“Sumqayıt”ın yarımmüdafiəçisi Əfran İsmayılov Qol.az-a müsahibə verib. Növbəti turda “Qarabağ”la keçirəcəkləri çempionat oyunundan danışan futbolçu maraqlı fikirlər səsləndirib.
- Topaz Premyer Liqanın son turunda səfərdə “Qəbələ”yə uduzdunuz. Meydanda başabaş mübarizə getsə də, son dəqiqələrdə buraxılan qolla məğlub oldunuz. Səncə, səfərdə xal qazanmağınıza nə mane oldu?
- Məncə, oyunun ədalətli nəticəsi heç-heçə idi. Amma son dəqiqələrdə qapımıza vurduqları baxımlı qolla qələbə qazandılar. Həm bizim, həm də rəqibin yaxşı imkanları oldu. Hər iki tərəf daha erkən qola vura bilərdi. Təəssüf ki, son anlarda buraxılan qolla məğlub olduq. Fasilədən sonra ilk oyunumuz olduğundan, bilirdik ki, çətin səfər olacaq. Bunu nəzərə alıb, ciddi hazırlaşmışdıq. Əslində oyuna da yaxşı başladıq. Amma sonlara doğru yorulduq. Onlar isə istirahət edib, qələbə topunu vurdular.
- Qol vura bilməmək problemi mövsümün ilk hissəsində də özünü açıq şəkildə götərdi. Həm futbolçularınız, həm baş məşqçiniz dəfələrlə bu problemi qabardıblar. Bu səbəbdən qış fasiləsində heyətə yeni hücumçu alındı. Ancaq “Qəbələ” ilə matçda göründü ki, “Sumqayıt”ın ön xəttində çıxış edən futbolçular yenə son nöqtəni qoymaqda çətinlik çəkirlər...
- Bəli, sizinlə razıyam. Bu, bizim zəif yerimizdir. Bugünkü iclasda baş məşqçi özü də dedi ki, hər şey var, son nöqtəni qoya bilmirik. Məşqlərdə bunun üzərində işləməyə başlamışıq. İnanıram ki, tezliklə bunu yoluna qoyacağıq. Getdikcə artırıb, ən yaxşı vəziyyətə çatacağıq. Əsas odur ki, əlimizə düşən imkanlardan yararlanaq. Qollar vurduqca, inam da gələcək.
- Fasilədə transfer olunan yeni oyunçulardan bəziləri “Qəbələ” ilə matçda “Sumqayıt”da debüt etdilər. Təcrübəli futbolçu kimi onların çıxışı barədə nə deyə bilərsən?
- Cənubi azərbaycanlı futbolçulardan biri oynadı, digəri ehtiyatda qaldı. Pis futbolçu deyil. Komandaya yeni gəlib, hələ tam uyğunlaşmayıb. İnanıram ki, tək onlar yox, bütün yeni transferlər “Sumqayıt”a faydalı olacaqlar.
- Çempionatda növbəti oyun Sumqayıtda “Qarabağ”a qarşı olacaq. Aydın məsələdir ki, hər iki komandanı çətin oyun gözləyir. Ağdam klubu ilə ev oyununda hansı nəticə sizi razı sala bilər?
- Mən özüm də “Qarabağ”ın formasını geyinmişəm. Bilirik ki, çempion komandaya qarşı oynayacağıq. Orada necə futbolçular olduğunu yaxşı bilirəm. Həqiqətən bizi çox ağır oyun gözləyir. Son turda “Neftçi” ilə heç-heçə ediblər. İndi qələbə qazanmağı daha çox istəyirlər. Amma biz də əlimizi yanımıza salmayacağıq. Baş məşqçinin verdiyi tapşırıqları səhvsiz yerinə yetirə bilsək, inanıram ki, yaxşı nəticə qazanacağıq.
- “Qarabağ”ın “Neftçi” ilə oyununu izlədin?
- Bəli, baxdım.
- Sabiq "Qarabağ"lı olaraq, necə düşünürsən, həmin heç-heçə bu mövsüm Ağdam klubuna çempionluq yolunda problem yarada bilər, yoxsa hələ bu haqda danışmaq tezdir?
- Yox, hələ heç nə bilinmir. Deyərdim ki, əsas mübarizə qabaqdadır. Hələ çox oyunlar var. Heçnə itirilməyib. 3 xallıq fərq heç nədir. Bir qələbə ilə bütün şanslar bərabərləşəcək. Mövsümün sonuna çox var. Kim güclüdürsə, o da çempion olacaq.
- Amma nəzərə alaq ki, bu komandalar arasında son oyun “Neftçi”nin meydanında olacaq...
- Açığı, Azərbaycanda meydan amili yoxdur, hamı Bakıda oynayır. Bu baxımdan elə böyük fərq görmürəm. Düşünürəm ki, hansı meydanda oynamaq elə də önəmli deyil.
- Mövsümün əvvəlində “Sumqayıt”ın qarşısına avrokuboklara vəsiqə qazanmaq tapşırığı qoyulmuşdu. Ancaq bu gün komandanız 15 xalla 6-cı pillədədir. Düşünmək olarmı ki, “Sumqayıt” yavaş-yavaş hədəflərindən uzaqlaşır?
- Bayaq “Qarabağ” üçün söylədiklərimi özümüz üçün də deyirəm. Hələ heç bir şey itirilməyib. Çempionatın ikinci hissəsi qabaqdadır. Kubok oyunları da var. Ona görə də ruhdan düşmək lazım deyil. 2-3 qələbə ilə ilk 3-lüyə düşə bilərsən. Əsas odur ki, digərlərini yox, öz komandanı fikirləşəsən.
- Uzun illər milli komandada əsas heyət üzvü olmusan. Hətta son toplanışa da dəvət almışdın. Mart ayında Avro-2020-nin seçmə mərhələsi başlayacaq, ancaq hələ də yığmanı kimin çalışdıracağı bəlli deyil. Bu barədə fikirlərini bilmək maraqlı olardı.
- Doğrudan da yeni baş məşqçinin təyinatı gecikir. Buna rəhbərlik qərar verir, bilir ki, necə etmək lazımdır. Biz klublarda öz oyunlarımızı oynayıb, bunun necə olacağını gözləyirik. Hər bir futbolçu formada olmalıdır ki, ora gedəndə öz oyununu göstərə bilsin. Bundan sonra baş məşqçi nə etmək lazım olduğunu özü bilir. Düzdür, yığışıb, bir-birimizə öyrəşmək vaxt aparacaq. Amma inanıram ki, gələn məşqçi harda işləyəcəyini götür-qoy edəcək. Çünki artıq seçmə mərhələnin oyunları başlayır.
Elnur SALAHOV
"Qarabağ" "Neftçi"yə belə qalib gəldi - Video
"Qarabağ" "Neftçi"yə, "Sabah" "Səbail"ə qalib gəldi
"Sabah"ın qələbəsindən - Video
Berezutski: "Çox qol buraxırıq"
"Matçın sonlarında yorğunluq oldu" - Elvin Məmmədov
Premyer Liqa klubları onu hədəflədi
"Qarabağ" - "Neftçi" matçı üçün - Heyətlər
Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
Remzi çıxış etdiyi komandanın baş məşqçisi oldu
Mahir Emreli dubl etdi - Yenilənib
"Sabah" - "Səbail": Heyətlər açıqlandı
"Fənərbaxça"nın futbolçusu xəstəxanaya yerləşdirildi
"Qarabağ" - "Neftçi" matçına nə qədər bilet satılıb?
Tanış mənzərə, ağır mənzərə…
Millimiz Estoniyaya uduzdu
MOİK-in futbolçusundan möhtəşəm qol - Video
Xorvatiya millisinin sabiq üzvü qəzada həlak oldu
Almaniya klubu kapitanı ilə müqaviləni uzatdı
"Arsenal"ın əsas hədəfi bilindi
"Araz-Naxçıvan" 100-ə çatdı
30-cu sülh
"Santos"dan Neymar açıqlaması
Ançelottinin işini o görəcək
Ronaldo "Çelsi" və ya "Mançester Siti"yə keçə bilər
Messinin TOP-10-luğunda bir türk də var
“Qalatasaray” 3 xalı 2 qolla qazandı - Video
"Traktor" çempionluğa bir addım da yaxınlaşdı
"Karvan" məğlubiyyətdən qaçdı - Video
“Qalatasaray” və “Konyaspor”dan qələbə
"Qəbələ"nin ilk məğlubiyyətindən - Video
"Yamal Messi deyil"
Mərdəkanda 2 qol, 1 "qırmızı" - Video
"İkinci sarı vərəqə "ucuz" qərar idi" - Elmar Baxşıyev
"Komandamız pis təsir bağışlamadı" - Yunis Hüseynov
"Araz-Naxçıvan" "Turan Tovuz"la bərabərə qaldı
Flikdən La Liqaya sərt tənqid
"Neftçi" "Qarabağ"la matça 4 itki ilə çıxacaq
"Qəbələ" ilk məğlubiyyətini aldı, "Karvan"dan heç-heçə
"Araz-Naxçıvan" - "Turan Tovuz": Heyətlər
“Turan Tovuz” AFFA-ya şikayət etdi, yekun qərar verildi
1-ci liqada “Ayın qolu”nun qalibi mükafatlandırıldı
PSJ onunla 5 illik müqavilə imzalayır
Het-trik etdi, ən yaxşı seçildi