də elə olacaq. Əsas istəyimiz 3 xal qazanmaqdır.
- Hazırda sizin üçün hansı daha vacibdir: kubok, yoxsa çempionatda 3-cü yer?
- Hər ikisi. Həm kuboku qazanmaq, həm də 3-cü olmaq istəyirik.
- “Qəbələ” ilə hələ 2 illik müqaviləniz var. Gələcəyiniz haqda nə fikirləşirsiniz?
- “Qəbələ”də özümü xoşbəxt hiss edirəm. Ona görə hələ ən azı 2 il də burada oynamaq istəyirəm.
Elnur SALAHOV
Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı
Almaniya - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Niderland da 100-ü keçdi
İtaliyalı futbolçu yüksək maaş tələb edir
"Real"dan Olise açıqlaması
Daha 1 il “Şahdağ Qusar”da
"Qarabağ" "Zirə"yə qalib gəldi
Niderland - İsveç: Heyətlər
"Turan Tovuz"da 2 ayrılıq
“Neftçi” onunla müqaviləni yenilədi
Millinin baş məşqçisi start heyəti planından danışdı
"Türk xalqını məyus etdiyim üçün üzr istəyirəm"
“Zirə”dən yeni transfer
Bölgə klubu məşqçisini göndərdi
"Vaxt itirəcəksən və mundiala hazır olmayacaqsan"
“Neftçi” heyətini braziliyalı futbolçu ilə gücləndirdi
"Xəcalət çəkirik, utanırıq" - Arda Güler
"Qarabağ" Avstriya klubu ilə qarrşılaşacaq
"Zirə" onunla yolları ayırdı
Ronaldinyo karyerasını bərpa edir
Türkiyə ilə oyunda mundialın rekorduna imza atdı