"Qəbələ"nin hücumçusu Stiven Monroz Qol.az-a müsahibə verib. Topaz Premyer Liqanın 21-ci turunda "Neftçi" ilə keçiriləcək oyun haqda fikirlərini açıqlayan fransalı futbolçu digər məqamlara da toxunub.
- Bu gün çempionatda "Qəbələ"ni "Neftçi" ilə çətin oyun gözləyir. Liderlə matç haqda nə düşünürsünüz?
- "Neftçi" - "Qəbələ" oyunu hər iki komandanın qarşısına qoyduğu hədəflərə çatmaq baxımından vacib qarşılaşmadır. Bir tərəf liderliyini qoruyub saxlamaq, digər tərəf isə 3-cü pillədəki komanda ilə xal fərqini aradan qaldırmaq istəyir. Bu mənada deyə bilərəm ki, olduqca maraqlı və gərgin oyun olacaq.
- "Neftçi" ilə son oyunda rəqibi 3:1 hesabı ilə məğlub etmişdiniz. Necə fikirləşirsiniz, paytaxt klubunu səfərdə də büdrədə biləcəksiniz?
- Hər oyun eyni olmur. "Neftçi"yə qarşı daha kompakt və əsasən hücum silahlarımızla oynamalıyıq. Yaxşı komanda oyunu udmaq üçün hər şeyi etməlidir.
- Hazırda 3-cü pillədəki "Səbail"dən 3 xal geridəsiniz. Əsas rəqibiniz bu gün evdə "Qarabağ"la qarşılaşır. Yəqin ki, bu oyunda Ağdam klubuna azarkeşlik edəcəksiniz...
- Doğrudan da həm "Səbail" - "Qarabağ", həm də "Neftçi" - "Qəbələ" oyunları olduqca vacib matçlardır. Bu iki qarşılaşmanın nəticəsindən asılı olaraq, turnir cədvəlində vəziyyət dəyişə bilər. Həqiqətən çox maraqlı olacaq.
- Sabah "Neftçi"nin əsas qol silahı Baqali Dabo cəzalı olduğu üçün "Qəbələ"yə qarşı oynaya bilməyəcək. Sabiq komanda yoldaşınızın çempionatın bombardiri olduğunu nəzərə alsaq, onun meydanda olmamasını sizin üçün üstünlük saymaq olar?
- Dabo həqiqətən yaxşı hücumçudur. Meydanda öz oyunu ilə fərqlənməyi bacarır. Onun oynamaması bizim üçün üstünlükdürmü? Məncə, yox. Çünki bizdə də əsas müdafiəçilərimizdən Voislav Stankoviç zədə səbəbindən meydanda olmayacaq. Məncə, nə "Neftçi", nə də "Qəbələ" 1-2 futbolçudan asılı komanda deyil. Ümumiyyətlə, hər iki komandada diqqət mərkəzində olan kifayət qədər yaxşı futbolçular var.
- Dabodan söz düşmüşkən, o, mövsümün əvvəlində "Neftçi"yə keçərkən sizin də paytaxt klubuna gedəcəyiniz gözlənilirdi. Transfer niyə alınmadı? Deyəsən, siz "Qəbələ"ni puldan üstün tutdunuz...
- Əslində bunun səbəbi çox sadədir: mənim "Qəbələ" ilə müqaviləm var. Mövsümü ən yaxşı pillədə başa vurmaqda komanda yoldaşlarıma kömək etmək üçün burada qaldım. Bunu pula görə edib-etməməyim isə tamamilə şəxsi məsələdir və öz seçimimdir.
- "Qəbələ" ilə müqaviləniz bu mövsümün sonunda başa çatacaq. Gələcəyinizlə bağlı qərar vermisiniz?
- Hələlik bu barədə düşünməmişəm, heç bir fikrim yoxdur. "Qəbələ"dən müqaviləni uzatmaqla bağlı təklif almamışam. Ona görə də nəyin necə olacağını bilmirəm. Mövsümün sonunda Azərbaycanda qalmaq və ya başqa ölkəyə getmək barədə qərar qəbul edəcəyəm. Hələlik isə nə edəcəyimi bilmirəm.
Elnur SALAHOV
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar
"Bavariya"nın Madrid zəfəri - Video
"Quba" "Şəki Siti" ilə üz-üzə
"Bavariya" "Real"a, "Arsenal" "Sportinq"ə qalib gəldi
6 qol və "Sabah"ın qələbəsi - Video
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video