Futbol meneceri Erkin İbrahimov Qol.az-a müsahibə verib. Yerli klublarımızın qış fasiləsindəki transfer siyəsətini dəyərləndirən E. İbrahimov maraqlı fikirlər səsləndirib.
- Bu qış fasiləsində transfer bazarında durum necədir? Sanki əvvəlki illərlə müqayisədə fəallıq azalıb.
- Hə, fəallıq azdır. Məncə, bu da klubların səhv etmək istəməməsi ilə bağlıdır. İstər “Qarabağ”, “Neftçi”, istərsə də az büdcəli klublar olsun, heç kimin səhv etməyə haqqı yoxdur. Düzdür, çempionatın ümumi səviyyəsi düşsə də, rəqabət var. İndi aşkar autsayder yoxdur. Transfer pəncərəsinin bağlanmasına hələ var. Bizdə belədir ki, klublar toplanışın sonlarına yaxın fəallaşırlar. Şəxsən mən daha çox “Qəbələ” və ondan aşağı sırada qərarlaşan klublardan fəallıq gözləyirdim. Çünki “Neftçi” birinci yerdədir, transferə o qədər də ehtiyac duymurlar. “Qarabağ”da legionerlər çoxdur. Elə ciddi dəyişikliyə səbəb yoxdur. “Sabah” nisbətən fəaldır. Legioner almasalar da, yaxşı yerli oyunçular transfer etdilər. “Zirə” və “Səbail” isə sanki daha yaxşılarını gətirmək istəyirlər deyə, gözləyirlər.
- Klublar daha çox yerli futbolçuları öz aralarında dəyişdirməklə məşğuldur. Buna münasibətinizi bilmək istərdim.
- Bizdə aşağıdan futbolçu az-az gəlir. Qapıçı məsələsinə baxıram, doğrudan da faciədir. Sanki yerdəyişmə gedir: Orxan Sadıqlı “Zirə”yə, Anar Nəzirov “Qəbələ”yə keçir, Aqil Məmmədov neçənci dəfədir “Neftçi”yə üz tutur. Mən belə başa düşürəm ki, ölkədə yaxşı qapıçı məktəbi olsaydı, gənc qolkiperlər yetişsəydi, bu cür hallar yaşanmazdı. 3-4 ildən sonra adlarını çəkdiyimiz qapıçılar da karyeralarını bitirəcəklər. Onda klublarımızın qapısını kim qoruyacaq? Hamısı legionerə güvənəcək? Bu, qolkiperlərə daha çox aiddir. Aşağıdan oyunçu gəlmədiyi üçün klublar büdcədən böyük pulları yerli futbolçulara ayırırlar.
- Ümumiyyətlə, deyəsən, əvvəlki illərlə müqayisədə əcnəbi futbolçuları Azərbaycana gətirmək çətinləşib. Bu nə ilə bağlıdır? Klublar pul xərcləmək istəmirlər, yoxsa əcnəbilər ölkəmizə gəlməkdə maraqlı deyillər?
- Deməzdim ki, çətinləşib. Əksinə, hər il əvvəlkindən daha asan olur. İlk növbədə “Qarabağ”ın Avropada uğurlu çıxışından sonra hamı Azərbaycan futbolunu yaxından tanıyır. Komanda Çempionlar Liqasında qruplara düşəndən sonra legioner gətirmək daha da asanlaşıb. Ölkəni hamı tanıyır, Bakı da günü-gündən gözəlləşir. Burada oynayan legionerlər istər-istəməz öz həmyerlilərinə şəhər haqqında məlumatları çatdırırlar. Bütün braziliyalılar, ispanlar bilirlər ki, Bakıda yaşamaq gözəldir. Xüsusilə serblər üçün Bakıya düşmək, Parisda yaşamaq kimi bir şeydir. Hamı bilir ki, burada futbolçuların bütün problemləri klubları tərəfindən həll olunur. Təhlükəsiz ölkədir. Bakıda kriminalizm, irqçilik yoxdur. Ona görə də dünyanın hər yerindən futbolçular Azərbaycana gəlməyə razıdır. Sadəcə, dediyim kimi, sanki klublar səhv etməkdən qorxduqları üçün risk etmək istəmirlər.
- Sizə görə, bu qışın ən uğurlu transferləri hansılardır?
