“Zirə”nin baş məşqçisi Samir Abasov Qol.az-a müsahibə verib. Komandasının qış hazırlığı və transfer məsələləri ilə bağlı danışan mütəxəssis maraqlı fikirlər səsləndirib.
- Mətbuatda “Zirə”nin sabiq hücumçusu Riçard Qadzeni yenidən qaytarmaq istədiyi yazılır. Bu, nə dərəcədə doğrudur?
- Bu xəbərin heç bir doğruluğu yoxdur. Biz heç kimi qaytarmırıq. Gündəmdə başqa 2 futbolçu var. Onlarla danışıq gedir. Hələ ki, mənfi və ya müsbət cavab almadığımız üçün gözləyirik. Ümumiyyətlə, burada təkcə “Zirə” deyil, digər bütün klublarımızın çəkdiyi əziyyət əcnəbi oyunçuların bura gəlmək istəməməsi ilə bağlıdır. Ona görə də işlər dayanıb. Məcbursan, alternativ variantlar axtarıb tapasan.
- Az öncə bildirdiniz ki, 2 oyunçudan xəbər gözləyirsiniz. Yəqin ki, adlarını deməyəcəksiniz. Bilmək olarmı, hansı mövqedə çıxış edirlər?
- Hər ikisi əcnəbi hücumçudur. Hansı ölkədən olduqları yadımdan çıxıb. Adlara gəlincə, gərək gətirəsən ki, açıqlaya da biləsən. Burada əsas problem oyunçuların özlərinin gəlmək istəməməsidir. Bilmirəm, çempionata və ya başqa nələrəsə görə burda oynamaq istəmirlər. Hamının çəkdiyi əziyyəti biz də çəkirik.
- Əcnəbi futbolçuların gəlmək istəməmələri sırf çempionat və azarkeş azlığı ilə bağlıdır, yoxsa maliyyə məsələsi də rol oynayır?
- Yox, maliyyə söhbəti ola bilməz. Ümumiyyətlə, bu sualı yığışdırmaq lazımdır. Nəyə görə? Çünki bir futbolçu hardasa 5 manata oynayırsa, ona 1-2 manat az pul təklif etməyə dilimiz də gəlmir. Çünki onu hara gətirdiyimizi yaxşı bilirik. Əksinə, onu pulla şirnikləşdirib gətirə bilərik. Ya da bu, öz klubunda pis duruma düşər, məşqçi, rəhbərliklə problemi yaranar, onda Azərbaycan çempionatına gəlməyə razılıq verər. Bu dəqiqə oynayan futbolçunu gətirmək çətin məsələdir. Həm qışdır, həm də ən əsası, bizim çempionata, azarkeş amilinə görə transfer etmək çətinləşir. Kiməsə desən ki, gəl, gedək İspaniyaya, orada filan oteldə qalacağıq, tez internetə girib maraqlanacaq ki, bu, harada yerləşir və yaxınlığında hansı mağaza var. Bu da onun kimi bir şeydir. Təklif alan futbolçu əvvəlcə çempionatın səviyyəsinə, tribunalara baxır.
- Hələ fasilədən öncə Pərdis Fərcad-Azadın komandadan göndəriləcəyi ilə bağlı xəbərlər dolaşırdı. Bu məsələ nə yerdədir?
- Bu xəbərləri çıxardanları da başa düşürəm. Əgər bir komanda 2 hücumçu gətirmək istəyirsə, avtomatik olaraq, əlindəki forvardın üstündə sual işarəsi yaranır ki, bu, necə olacaq? Həmin oyunçu özü də bu barədə fikirləşir. Söhbət hələ ki, qalır. Pərdis heç yerə getmir. Amma hər dəqiqə bir şey ola bilər.
- Ümumiyyətlə, hazırkı komandadan göndərməyi düşündüyünüz futbolçular varmı?
- Hələlik yalnız Adil Nağıyev söhbətidir. O, özü klub rəhbərliyinə müraciət edib ki, komandasını dəyişmək fikri var. Bu gün hansısa klubdan yerli futbolçu götürə bilmirik. Heç kim oyunçusunu vermir. Başa düşürük. Niyə də versin ki? Ona görə də biz də öz futbolçumuzu kimsə istəyir deyə elə-belə buraxa bilmərik. Oyunçu özü qalmaq istəmirsə belə, bu, o demək deyil ki, biz onları asanlıqla verəcəyik. Mən “Zirə”yə dünən gəlmişəm. Klubun özünün qarşısında bir öhdəlik var. Hansısa futbolçu ilə müqaviləni pozanda bunları yerinə yetirməlidir. Əks-halda hansı cərimələr, cəzalar olur, bunu məndən yaxşı bilirsiniz. Oyunçu da öz öhdəliklərini yerinə yetirməlidir. Gəlib rəhbərliyə getmək istədiyini deyirsə, klub ən yaxşı şərtlər qarşılığında onu buraxmaq iqtidarındadır. Bu yöndə də işlər gedir. Yəni, çalışırıq ki, ən yaxşı halda Adildən qazanaq. İnanmıram ki, Azərbaycan klubları hansısa yerli futbolçuya pul verib alsın. Bizdə yerli mərkəz müdafiəçisi olmadığından, olan da gedirsə, onun yerinə kimisə götürmək məsələsi ortaya çıxır.
- “Zirə”nin Bəxtiyar Həsənalızadəni heyətə qatmaq ehtimalı varmı?
- Məsələ burasındadır ki, birinci Bəxtiyar özü, ikinci isə onu buraxan klub razılıq verməlidir. Ən sonda isə biz buna “hə” deməliyik. Şəxsən mən qarşı deyiləm. Çünki Bəxtiyarı tanıyıram. Azərbaycan futbolunda peşəkarlar azdır. Söhbət bizim yerlilərdən gedir. Bəxtiyar sözün əsl mənasında peşəkar futbolçudur. Onun bizim komandada olmasını istərdim.
- Mətbuatda belə bir xəbər də yayılıb ki, futbolçular Samir Abasova görə “Zirə”dən getmək istəyirlər. Yazılanlara inansaq, sizin oyunçuları təhqir etdiyiniz iddia olunur.
- Kim getmək istəyirsə, gedə bilər. Bu, mənim üçün böyük problem deyil. Ola bilər ki, bizim futbolu oynaya bilmir, işimizi bəyənmir. Baş məşqçinin futbolçunu göndərməsi normal sayılırsa, futbolçunun çalışdırıcının rəhbərliyi altında oynamaq istəməməsi niyə anormal görünməlidir ki? Buna normal yanaşıram. Məndə futbolçu olub ki, deyib, bu oyuna uyğunlaşa bilmirəm, oynaya bilməyəcəyəm. Burda nə pis şey var ki? Əksinə, həmin uşağın alnından öpməlisən ki, sakitcə ehtiyatda oturub maaşını almağı düşünmür. O ki qaldı təhqir məsələsinə, açığı, belə bir şey olmayıb. Əgər futbolçunu siz dediyiniz formada təhqir edirsənsə və o, birbaşa gəlib bunu təhqir edənin üzünə deyə bilmirsə, gedib kiməsə şikayət edirsə, bundan sonra nə danışa bilərik? Təhqirlə tənqid tamam başqa şeylərdir. Mənim iş metodumu, məşqlərdə, oyunlarda nə qədər aqressiv olduğumu bilirlər. Əgər bu, həmin futbolçular üçün qlobal problemdirsə, öhdəsindən gələ bilməyib komandanı tərk edirlərsə, onda yəqin bunlar Kaxanı (Kaxaber Sxadadzeni nəzərdə tutur – E.S), digərlərini görməyiblər. Məncə, bunlar düzgünlükdən çox, bəhanəyə oxşayır. Buna görə rəhbərlik tərəfindən mənə xəbərdarlıq da gələ bilər. Amma gəlməyib. Bu gün istənilən klub Samir Abasovu baş məşqçi kimi görmək istəyər. Və sabah mənə görə “Zirə”dən getmək istəyən futbolçular yenidən başqa klubda rəhbərliyim altında oynaya bilərlər. Onlara məsləhət görərdim ki, mənim olduğum klubda qalmasınlar. Azərbaycanda legionerlər var ki, heç bir halda bu ağırlığa dözməzlər. Bəzi əcnəbilər çoxdan bu cür söz-söhbətlər çıxarmışdılar. Adətən onlar belə edirlər. Açığı, yerlilərin belə edəcəyinə inanmıram. Amma əgər nəsə varsa, onda onların futbol karyerası necə olacaq, Allah bilir. Çünki tələbkarlığımla bağlı heç nə dəyişməyəcək, bundan sonra daha betər olacağam.
