"Neftçi"nin kapitanı Ruslan Abışov Qol.az-a müsahibə verib. Uzun müddət zədədən əziyyət çəkən müdafiəçi həm hazırkı durumundan, həm çempionluq şanslarından, həm də milli komandada baş məşqçi dəyişikliyindən danışıb.
- Artıq zədən tam olaraq sağalıb. "Neftçi"nin Antalyadakı yoxlama oyunlarında da iştirak etdin. Səni çempionat matçlarında nə vaxt görə biləcəyik?
- Düzdür, artıq demək olar ki, yaxşıyam. Amma deyirlər ki, tələsmə, bir az da səbrli ol. Görək, "Keşlə" ilə oyunda hesab yaxşı olsa, hər şey istədiyimiz kimi getsə, yəqin ki, 10-15 dəqiqə meydanda ola bilərəm. Yavaş-yavaş oynamaq lazımdır. Ümid edirəm ki, komandamız üçün hər şey yaxşı olar, elə mən də bu mövsüm Premyer Liqada debüt edərəm.
- Kifayət qədər ağır zədə almışdın. Bu cür zədədən sonra yenidən meydana qayıtmaq necə hissdir? Ümumiyyətlə, rəqib futbolçularla mübarizəyə girməkdən ehtiyatlanırsan ki, birdən yenə zədələnərsən?
- Yox, son vaxtlar yavaş-yavaş o barədə düşünməməyə çalışıram. Həmin zədəni bacardığım qədər unutmaq, yadımdan çıxarmaq istəyirəm. Adam ən çox aradakı vaxta görə qorxur ki, 6 ay gözləyirsən, oynamırsan. Məni çəkindirən yeganə məsələ budur. Bilsən ki, 1-2 aylıq zədədir, daha rahat oynayarsan. Şükürlər olsun, indi hər şey qaydasındadır. Hiss edirəm ki, günü-gündən daha da yaxşı oluram. Məşqlərdə ikili mübarizələrə girməyə çalışıram. Qismət olsa, oynamaq istəyirəm.
- Əvvəlki formana qayıtmaq üçün sənə təxminən nə qədər vaxt lazımdır?
- Vaxtı dəqiq deyə bilmərəm. Amma, məncə, oynadıqca hər şey qaydasına düşəcək. Təcrübə də göstərir ki, kim çox oyun keçirirsə, o da formasını tez bir zamanda bərpa edir.
- Mövsümün ilk hissəsində "Neftçi"nin müdafiə xəttində daha çox Kirill Petrov, Anton Krivotsyuk və qış fasiləsində komandadan göndərilən Slavko Braliç çıxış edirdi. Səncə, onlar Ruslan Abışovun boşluğunu doldura bildilərmi?
- Komanda birinci yerdədirsə, hər şey qaydasındadırsa, deməli, hamısı yaxşı oynayıb. Əlbəttə, bu da bir kapitan kimi məni sevindirirdi. Qısa zamanda formaya düşüb, komanda yoldaşlarımla bir yerdə çıxış etmək istəyirəm.
- Qış fasiləsində transfer olunan müdafiəçi Mamadu Mbodjun oyununu necə qiymətləndirirsən? "Neftçi"nin heyətində meydana çıxdığı ilk matçda "Qarabağ"ın qapısına qol da vurdu...
- Əgər "Neftçi"yə gəlibsə, deməli, yaxşı futbolçudur. Düzdür, bəzən yeni transferlərdə uyğunlaşma və digər səbəblərdən problemlər olur. Ancaq Mbodj birinci oyun olmasına baxmayaraq, doğrudan da çox yaxşı çıxış etdi, qol da vurdu. Məncə, vaxt keçdikcə, "Neftçi"yə daha da uyğunlaşacaq və bundan da yaxşı çıxış edəcək. Biz də ondan məhz bunu gözləyirik. Ona dəstək olmağa çalışırıq ki, uyğunlaşma prosesini rahat keçsin.
- Artıq "Neftçi"nin müdafiə xəttində ciddi rəqabət yaranıb. Sənin üçün yenidən əsas heyət üzvünə çevrilmək çətin olmayacaq?
- Açığı, karyeram boyu heç vaxt rəqabətdən çəkinməmişəm. Hər zaman məşqimi edib özümü formada saxlamağa çalışmışam. Həmişə yaxşı olduğum üçün əsas heyətdə oynamışam. İndiki məqamda fikrim yalnız əvvəlki formamı qaytarmaqdır ki, yenidən əsas heyətdə çıxış edim.
- Fasilədən sonra ilk matçınız səfərdə "Qarabağ"a qarşı oldu. Oyun kənardan necə görünürdü? 1:1 hesabı ilə başa çatan qarşılaşmada 2 xalı kim itirdi?
- Düzdür, derbi idi, stadionda çox gözəl atmosfer vardı. Çoxdandır çempionatda belə oyunlar görmürdük. Oyun olaraq, hər iki komandanın 1-2 qol epizodu oldu. Artıq həmin görüş keçmişdə qaldı. Hesab 1:1 oldu. Əlbəttə, qələbə qazanmaq, xal fərqini artırmaq istərdik. Ancaq səfərdə "Qarabağ" kimi komanda ilə oyunda 1:1 hesabı yaxşı nəticədir. 3 xal olsaydı, lap yaxşı olardı.
- Mətbuatda rəhbərliyin "Qarabağ"la heç-heçəyə görə komandaya mükafat verdiyi yazılır. Həqiqətən belə bir şey oldumu?
- Mətbuatda bu barədə yazırlar. Ancaq hesab edirəm ki, bu, klubun daxili işidir. Futbolçunun aldığı mükafatı mətbuatda səsləndirməyi düzgün deyil.
- Səncə, çempionluq yolunda əsas rəqibinizlə səfər matçında qazanılan 1 xal sizin üçün mövsümün sonunda hədəfə çatmaq üçün həlledici ola bilərmi?
- Üçüncü dövrə yeni başlayıb, qabaqda çox oyun var. Məncə, bu 1 xal hələ heç nəyi həll etmir. Əsas olan bizim qarşıdakı oyunlarda qələbə qazanmağımızdır. "Qarabağ"ın kimlə necə oynaması bizim üçün maraqlı olmalı deyil. Daha çox öz nəticələrimizi düşünməliyik.
- Növbəti turda öz meydanınızda "Keşlə" ilə qarşılşacaqsınız. Tərlan Əhmədovun komandası turnir cədvəlinin aşağı sıralarında qərarlaşıb. Bu amil sizi arxayınlaşdırmır?
- İstənilən komanda "Neftçi"yə qarşı ikiqat motivasiya ilə meydana çıxır. "Keşlə" ilə matç da bunlardan biri olacaq. Rəqib axırıncı sıralarda qərarlaşsa da, bizi çətin oyun gözləyir. Bayaq da dediyim ki, əsas olan bizim oyuna necə hazırlaşmağımızdır. Rəqibin hansı yerdə olmasının heç bir önəmi yoxdur. Futbolda heç bir şey asanlıqla əldə olunmur. Sona qədər mübarizə aparmaq və qələbə qazanmaq lazımdır.
- Bu mövsüm komandanın qarşısına çempionluq hədəfi qoyulub. Çempion ola bilməsəniz, bunu uğursuzluq hesab edəcəksiniz, yoxsa?..
- Açığı, şəxsən mən bu mövsüm çempion olmağımızı çox istəyirəm. Düzdür, istəməklə olmur. Sona qədər mübarizə aparmaq lazımdır. Meydanda hər şeyimizi qoyub, nəticə qazana bilməsək, bu, başqa məsələ. Futbolda hər şey olur. Çətinliklərə baxmayaraq, axıra kimi mübarizə aparacağıq. Hər bir şeyi kənara qoyub, sonda çempion olmalı olduğumuzu düşünməliyik. Hamımız komanda olaraq buna köklənmişik, bunun üçün çalışırıq. Sonda nəticə necə olacaq, bunu zaman göstərəcək. Burada bəxt amili, qismət də rol oynayacaq. Amma yenə deyirəm, önəmli olan bizim meydanda sona qədər mübarizə aparmağımız və çempionluğu istəməyimizdir.