- Açığı, hələ ki, heç bir klubda Azərbaycan futboluna yeni nəfəs gətirə biləcək legioner görmürəm. Deyərdim ki, “Sabah” ağıllı tərpəndi. Üç keyfiyyətli yerli futbolçu aldılar. Onlardan biri milli komandanın start 11-liyinə daxil olan oyunçudur. Bununla yerli futbolçu problemini həll etdilər. Amma həm “Qarabağ”, həm də “Qəbələ”nin aldığı legionerlər SV olaraq, çox yüksək deyillər.
- "Qarabağ" sabiq futbolçuları Reynaldo Silva və Riçard Almeydanı geri qaytardı. Sizcə, onlar Ağdam klubuna əvvəlki faydanı verə biləcəklər?
- Mən ümumiyyətlə, keçmiş futbolçunun qayıdışına qarşıyam. O vaxt Muarem də qayıtmışdı. Yaxşıydısa, göndərməzdilər. Almeydanı hardasa başa düşürəm, yerli futbolçudur. Bu, məşqçi üçün seçim imkanını genişləndirir. Artıq əlavə legioner oynada biləcək. Amma Reynaldonun qayıdışına elə də müsbət yanaşmıram.
- Bu gün "Qarabağ"ın yaxşı hücumçu almalı olduğunu düşünənlər çoxdur. Siz bu məsələdə hansı fikirdəsiniz?
- İndiki durumda, düşünürəm ki, “Qarabağ” hücumçusuz da çempionola bilər. Reynaldo qayıdıb, Emeqara var, Mahir Mədətov da o mövqedə oynaya bilər. Əlbəttə, hücumçu alsaydılar, daha yaxşı olardı. Bunu çempionata yox, avrokuboklara görə deyirəm. İndi gəlsəydi, komandanın oyun üslubuna da uyğunlaşmış olardı. Mayda qaçaqaçla hücumçu axtarışına çıxmaq lazım deyil. Sırf bu baxımdan nəzərdə tuturam. Amma belə, hücumçu alınmasa belə, “Qarabağ” çempionluğa ən real namizəddir.
- "Neftçi" sanki yenə transfer məsələsində gecikir. Hətta azarkeşlər də bu durumdan narahatdılar. Bu amil komandanın çıxışına nə dərəcədə mənfi təsir göstərə bilər?
- Dediyim kimi, “Neftçi” birinci yerdə gedir. Komanda liderdisə, ilk baxışdan hər şey yaxşı görünür, problemlər nisbətən azdır. Bununla belə, “Neftçi”nin transfer siyasəti, demək olar ki, yoxdur. Yəqin, mövsümün əvvəlində hansısa işlər düzgün qurulmuşdu ki, bərbad transferlərlə belə, komanda qış fasiləsinə lider kimi yollana bildi. Hiss olunur ki, Bordin rəhbərliklə bir yerdə komanda daxilində gözəl atmosfer yarada bilib. Amma yayda kənardan üç futbolçu gətirilib, üçü də bərbaddır. Başqa söz tapmaq olmur. Biri yola salınıb, biri əvəzedici komandaya göndərilib, biri isə say üçün saxlanılıb. Hələ bilinmir, bundan sonra eyni adamlar fərqli futbolçular gətirə biləcəklərmi. Yarımmüdafiənin cinahında seçim imkanı çox olsa da, yunanıstanlı futbolçu aldılar. Halbuki, bütün menecerlərə demişdilər ki, mərkəzə oyunçu axtarırlar. Platellası tanıyıram, sırf cinah oyunçusudur. Hələ ki, tərifnamə mərhələsindədirlər. Bu işləri yaxşı bacarırlar. Necə oyunçu olduğunu vaxt göstərəcək. Amma məni o qədər də açmadı. Böyük ölçüdə Mbodj da gəldi. Hər halda müdafiənin mərkəzinə ağac da qoysan, Braliçdən daha canlı görünəcək. Yayda edilən səhvləri “yumağa”, düzəltməyə çalışırlar. Heç olmasa, bu yaxşıdır ki, komandaya lazım olmayan futbolçuları göndərirlər. Hücumçu alsalar da olar,almasalar da. Çünki Dabo və Mirabdulla kimi forvardlar var. Belə baxanda, bəlkə də say doldurmaq üçün daha bir oyunçu almaq olar. Amma deyərdim ki, elə də ehtiyacları yoxdur.
- Bəs digər klublarımızın transfer siyasəti haqda nə düşünürsünüz?
- Deyərdim ki, transfer işlərində ən çox gecikən “Keşlə”dir. Hazırda onlara oyunu apara biləcək orta xətt oyunçusu hava-su kimi lazımdır. Çünki yarımmüdafiənin mərkəzində təxinən bir-birinin eyni olan futbolçular cəmləşib. Məsələn, Sezar Meza Kolli kimi qeyri-adi 10 nömrə yoxdur ki, topu verəsən ona, istədiyini etsin. Digər tərəfdən oktyabrda götürdükləri futbolçularla bağlı tələsdilər. Həmin ərəfədə oyunçu almazlar. Çox yüksək maaşa 2 futbolçu götürdülər, onlar da istənilən effekti vermir. İstənilən halda oktyabr ayında futbolçu gəlirsə, onun heç bir faydası olmayacaq. Çünki 2-3 ayı boşa verəcək, bundan sonra da uğurlu olub-olmayacağı bilinmir. Amma artıq kiminsə yerini tutdular. Artıq hücum xəttinə də yeni oyunçu ala bilməzlər. Tərlan Əhmədovun əlinin altında 3 forvard var. “Səbail” yayda komandanı komplektləşdirəndə nisbətən asan idi. Çünki bu qədər təzyiq yox idi. İndi isə 3-cü pillədə gedirlər və avrokuboka düşmək perspektivləri var. Bu, ikiqat məsuliyyətdir. Klubu tam başa düşürəm. Bilirəm ki, çox yaxşı variantları var idi, amma alınmayıb. Əcnəbi müdafiəçi axtarırdılar, hətta baxışa da gəlmişdi. Amma Emil Balayev gedir deyə, qəflətən planları dəyişməli oldular. Çox güman ki, əcnəbi qapıçı axtarırlar. Çünki yerli qapıçı yoxdur.
Elnur SALAHOV
"Real”ın futbolçusu sıradan çıxdı
Haalandın bombardirlər arasında da rekordu var
"Portuqaliya mən gələnədək heç nə qazanmamışdı"
"Qarabağ" - "Neftçi" matçının biletləri satışa çıxır
“Qarabağ”la oyunda zədələnən Laviya uzun müddət oynamayacaq
“Ayaks” baş məşqçisi ilə yollarını ayırdı
"Fiziki cəhətdən zəif təsir bağışladıq" - Yevgeni Kukseviç
Lukmanla baş məşqçi arasında soyuq küləklər əsir
Futzal millimiz məğlub oldu
Fransa yığmasının Azərbaycanla oyun üçün heyəti açıqlandı
“Araz-Naxçıvan”ın 1/8 finaldakı rəqibi müəyyənləşdi
Mourinyo: "Mən hakimi sevmirəm, o da məni"
Şimal derbisində 6 qol, "Zaqatala"dan qələbə
Millimizdən İslamiadada növbəti qələbə
Lovğa-lovğa gələn “Çelsi”ni tapdayıb keçdilər
"Qarabağ"da şok itki
Türkiyə klublarının bugünkü oyunlarını yayımlayacaq kanallar
Murad Musayev Rusiyada ən yaxşı seçildi
"Çelsi"yə qalib gələ də bilərdik" - Marko Yankoviç
“Kayrat” azarkeşlərindən “Qarabağ”a möhtəşəm dəstək - Video
Türkiyə klubunun üzvü millimizin heyətindən çıxarıldı
Avrokuboklarda 200-cü oyun, 250-ci qol
Naci Şensoy bu klubun baş məşqçisi oldu
Konfrans Liqasında 18 oyun
AFFA bu klubları cərimələdi
Avropa Liqasında 4-cü turun oyunları keçiriləcək
Azərbaycan derbisinə doğru: Baş məşqçilər
Misli Premyer Liqası: "Zəfər turu"nun hakim təyinatları
“Avropa klublarından maraq ola bilər” - Elvin Cəfərquliyev
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
UEFA-da xalımızın üstünə xal gəldi
“Kiçik büdcə ilə böyük xəyallar quranların gecəsi” - Şəkil
İslandiya millisinin Azərbaycanla oyun üçün heyəti açıqlandı
Osimhenin het-triki, "Qalatasaray"ın səfər qələbəsi - Video
"Qarabağ"ın "Çelsi" ilə tarixi heç-heçəsi - Video
"Heç-heçə ədalətli nəticədir" - Bəhlul Mustafazadə
"Qarabağ" Çempionlar Liqasında neçəncidir?
AFFA prezidenti "Qarabağ"ı təbrik etdi
Qurban Qurbanovdan möhtəşəm nəticəyə ilk şərh
“Qarabağ” - “Çelsi” matçının ən yaxşı futbolçusu o oldu
“Qarabağ”dan “Çelsi” ilə oyunda qələbə kimi heç-heçə