Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatı davam edir.
Beşinci yarış günündə yunan-Roma güləşi üzrə 55, 63, 77, 87 və 130 kq-da çıxış edən güləşçilər mübarizəyə start verib.
Qol.az-ın məlumatına görə, dünya və Avropa çempionu Eldəniz Əzizli ilk görüşündə serb güləşçini cəmi 1 dəqiqə 54 saniyəyə məğlub edib. Eldəniz 1/4 finalda əsas rəqiblərindən sayılan gürcü idmançıya da heç bir şans tanımayıb və vaxtından əvvəl qələbə qazanaraq yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında Rusiya güləşçisinə uduzan Əzizli aprelin 13-də bürünc medal uğrunda türk idmançıyla güləşib və çətinlik çəkmədən qələbə qazanıb.
Taleh Məmmədov təsnifat mərhələsində Moldova təmsilçisindən güclü olub. Daha sonra yerli idmançıyla görüş gərgin mübarizə şəraitində keçib və yenə sevinən tərəf təmsilçimiz olub. Beləliklə, Taleh də yarımfinala adlayıb. Ancaq bu mərhələdə Norveç idmançısına yenilib. Məmmədov da bu gün 3-cü yer uğrunda mübarizə aparıb. Rəqib fiziki göstəriciləriylə seçilən erməni güləşçi olub. Əsl güləşçi xarakteri nümayiş etdirən Taleh parlaq qələbəylə Avropa 3-cüsü olub.
Elvin Mürsəliyev ilk mərhələdə alman həmkarına müqavimət göstərə bilməyib. Rəqib finala yüksəldiyindən Elvin aprelin 13-də təsəlliverici görüşə çıxıb. Mürsəliyev dünya və Avropa çempionu olmuş erməni Arsen Culfalakyana minimal fərqlə uduzub.
İslam Abbasov startda çətinliklə də olsa, alman rəqibinə qalib gəlib. Yığma üzvü 1/8 finalda olimpiya çempionu ilə üz-üzə gəlib. Ancaq rəqibindən çəkinməyən Abbasov Rusiya təmsilçisini də məyus edərək 1/4 finala vəsiqə qazanıb. İslam növbəti mərhələdə Ermənistanın dünya və Avropa çempionu ilə üz-üzə gəlib. Qarşılaşmanın əvvəlindən sonuna kimi rəqibindən üstün olan Abbasov parlaq qələbə qazanaraq yarımfinala vəsiqə qazanan 3-cü yunan-Roma güləşçimiz olub. İslam yarımfinalda da əla güləş sərgiləyərək belaruslu rəqibinə sevinmək imkanı verməyib. Beləliklə, Abbasov ilk dəfə böyüklər arasında Avropa çempionatının finalına vəsiqə qazanıb. İslam aprelin 13-də həlledici qarşılaşmada son Olimpiadanın gümüş medalçısı, dünya və Avropa çempionu Jan Belenyukla üz-üzə gəlib. İlk hissəni minimal fərqlə öndə bitirən Abbasov ikincisi hissədə buraxdığı bir səhvin qurbanı olub və gümüş medalla kifayətlənib.
Qeyd edək ki, bu, İslamın böyüklər arasında Avropa çempionatında ilk medalıdır.
Sabah Şəriəti debütdə Çexiya pəhləvanı üzərində inamlı qələbə qazanıb. Ancaq daha sonra türkiyəli dünya çempionuna uduzub. Rza Kayaalpın finala yüksəlməsi Şəriətiyə mübarizəni aprelin 13-də təsəlliverici görüşlə davam etdirmək imkanı verib. Sabah ilk təsəlliverici görüşdə çətinlik çəkmədən xorvat güləşçini mübarizədən kənarlaşdırıb. İkinci təsəlliverici görüşdə yerli idmançıyla qarşılaşan yığma üzvü hakimlərin qərəzli idarəçiliyi fonunda xalçadan məğlub ayrılıb.
55 kq
Təsnifat - Eldəniz Əzizli - Sebastyan Kolompar (Serbiya) - 9:0
1/4 final - Eldəniz Əzizli - Nuqzari Tsurtsumia (Gürcüstan) - 9:0
1/2 final - Eldəniz Əzizli - Vitaliy Kabaloev (Rusiya) - 5:7
Bürünc medal görüşü - Eldəniz Əzizli - Şerif Kılıc (Türkiyə) - 8:0
63 kq
Təsnifat - Taleh Məmmədov - Donior İslamov (Moldova) - 8:3
1/4 final - Taleh Məmmədov - Mihay Radu Mihut (Rumıniya) - 8:7
1/2 final - Taleh Məmmədov - Stiq-Andre Berqe (Norveç) - 2:5
Bürünc medal görüşü - Taleh Məmmədov - Slavik Qalstyan (Ermənistan) - 6:2
77 kq
Təsnifat - Elvin Mürsəliyev - Roland Şvarts (Almaniya) - 0:6
Təsəlliverici görüş - Elvin Mürsəliyev - Arsen Culfalakyan (Ermənistan) - 1:2
87 kq
Təsnifat - İslam Abbasov - Denis Kudla (Almaniya) - *1:1
1/8 final - İslam Abbasov - David Çakvetadze (Rusiya) - 2:1
1/4 final - İslam Abbasov - Maksim Manukyan (Ermənistan) - 6:1
1/2 final - İslam Abbasov - Nikolay Stadub (Belarus) - 4:0
FİNAL - İslam Abbasov - Jan Belenyuk (Ukrayna) - 1:5
130 kq
Təsnifat - Sabah Şəriəti - Stepan David (Çexiya) - 7:1
1/8 final - Sabah Şəriəti - Rza Kayaalp (Türkiyə) - 0:5
Təsəlliverici görüş - Sabah Şəriəti - Ante Milkoviç (Xorvatiya) - 10:2
Təsəlliverici görüş - Sabah Şəriəti - Alin Aleksuk Kiurariu (Rumıniya) - 0:2
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü
“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video
Almaniya millisi ilə vidalaşdı
Yenə Gəncə, yenə ən çox azarkeş!
1000-ci oyun, 550-ci qələbə
Simoenedən Mourinyoya: "Sərhədi keçməməlisən"
Ağır məğlubiyyətdən sonra istefa verdi
Kadıköydə qol yağışı - Video
Messi 930-cu qolunu vurdu - Video