"Mənə görə problem Sarrinin oyun üslubunda deyil. Hər şey futbolçuların meydanda özlərini necə göstərmələrindən asılıdır. Sizdən necə oynamağı istəsələr, yaxşı futbolçu kimi bunu etməyə çalışmalısınız".
Qol.az-ın xəbərinə görə, bu sözləri "Səbail"in yarımmüdafiəçisi Maykl Essyen "goal.com"a müsahibəsində deyib. Sabiq komandası "Çelsi"nin bu mövsümdəki çıxışı barədə danışan qanalı futbolçu oyunçuların baş məşqçisi Mauritsio Sarrinin tapşırıqlarına əməl etməli olduqlarını söyləyib:
"Baş məşqçi komandanın bossudur. Bütün futbolçular ona qulaq asmalı və komandanın xeyirinə olan tapşırıqlarını yerinə yetirməlidirlər".
Sarrinin oyun üslubunun tənqid olunmasına da münasibət bildirən Essyen bunun doğru olmadığını düşünür: "Komandada hər şey baş məşqçinin səlahiyyətindədir və burada digərlərinin nə düşündüyü elə də önəmli deyil. Onun öz oyun üslubu var. Hər gün məşqdə futbolçuları görür, onların zəif və güclü tərəflərini bilir. Əgər çalışdırıcı deyirsə ki, bu futbolçu filan mövqeədə oynayacaq, burada edə biləcəyiniz heç nə yoxdur. Biz yalnız "Çelsi" azarkeşləri kimi hansı futbolçunun harada oynamasından asılı olmayaraq, qələbə qazanması üçün komandanı dəstəkləməliyik".
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
“Qarabağ” “Sabah”ı təbrik etdi
Bravo, “Sabah”!
Azərbaycan millisi “Antalyaspor”a qalib gəldi
"Qalatasaray" - "Barselona" matçının heyətləri açıqlandı
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
Premyer Liqa klubları zərərlə işləyir
"Bu söhbətlərdən yorulmuşam"
“Real” La Liqanın oyun təqvimindən narazı qaldı
Azarkeşlər son anda qadağa ilə üzləşdi
"Sabah" - "Slaviya" matçının heyətləri açıqlandı
Danimarkanın tanınmış klubu satıla bilər
“Fənərbaxça” ilə oyun öncəsi “Aston Villa”da itkilər
“Yuventus” Ronaldo ilə bağlı qərardan şikayət etdi
"Sabah"ın U-19 komandası "Slaviya"ya uduzdu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
A Seriyasında daha bir baş məşqçi istefası
Azərbaycan millisi dünya çempionatına heç-heçə ilə başladı
“Borussiya” Niko Kovaçla müqaviləni uzatdı