“Qəbələ”nin kapitanı Cavid Hüseynov Qol.az-a müsahibə verib. Topaz Premyer Liqanın 15-ci turunda evdə “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub etdikləri oyundan danışan yarımmüdafiəçi digər məqamlara da toxunub.
- Dünən doğma meydanda “Sumqayıt”a çətinliklə qalib gəldiniz. Oyunla bağlı nə deyə bilərsiniz?
- Çətin olacağı gözlənilirdi. Çünki qış fasiləsindən sonra ilk oyunumuz idi. Matçın həm rəqib, həm də bizim çətin keçəcəyi aydın məsələ idi. Heç kim asan qələbə qazanacağımızı düşünmürdü. Amma oyundan əvvəl uşaqlarla söhbətimizdə əsas nəticəni önəmsədiyimizi bildirmişdik. Vəziyyətimizi daha da yaxşılaşdırmaq üçün, meydana çıxıb yaxşı nəticə qazanmalı idik. Şükürlər olsun, 1:0 hesabı ilə qalib gəldik. Ortada nəticə var, ona görə də sevindiricidir.
- Fasilədən sonra mövsümün ikinci hissəsinə qələbə ilə başlamaq yəqin ki, qarşıdakı oyunlarınıza da psixoloji baxımdan müsbət təsir edəcək.
- Bəli, bizim üçün qələbə qazanmaq çox önəmli idi. Start yaxşı olanda əhval-ruhiyyə də yerində olur. Komandada inam yaranır. Növbəti oyunumuz “Sabah”ladır. Çalışacağıq ki, o görüşdə də qələbə qazanaq.
- Hazırda “Sabah”la eyni – 20 xalınız var və üçüncü-dördüncü yerləri bölüşdürürsünüz. Nəzərə alaq ki, “Sabah” fasilədən sonra keçirdiyi ilk oyunda “Zirə” üzərində inamlı qələbə qazandı. Səfərdə oynayacaqsınız. Sizin üçün çətin olmayacaq?
- Öncədən nəsə demək mümkün deyil. Futboldur, hər şey ola bilər. “Sumqayıt” üzərində qələbə komandada müsbət ab-hava formalaşdırıb. Bu gündən “Sabah”la oyunun hazırlıqlarına başlayırıq. Qələbə qazanmaq istərdik. Amma necə olacağını Allah bilir. Onların “Zirə”ni udduğu oyunu televiziya vasitəsilə izləmişəm. “Sabah” “bu çempionatda mən də varam” demək istəyir.
- Dünən turun mərkəzi oyununda “Qarabağ” və “Neftçi” komandaları üz-üzə gəldilər. Bütün futbol ictimaiyyətinin diqqəti Azərbaycan derbisində idi. Ötən ilə kimi hamı “Qəbələ” – “Qarabağ” oyunlarının prinsipiallığından, gərginliyindən danışırdı. Bu gün isə “Qəbələ” sanki bir qədər kölgədə qalıb. Bu amil bir kapitan kimi sizə necə təsir edir?
- Həqitən bugün “Neftçi” “Qarabağ” üçün layiqli rəqibdir. Düzdür, “Qəbələ” hardasa bir az eniş yaşadı. Büdcənin azalması komandaya təsir etdi. Ümid edirəm ki, “Qəbələ” yenidən öz iddiasını, turnir cədvəlindəki mövqeyini qaytaracaq.
- Yəqin ki, bu mövsüm üçün əsas hədəfiniz ilk 3-lüyə düşmək olacaq...
- Çox istərdik ki, heç olmasa, üçüncü yeri tutaq. Düşünürəm ki, bu, tam realdır. Niyə də olmasın?! Çünki bizim futbolçulara, onların keyfiyyətinə baxanda, görürük ki, hər şey mümkündür. Sadəcə, bunu meydanda həyata keçirmək və qələbələr qazanmaq lazımdır. 3-cü pilədəki komanda ilə aramızda elə də çox xal fərqi yoxdur. “Səbail” bizdən 4 xal öndədir. 2 oyun udanda, bu, turnir cədvəlindəki mövqeyinə təsir edir.
- Son olaraq, milli komanda ilə bağlı sualım olacaq. Qurban Qurbanovun istefaya göndərilməsindən sonra yığmada baş məşqçi vəzifəsi hələ də boşdur. Millinin təcrübəli oyunçularından biri kimi, sizcə, bu, gecikmə komandanın seçmə mərhələdəki çıxışına necə təsir edəcək?
- Bu sualı jurnalistlər bir dəfə də mənə ünvanlamışdılar. Bu məsələ elədir ki, bəlkə də tələsik qərar verib. səhv atmaq istəmirlər. Mən orda deyiləm, ona görə də nə fikirləşdiklərini, təyinatın niyə bu qədər gecikdiyini bilmirəm. Qarşıda millinin təlim-məşq toplanışı olacaq. Düşünək ki, yaxşı olacaq. Çempionatımız davam edir, futbolçularımız oynayırlar, formadadırlar. Yeni baş məşqçi çağıranda da düşərgəyə hazır qoşulacaqlar. Yəqin ki, o da yoxlayıb, ortaya bir şey çıxaracaq.
Elnur SALAHOV
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar
"Bavariya"nın Madrid zəfəri - Video
"Quba" "Şəki Siti" ilə üz-üzə
"Bavariya" "Real"a, "Arsenal" "Sportinq"ə qalib gəldi
6 qol və "Sabah"ın qələbəsi - Video
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video