“Keşlə”dən qalmaqallı ayrılan Orxan Sadıqlı Qol.az-a müsahibə verib. Qolkiper baş verənlərə görə Tərlan Əhmədovu ittiham edib.
- Dünən “Keşlə” ilə müqaviləni pozdun. Bilirdin ki, Tərlan Əhmədov səni komandasında istəmir. Bunu nəzərə alıb “Sumqayıt”da qala bilməzdin?
- Açığı, “Sumqayıt”da heç kim mənə “get” demədi. Sadəcə, hər şey mənə söz verildiyi kimi olmadığından komandadan ayrıldım. Ayxan müəllimə də dedim ki, siz öz komandanızı qurun, mən gedirəm. Çünki bəziləri vədlərinə əməl etmədilər. Ona görə də “Sumqayıt”da qalmağın adı yox idi.
- Maraqlıdır, sənə nə söz vermişdilər ki?
- Kim yaxşı maaşı qoyub, gedib az pula oynayar? “Sumqayıt”la danışığımız olmuşdu ki, az maaşa gedirəmsə, daim əsas heyətdə oynayım. Amma 10 oyun ehtiyatda oturdum. Gördüm ki, sözlərinə əməl etmirlər, düşündüm ki, mən niyə burda qalmalıyam. İstəsəydim, “Sumqayıt”la müqavilə bağlayardım. Sağ olsunlar, mənə “get” deyən olmadı. Bu cür şərtlərdə orada qalmaq alınmayacaqdı. Futboldan küsmüşdüm. “Sumqayıt”a başqa arzu-istəklə getmişdim.
- Ehtiyatda qalmağının günahını kimdə görürsən - sənə söz verib, oynatmayanlarda, yoxsa özündə?
- “Keşlə”də vəziyyət elə idi ki, ehtiyatda qalmağa razılaşmışdım. Bilirdim ki, Kamran Ağayev var. Allah eləməsin, ona nəsə olsaydı, qırmızı alsaydı, ya zədələnsəydi, oynayardım. “Sumqayıt”da isə vəziyyət fərqli oldu. Getdim, gördüm ki, orada alınmayacaq. Çünki sözlərinin üstündə durmadılar. Sanki məni ora 2-ci qapıçı kimi aparmışdılar. Əvvəlcədən belə danışsaydılar, o pula “Sumqayıt”a keçməzdim. Çünki orada “Keşlə”də qazandığımın 50 faizini alırdım.
- Dünən mətbuata açıqlamanda bildirmisən ki, “Keşlə”də məşqçilər futbolçunun maaşına qarışır. Konkret olaraq, kimi nəzərdə tutursan?
- Dünən Tərlan müəllimlə görüşdüm, özünə də dedim ki, komanda tapsam, orada qalan deyiləm. Bununla belə, mənim klubla Azərbaycan qanunları çərçivəsində müqaviləm var idi. Təklif etdim ki, əvəzedici komandaya gedim, orada bərpa məşqləri keçim, həm də maaşımı alım. Qanun da bunu deyir. Mənə söylədilər ki, “dubl”a gedirsən, get, amma maaşın 500 manat olacaq.
- Bu sözləri sənə kim dedi?
- Birinci klubdan yığdılar ki, Tərlan müəllim deyir, gedib əvəzedicilərdə 500 manata oynayar. Səhəri gün bazaya gedib, üzbəüz görüşdüm. Yenə eyni sözləri dedi. Mən də bildirdim ki, pulu sizinlə danışmamışam. Klubun rəhbərliyi ilə müqavilə bağlamışam, bu, sizə aid olan şey deyil. Gördüm ki, söhbət çürükçülüyə gedir, 500 manat, 300 manat söhbəti olur, dedim, mən gedirəm. Futbolu atıb, başqa işlə məşğul olardım, amma gedib onlar üçün 500 manata oynamazdım. Xeyirlisi bu imiş. Klubdan da kişi kimi ayrıldım. Çünki mənim alnım açıqdır. “Keşlə”də heç kimə nə problem yaratmışdım, nə də hörmətsizlik etmişdim. Artıq müqaviləmi də götürmüşəm.
- Müqaviləni vaxtından əvvəl pozduqları üçün sənə hər hansı məbləğ ödənildi?
- Yox. Orada oynamadığım ayların pulunu almaram. O pulu xərcləyə, evimdəki balama apara bilmərəm.
- Bəs Zaur Axundov bu məsələ ilə bağlı sənə nəsə dedi?
- Ora gedəndə mənə dedilər ki, baş məşqçi ilə görüşəcəksən. Zaur müəllim özü burda yoxdur. Amma komandada olan hər bir şeydən xəbəri var. Bütün bunlara baxmayaraq, Zaur müəllimə təşəkkürümü bildirirəm. O insandan heç bir pislik görməmişəm. Sadəcə, mənə qarşı haqsızlıq oldu. Belə olmamalı idi.
Elnur SALAHOV
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı