Əliyevdən qızıl, Mustafayevdən gümüş, Hacıyevdən bürünc medal - Yenilənib

Əliyevdən qızıl, Mustafayevdən gümüş, Hacıyevdən bürünc medal - Yenilənib
GÜLƏŞ 9 Aprel 2019 / 21:40 5350
-  A +

Azərbaycanın daha bir sərbəst güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Qol.az xəbər verir ki, 65 kq çəki dərəcəsində mübarizə aparan üçqat dünya ikiqat Avropa çempionu Hacı Əliyev finalda türkiyəli  Selahəttin Kılıcsallayanı məğlub edib – 7:0. Bununla da idmançımız üçüncü dəfə Avropanın ən güclüsü adını qazanıb.

Daha bir sərbəst güləşçimiz Ağahüseyn Mustafayev (70 kq) finalda Mustafa Kaya ilə üz-üzə gəlib. Görüş türkiyəli idmançının qələbəsi ilə başa çatıb - 6:2.

97 kq-dakı Nurməhəmməd Hacıyev isə bürünc medal uğrunda görüşdə Makedoniya təmsilçisi Məhəmmədhacı Nurovu sınağa çəkib və 5:0 hesabı ilə qalib gəlib.

Həmçinin, dünən 1/4 finalda uduzan Mahir Əmiraslanov təsəlliverici görüşdə Zuheyir Əl Oraj (Fransa) ilə qarşılaşıb. 57 kq-da mübarizə aparan idmançımız qələbə qazanaraq bürünc medal uğurunda yarışa çıxıb. Mahir bu mərhələdə bolqarıstanlı Georgi Vangelova qalib gələrək turniri bürünc medalla başa vurub.

Qeyd edək ki, bu gün Cəbrayıl Həsənov da Avropa çempionu olub. Onun rəqibi zədə səbəbindən final görüşünə çıxmadığı üçün idmançımız qızıl medala yiyələnib.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı