"Zirə"nin müdafiəçisi Adrian Skarlatake Qol.az-a müsahibə verib. Komandanın qış fasiləsindən sonrakı çıxışı haqda danışan rumıniyalı futbolçu bu tur "Neftçi" ilə keçiriləcək oyuna da toxunub.
- "Zirə" qış fasiləsindən sonra ilk oyunda "Sabah"a uduzsa da, ötən tur səfərdə "Səbail"ə qalib gəldi. Əvvəlcə bununla bağlı fikirlərini bilmək istərdim.
- Əslində ilk oyunda yaxşı oynayıb, komanda barəsində müsbət təəssürat oyatmaq istəyirdik. Bəlkə də elə buna görə uduzduq. Deyərdim ki, bizim günümüz deyildi. Hərdən işlər yolunda getməyə bilər. "Sabah"la matçda pis oynadıq və məğlub olduq. Buna baxmayaraq, komandamız get-gedə öz oyununu yaxşılaşdırır.
- Bu tur sizi daha çətin sınaq gözləyir. Doğma meydanda "Neftçi" ilə qarşılaşacaqsınız. Necə düşünürsünüz, liderə sürpriz edə bilərsiniz?
- Əlbəttə, edə bilərik. "Neftçi" yaxşı komandadır, onlara hörmət edirik. Ancaq bizim də qələbəyə ehtiyacımız var. Onları məğlub etməyə çalışacağıq.
- "Neftçi" mövsümün ilk hissəsində "Zirə" ilə son oyunda 2 vacib xal itirdi. Düşünmürsünüz, rəqib bu dəfə sizə qarşı daha aqressiv oynayacaq?
- Təbii ki, "Neftçi" bu mövsüm çempionluq uğrunda mübarizə aparır. Amma bizə də xallar lazımdır. Çünki komanda pis vəziyyətdədir. Maraqlı oyun olacaq.
- Bu mövsüm "Zirə" çempionatda qeyri-sabit çıxış edir. 8 komanda arasında 7-ci sıradasınız. Kubokda isə yarımfinala qədər gəlib-çıxmısınız. Bəlkə buna görə Premyer Liqanı nisbətən ikinci plana atmısınız?
- Xeyr, mən belə deməzdim. Düzdür, əsas hədəfimiz ilk növbədə ölkə kubokundan Avroliqaya vəsiqə qazanmaqdır. Ancaq bu alınmasa, çempionatda müvafiq yerlərdən birini tutub, avrokuboklara qatılmaq istəyirik. Ümumiyyətlə, qarşıya qoyulan vəzifədən biri də Premyer Liqanı ilk 4-lükdə bitirməkdir.
- "Zirə" qış fasiləsində heyətini 5 yeni futbolçu ilə gücləndirdi. Sizcə, həmin transferlər komandaya kömək edə biləcək səviyyədədilər?
- Bəli, hamısı yaxşı oyunçulardır. İnanıram ki, bizə kömək edəcəklər. Düşünürəm ki, bir həftə ərzində onlar hazır olacaqlar. Ancaq adaptasiya üçün yeni transferlərə vaxt lazımdır.
Elnur SALAHOV
Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı
Almaniya - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Niderland da 100-ü keçdi
İtaliyalı futbolçu yüksək maaş tələb edir
"Real"dan Olise açıqlaması
Daha 1 il “Şahdağ Qusar”da
"Qarabağ" "Zirə"yə qalib gəldi
Niderland - İsveç: Heyətlər
"Turan Tovuz"da 2 ayrılıq
“Neftçi” onunla müqaviləni yenilədi
Millinin baş məşqçisi start heyəti planından danışdı
"Türk xalqını məyus etdiyim üçün üzr istəyirəm"
“Zirə”dən yeni transfer
Bölgə klubu məşqçisini göndərdi
"Vaxt itirəcəksən və mundiala hazır olmayacaqsan"
“Neftçi” heyətini braziliyalı futbolçu ilə gücləndirdi
"Xəcalət çəkirik, utanırıq" - Arda Güler
"Qarabağ" Avstriya klubu ilə qarrşılaşacaq
"Zirə" onunla yolları ayırdı
Ronaldinyo karyerasını bərpa edir
Türkiyə ilə oyunda mundialın rekorduna imza atdı
"Şamaxı"dan ayrılan futbolçu "Sabah"da
Türkiyə pley-off şansını belə itirdi - Video