"Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Qol.az-a müsahibə verib. Mövsümün ikinci yarısına uğurlu start vermələrindən danışan mütəxəssis Topaz Premyer Liqanın 17-ci turunda bazar günü "Qarabağ"la keçirəcəkləri oyundan da danışıb.
- Fasilədən sonra keçirdiyiniz hər iki oyunda qələbə qazanmısınız. Komandanız 23 xalla 4-cü sırada gedir. Demək olarmı ki, "Qəbələ" özünə gəlir?
- Hələ təlim-məşq toplanışı öncəsi futbolçuların məsuliyyəti, işə yanaşması ilə bağlı məsələnin qaydasına düşdüyünü görürdük. Hazırlıq prosesində isə həm məşqlərimiz, həm də oyunlarımız bizə ümid verirdi. Mövsümün ikinci hissəsinə uğurlu start vermək bizim üçün vacib idi. Hələlik fasilədən sonra 2 tur arxada qalıb. Elə bir gördüyümüzü deməzdim. Hər şey gördüyümüz işin nəticəsidir. Futbolçular verilən tapşırıqları müksimum dərəcədə yerinə yetirməyə çalışırlar.
- Ümumiyyətlə, qış fasiləsindn sonra bu cür başlanğıc gözləyirdiniz?
- Açığı, potensialımızı bildiyimiz üçün gözləyirdik. Bu futbolçularla irəli baxmağa dəyər. Ən əsası odur ki, işimizə peşəkarcasına yanaşaq. Videoanalizlərdə oyununuzun yaxşılaşdığını gördükcə istər-istəməz nəticələrin gələcəyini gözləyirsiniz. Futbola düzgün yanaşma artıq nəticə verir.
- Mövsümün əvvəlində çoxları "Qəbələ"nin iddiasını itirdiyini düşünür, komandaya inanmırdı. İndi isə ilk 3-lüyə düşmək uğrunda mübarizə aparırsınız və üçüncü pillədəki "Səbail"dən cəmi 1 xal geri qalırsınız...
- Biz, sadəcə olaraq, "Qəbələ" adını qorumağa çalışdıq. Bu futbolçularla üst sıralarda olmağa qadir komandayıq. Buna heyətimiz də imkan verir. İnanıram ki, 3-yeri tutub, ölkəmizi Avroliqada təmsil etmək üçün mübarizəni davam etdirəcəyik. Bu kollektivlə istəyimizə nail ola bilərik.
- Bazar günü "Qəbələ"ni "Qarabağ"la vacib oyun gözləyir. Necə düşünürsünüz, uğurlu seriyanı davam etdirmək mümkün olacaqmı?
- Əlbəttə, "Qarabağ" son illərin çempionu, çox hörmət bəslədiyimiz bir komandadır. "Qəbələ" ilə "Qarabağ" arasındakı qarşılaşmalar hər zaman maraqlı olub. Bu marağı qorumağa çalışacağıq. Bizi çətin oyun gözləyir. İstədiyimiz nəticəni əldə etmək üçün meydançada var qüvvəmizi ortaya qoyacağıq.
- "Qəbələ" mövsümün ilk yarısında "Qarabağ"a qarşı keçirdiyi hər iki oyunda uduzub. Həmin məğlubiyyətlərdən nə kimi nəticə çıxarmısınız?
- Bu mövsüm "Qarabağ"a uduzduğumuz hər iki oyundakı səhvlərimizi futbolçulara göstərmişik. Bunlardan özümüz üçün dərs çıxarmağa çalışmışıq. Əsas odur ki, "Qarabağ"dan sonrakı rəqiblərlə oyunlarda da həmin səhvləri təkrarlamamağa çalışdıq. Bu gün də xatırlayırıq ki, Ağdam klubu hansı səhvlərimizdən sonra bizə qollar vurdu. Həmin matçlarda "Qəbələ" adına layiq oyun sərgiləmədik. Zaman keçdikcə daha yaxşıya doğru addım atırıq. Sadəcə, konsentrasiyanı itirmək olmaz. Həm özümüzü, həm də azarkeşlərimizi məyus etmək istəmirik.
- "Qarabağ"la oyunöncəsi heyətlə bağlı hər hansı problem var?
- Şükürlər olsun ki, heç bir itkimiz yoxdur. Tam heyətlə oyuna hazırlaşırıq. Nə cəzalı, nə də zədəli futbolçumuz var.
- Rauf Əliyev bu mövsüm nadir hallarda start heyətində meydana çıxır. Ancaq "Sabah"la səfər oyununda "Qəbələ"yə qələbə qazandıran qola imza atdı. Bundan sonra onu tez-tez ilk 11-likdə görə biləcəyik?
- Rauf mövsümün əvvəlində də əsas heyətdə meydana çıxırdı. Tək o yox, digər futbolçularımız da deyə bilməz ki, biz əsas heyət üzvüyük. Hər şey onların məşqlərdəki çıxışından asılıdır. Futbol rəqabət oyunudur. Məncə, Rauf da rəqabətədözümlü futbolçudur. Həm mövsümöncəsi. həm də qış toplanışında özünü yaxşı tərəfdən göstərdi. Antalyadakı yoxlama oyunlarından maksimum yararlandı. Bu gün də bunun bəhrəsini görür. Belə davam etsə, həm komandamız, həm də millimiz üçün əvəzolunmaz oyunçu olacaq.
- Qış fasiləsində heyətinizə qatdığınız Davit Volkovi meydana çıxdığı hər iki oyunda özünü yaxşı tərəfdən göstərə bilib. Xüsusilə "Sabah"la matçda daha inamlı təsir bağışladı. Baş məşqçi olaraq, siz onun çıxışını necə dəyərləndirirsiniz?
- Siyahımızda bəzi futbolçular var idi. Onların içindən Daviti seçdik. Həm intellektual səviyyəsi, həm də futbolçu keyfiyyətləri bizi qane edir. Verdiyimiz tapşırıqları yerinə yetirməyə çalışması bizi sevindirir. "Sabah"la oyunda isə onun çıxışından razı qaldım. Cavan oyunçudur, inkişaf etməlidir. Komandamız üçün daha da faydalı olacağına inanıram.
- Son olaraq, komandadakı formal baş məşqçi dəyişikliyi haqda soruşmaq istərdim. UEFA-nın Lisenziyalaşdırma tələblərinə uyğun olaraq, Pro kateqoriyanız olmadığı üçün kağız üzərində baş məşqçi kimi köməkçiniz Zaur Həşimovun adı göstərilir. Ümumiyyətlə, indiyə kimi Pro kateqoriyasını almamağınız nə ilə bağlıdır və bunu necə həll etməyi düşünürsünüz?
- Mən məşqçilik kurslarını hələ Qriqorçukun dövründə Ukraynada oxumuşdum. Əslində, bir müddət öncə Pro kurslarına çağırmalı idilər. Elə oldu, yerli məşqçilər kənarda qaldıqları üçün federasiyaya şikayət ərizəsi yazdılar ki, başqa ölkələrdən gələnlər kurslarda iştirak edir, biz kənarda qalmışıq. Sən demə, belə bir proses gedirmiş, bizə xəbər etməyiblər. Biz də gözləyə-gözləyə qalmışıq ki, nə vaxt çağıracaqlar. Vaxtı çatanda bildirdilər ki, bizdə belə bir problem yaranıb, ola bilsin. Çağırmadıq. Biz də dedik ki, bununla bağlı əvvəlcədən xəbərdarlıq edərdiniz, ən azından başqa yerə sənəd verərdik. Dərhal digər ölkələrin federasiyalarına müraciət etdik. Onlarda da kurslar 2020-ci ildə başlayacaq. Ona görə də kağız üzərində belə bir dəyişiklik etdik. Rəsmi sənədlərdə Zaur Həşimovun adının getməsini məsləhət gördük. İndi gözləyirik ki, ya Azərbaycanda, ya da hər hansı postsovet ölkəsində kurslar başlayan kimi dərhal sənəd göndərək.
Elnur SALAHOV
"Qarabağ" "Neftçi"yə belə qalib gəldi - Video
"Qarabağ" "Neftçi"yə, "Sabah" "Səbail"ə qalib gəldi
"Sabah"ın qələbəsindən - Video
Berezutski: "Çox qol buraxırıq"
"Matçın sonlarında yorğunluq oldu" - Elvin Məmmədov
Premyer Liqa klubları onu hədəflədi
"Qarabağ" - "Neftçi" matçı üçün - Heyətlər
Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
Remzi çıxış etdiyi komandanın baş məşqçisi oldu
Mahir Emreli dubl etdi - Yenilənib
"Sabah" - "Səbail": Heyətlər açıqlandı
"Fənərbaxça"nın futbolçusu xəstəxanaya yerləşdirildi
"Qarabağ" - "Neftçi" matçına nə qədər bilet satılıb?
Tanış mənzərə, ağır mənzərə…
Millimiz Estoniyaya uduzdu
MOİK-in futbolçusundan möhtəşəm qol - Video
Xorvatiya millisinin sabiq üzvü qəzada həlak oldu
Almaniya klubu kapitanı ilə müqaviləni uzatdı
"Arsenal"ın əsas hədəfi bilindi
"Araz-Naxçıvan" 100-ə çatdı
30-cu sülh
"Santos"dan Neymar açıqlaması
Ançelottinin işini o görəcək
Ronaldo "Çelsi" və ya "Mançester Siti"yə keçə bilər
Messinin TOP-10-luğunda bir türk də var
“Qalatasaray” 3 xalı 2 qolla qazandı - Video
"Traktor" çempionluğa bir addım da yaxınlaşdı
"Karvan" məğlubiyyətdən qaçdı - Video
“Qalatasaray” və “Konyaspor”dan qələbə
"Qəbələ"nin ilk məğlubiyyətindən - Video
"Yamal Messi deyil"
Mərdəkanda 2 qol, 1 "qırmızı" - Video
"İkinci sarı vərəqə "ucuz" qərar idi" - Elmar Baxşıyev
"Komandamız pis təsir bağışlamadı" - Yunis Hüseynov
"Araz-Naxçıvan" "Turan Tovuz"la bərabərə qaldı
Flikdən La Liqaya sərt tənqid
"Neftçi" "Qarabağ"la matça 4 itki ilə çıxacaq
"Qəbələ" ilk məğlubiyyətini aldı, "Karvan"dan heç-heçə
"Araz-Naxçıvan" - "Turan Tovuz": Heyətlər
“Turan Tovuz” AFFA-ya şikayət etdi, yekun qərar verildi
1-ci liqada “Ayın qolu”nun qalibi mükafatlandırıldı
PSJ onunla 5 illik müqavilə imzalayır
Het-trik etdi, ən yaxşı seçildi