"Qəbələ”nin hücumçusu Rauf Əliyev Topaz Premyer Liqanın 16-cı turunda səfərdə “Sabah”a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, komandasının qələbə topunun müəllifi olan təcrübəli futbolçu əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb.
- Həqiqətən gərgin oyun alındı.Rəqib ilk hissədə azlıqda qalmasına baxmayaraq, bizimlə başabaş mübarizə apardı. Bəzi epizodlarda bizdə də səhvlər oldu. Halbuki daha rahat oyun göstərə bilərdik. Əsas olan nəticədir. 3 xal qazanıb, “Sabah”ı turnir cədvəlində arxada qoyduğumuz üçün çox sevinirik.
- “Sabah” 10 nəfərlə oynamasına baxmayaraq, “Qəbələ” ikinci hissədə arxaya çəkilmişdi. İkinci qolu vurub, daha da rahatlaşmaq olmazdımı?
- Əlbəttə ki, ikinci qolu vura bilərdik. Epizodlarımız da oldu. Sadəcə, tələskənliyə yol verdik, həmin məqamlarda rahat oynaya bilmədik. Rəqib 10 nəfərlə qalsa da, bizi təzyiq altında saxlaya bildi. 1:0 elə nəticədir ki, heç vaxt rahat ola bilmirsən.
- Səni oyunun ən yaxşısı saymaq olar, çünki qələbə qolunu vurmusan. Bu haqda nə deyərdin?
- Hücumçu kimi bu gün qol vurub komandama qələbə qazandıra bilirəmsə, sevindirici haldır. Bu cür davam edib, qollarımın sayını artırmaq və “Qəbələ”yə əlimdən gəldiyi qədər kömək etmək istəyirəm.
- Turnir cədvəlində “Sabah”ı keçdiniz, qaldı “Səbail”...
- Qarşıda oyunlar var, maksimum xal yığmağa çalışacağıq. Belə davam etsək, “Səbail”i də keçə bilərik.
- Rauf belə davam etsə, milliyə də qayıda bilərmi?
- Əlbəttə, millidə oynamağı hamı istəyir. Futbolçu üçün ən yüksək pillə yığmadır. Yenidən o formanı geyinmək üçün əlimdən gələni edəcəyəm. Hər şey öz əlimdədir. İnanıram ki, qol vurmağa davam etsəm, milliyə də dəvət alaram.
PSJ yenə büdrədi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı