"Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov Topaz Premyer Liqanın 15-ci turunda "Qarabağ”la oyundan (1:1) sonra klubun rəsmi saytına müsahibə verib. Qol.az-ın məlumatına görə, qaçırdığı qol epizodu ilə bağlı danışan təcrübəli futbolçu azarkeşlərin komandanın əsas üstünlüyü olduğunu bildirib:
- Təlim-məşq toplanışından sonra "Qarabağ”la oyunda komanda üzvləri özlərini necə hiss edirdi?
- Özümüzü yaxşı hiss edirdik. Ciddi hazırlıq keçmişdik. Fiziki baxımdan da yaxşı idik. Sanki toplanışdan sonrakı ilk matçımız deyildi.
- Mövsümün ikinci hissəsini "Qarabağ”a qarşı oyunla başlamaq nə qədər çətin idi?
- Toplanışdan sonra bütün rəqiblərlə görüşlər çətin keçir. Fərqi yoxdur, "Qarabağ” olsun, ya başqası. Digər oyunlarda da qalib gəlməliyik. Büdrəməyə haqqımız yoxdur. Çünki "Qarabağ”ın büdrəyəcəyinə inanmıram.
- Erkən qol buraxmağımız nə ilə bağlı idi?
- Oyuna pis başladıq. Deyərdim ki, o qədər də aqressiv başlamadıq. Bununla belə, erkən qola yaxşı reaksiya verdik. Əlimizi yanımıza salmadıq. Məncə, ilk dəqiqələrdə çox arxaya çəkilmişdik. Yaxşı ki, sonra vəziyyəti düzəldə bildik. Artıq ikinci hissədə rəqibi qapısına sıxışdırmışdıq. Azlıqda qalandan sonra isə geri çəkilməyə məcbur olduq.
- Qol vurmaq üçün sizin də gözəl imkanınız oldu...
- Bəli, Platellas məni çox yaxşı gördü. Fikrimcə, hər şeyi düz elədim. Düşünmək üçün vaxt yox idi. Sadəcə, qapıya zərbə endirmək lazım idi ki, bunu da elədim. Bir az dəqiqlik çatmadı. Əminəm ki, top çərçivəyə getsəydi, qol olacaqdı.
- Psixoloji üstünlüyün "Neftçi”nin tərəfində olduğunu demək olar?
- "Qarabağ” indi qəzəblidir. Buna görə də heç bir üstünlükdən söhbət gedə bilməz. Əgər öz oyunumuzu göstərsək, hər şey yaxşı olacaq. Bizim əsas üstünlüyümüz oyun ərzində hiss olunurdu. Bu, azarkeşlərimiz idi.
Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı
Almaniya - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Niderland da 100-ü keçdi
İtaliyalı futbolçu yüksək maaş tələb edir
"Real"dan Olise açıqlaması
Daha 1 il “Şahdağ Qusar”da
"Qarabağ" "Zirə"yə qalib gəldi
Niderland - İsveç: Heyətlər
"Turan Tovuz"da 2 ayrılıq
“Neftçi” onunla müqaviləni yenilədi
Millinin baş məşqçisi start heyəti planından danışdı
"Türk xalqını məyus etdiyim üçün üzr istəyirəm"
“Zirə”dən yeni transfer
Bölgə klubu məşqçisini göndərdi
"Vaxt itirəcəksən və mundiala hazır olmayacaqsan"
“Neftçi” heyətini braziliyalı futbolçu ilə gücləndirdi
"Xəcalət çəkirik, utanırıq" - Arda Güler
"Qarabağ" Avstriya klubu ilə qarrşılaşacaq
"Zirə" onunla yolları ayırdı
Ronaldinyo karyerasını bərpa edir
Türkiyə ilə oyunda mundialın rekorduna imza atdı
"Şamaxı"dan ayrılan futbolçu "Sabah"da
Türkiyə pley-off şansını belə itirdi - Video