- Antalyada 2 həftəlik toplanış dövründə 2 yoxlama oyunu keçirəcəksiniz. Artıq Qazaxıstanın “Taraz” və Rumıniyanın “Konkordiya” klubları ilə oynayacağınız dəqiqdir. Digər 2 rəqibin adına nə vaxt aydınlıq gələcək?
- Burada proses necə gedir? Sistemə girib, “Zirə”nin oyun günlərini yazırlar. Həmin sistemə digər klublar da daxil ola bilirlər. Orada razılıq əldə olunandan sonra oyunun vaxtı və yeri müəyyənləşir. Bu işlərlə mən yox, klubun digər əməkdaşları məşğul olurlar. Mən sadəcə, “hə” və ya “yox” deyirəm. Bəzi ölkələr var ki, onlarla oynamaq istəmirik. Misal üçün, ərəblərlə oyunlarda həmişə problem çıxır, dava düşür. İki klubla artıq müqavilə imzalamışıq, digər ikisindən isə hələlik xəbər yoxdur.
Elnur SALAHOV
"Real”ın futbolçusu sıradan çıxdı
Haalandın bombardirlər arasında da rekordu var
"Portuqaliya mən gələnədək heç nə qazanmamışdı"
"Qarabağ" - "Neftçi" matçının biletləri satışa çıxır
“Qarabağ”la oyunda zədələnən Laviya uzun müddət oynamayacaq
“Ayaks” baş məşqçisi ilə yollarını ayırdı
"Fiziki cəhətdən zəif təsir bağışladıq" - Yevgeni Kukseviç
Lukmanla baş məşqçi arasında soyuq küləklər əsir
Futzal millimiz məğlub oldu
Fransa yığmasının Azərbaycanla oyun üçün heyəti açıqlandı
“Araz-Naxçıvan”ın 1/8 finaldakı rəqibi müəyyənləşdi
Mourinyo: "Mən hakimi sevmirəm, o da məni"
Şimal derbisində 6 qol, "Zaqatala"dan qələbə
Millimizdən İslamiadada növbəti qələbə
Lovğa-lovğa gələn “Çelsi”ni tapdayıb keçdilər
"Qarabağ"da şok itki
Türkiyə klublarının bugünkü oyunlarını yayımlayacaq kanallar
Murad Musayev Rusiyada ən yaxşı seçildi
"Çelsi"yə qalib gələ də bilərdik" - Marko Yankoviç
“Kayrat” azarkeşlərindən “Qarabağ”a möhtəşəm dəstək - Video
Türkiyə klubunun üzvü millimizin heyətindən çıxarıldı
Avrokuboklarda 200-cü oyun, 250-ci qol
Naci Şensoy bu klubun baş məşqçisi oldu
Konfrans Liqasında 18 oyun
AFFA bu klubları cərimələdi
Avropa Liqasında 4-cü turun oyunları keçiriləcək
Azərbaycan derbisinə doğru: Baş məşqçilər
Misli Premyer Liqası: "Zəfər turu"nun hakim təyinatları
“Avropa klublarından maraq ola bilər” - Elvin Cəfərquliyev
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
UEFA-da xalımızın üstünə xal gəldi
“Kiçik büdcə ilə böyük xəyallar quranların gecəsi” - Şəkil
İslandiya millisinin Azərbaycanla oyun üçün heyəti açıqlandı
Osimhenin het-triki, "Qalatasaray"ın səfər qələbəsi - Video
"Qarabağ"ın "Çelsi" ilə tarixi heç-heçəsi - Video
"Heç-heçə ədalətli nəticədir" - Bəhlul Mustafazadə
"Qarabağ" Çempionlar Liqasında neçəncidir?
AFFA prezidenti "Qarabağ"ı təbrik etdi
Qurban Qurbanovdan möhtəşəm nəticəyə ilk şərh
“Qarabağ” - “Çelsi” matçının ən yaxşı futbolçusu o oldu
“Qarabağ”dan “Çelsi” ilə oyunda qələbə kimi heç-heçə