- Zədəli olmağın səni milli komandadan da kənarda qoydu. Son suallarım məhz yığma ilə bağlı olacaq. Ötən ilin dekabrında Qurban Qurbanov millidən göndərildi. Təcrübəli futbolçu, yığmanın üzvü kimi buna münasibətini bilmək maraqlı olardı...
- Açığı, bu qərar bir çoxları kimi, mənim üçün də təəccüblü və gözlənilməz oldu. Amma artıq qərar verilib, hər şey həllini tapıb, keçmişdə qalıb. Yeni baş məşqçi kim olacaqsa, hər kəs ondan yaxşı nəticə gözləyəcək. Milli komandada işləmək doğrudan da çətin və məsuliyyətli işdir. İnanıram ki, həm biz futbolçular, həm də futbol ictimaiyyəti üçün uğurlu seçim olar və komandamız da yaxşı çıxış edər.
- Hər nə qədər uğurlu seçim olsa da, istənilən halda vaxt azlığı yeni gələn baş məşqçiyə çətinlik yaradacaq. Çünki əcnəbi mütəxəssisin bura gəlib, bizim futbolçuları tanıması, yerli mentalitetə uyğunlaşması qısa vaxtda mümkün deyil. Mart 21-də isə Avro-2020-nin seçmə mərhələsində ilk oyunumuzu keçirməliyik. Bu barədə nə deyə bilərsən?
- Doğrudan da çox çətin olacaq. Vaxt az qalıb. Üstəlik ilk oyunumuz Xorvatiyayla səfərdədir. Bizi ağır oyun gözləyir. Yəqin ki, baş məşqçi təyin olunandan sonra müəyyən qərarlar veriləcək. Asan olmayacaq, ancaq artıq indiki halda bununla razılaşmalıyıq, vəziyyətlə barışmalıyıq.
Elnur SALAHOV
"Barselona" xal itirdi
Rodri stadionda belə qarşılandı - Video
"Neftçi"nin "Zirə" üzərində qələbəsindən - Video
“Neftçi” “Zirə”yə qalib gəldi
Cavid Hüseynov: “Futbolçu kasadlığı yaşayırıq”
"Qarabağ"ın 3 qollu qələbəsindən - Video
Millimizin üzvü oynadı, komandası qələbə qazandı
Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
"Neftçi" - "Zirə" - Heyətlər
Ançelotti Mbappenin mental durumundan danışdı
Amorim: "Transferlərdə son sözü baş məşqçi deməlidir"
“Qarabağ”ın oyunlarını izləyirəm” - Akinfeyev
"Səbail" - "Qarabağ" : Heyətlər
Qvardiola: "Təsəvvür edin ki..."
"Qarabağ"ın rəqibindən böyükhesablı qələbə
Harri Keyn Bundesliqa rekordu qırdı
Orxan Məmmədov çempionlarla görüşdü - Şəkillər
Kompani narazıdır
Messi: "Barselona üçün çox darıxıram"
PSJ-nin Mbappe ilə bağlı şikayətinə cavab
“Arzulamadığım tək rəqib Türkiyə idi”
"Bayer"in ulduzu zədələndi
"Real" millimizə 4 qol vuran futbolçunu istəyir
Harri Keynin het-triki - Video
Blatter: “Futbol doğru istiqamətə getmir”
"İnter Mayami"nin sahibindən Messi açıqlaması
“Bavariya” liderliyini möhkəmləndirdi
“Monako” 3 xalı 3 qolla qazandı
"Əl Nəsr" mövsümdə ilk dəfə uduzdu
“Traktor” kubokla erkən vidalaşdı
Emrelidən gözəl qol ötürməsi, komandasından məğlubiyyət
"Mançester Yunayted"in növbəti transfer hədəfi
Konor Makqreqora ağır ittiham
Flik gələcəyi haqda danışdı
Qvardiola: "Mançester Siti" 2-ci diviziona göndərilsə..."