"Qəbələ"nin sabiq yarımmüdafiəçisi Dodo (Luiz Paulo Hilario) Qol.az-a müsahibə verib. Əyalət klubundakı karyerasını xatırlayan braziliyalı futbolçu yenidən ölkəmizdə oynamaq istədiyini bildirib.
- “Qəbələ”dən ayrıldıqdan sonra tez-tez klub dəyişdirdiniz. Hazırda harada oynayırsınız?
-“Qəbələ”dən sonra Braziliyada “Coinvili” adlı klubda oynadım. Bu komandada yarım mövsüm çıxış etdikdən sonra Yunanıstana getdim. AEL-lə müqaviləm başa çatdıqdan sonra isə yenidən “Coinvili”yə qayıtdım. Bu komanda ilə Paraibano çempionatında (Braziliyada keçirilən 10 komandalı ştat çempionatı - E.S) çıxış etdikdən sonra oradan da ayrıldım. Hazırda ailəmlə birlikdə vətənimdəyəm. Yeni təkliflər gözləyirəm.
- Beş il “Qəbələ”nin formasını geyinmisiniz. Bu komanda yaddaşınızda necə qalıb?
- “Qəbələ” həyatımın ən xoşbəxt anlarını yaşadığım klub olub. Yenidən Azərbaycana, bu komandaya qayıtmaq üçün hər şeyi edərəm və bir daha heç vaxt ölkənizdən getmərəm.
- Ölkəmizi bu qədər sevirdinizsə, onda niyə ayrıldınız? “Qəbələ” ilə müqaviləniz bitdikdən sonra başqa bir komandada oynaya bilməzdiniz? Sizinlə maraqlanan xeyli Azərbaycan klubu var idi...
- Biz futbolçular hər zaman yeni macəra axtarışında oluruq, dəyişiklik istəyirik. Kriştiano Ronaldo kimi böyük futbolçu belə yeni tarix yazmaq üçün “Real”ı “Yuventus”a dəyişdi.
- Bundan sonra belə bir imkanınız olsa, Azərbaycanda hansı klubda oynamaq istərdiniz? Ancaq “Qəbələ”, yoxsa?..
- Bilirsiniz, bu, tək məndən asılı olan məsələ deyil. Klublar da səni transfer etməkdə maraqlı olmalıdır. Həqiqətən “Qəbələ”yə qayıtmaq istəyirəm. Amma onlar məni istəməsələr, başqa komandalarda, məsələn, "Qarabağ" və "Neftçi"də də oynaya bilərəm. Bütün təkliflərə açığam. Alınsa, yenidən Azərbaycan çempionatında yaxşı işlər görə bilərəm.
- Hələ də Azərbaycan çempionatını izləyirsiniz?
- Əlbəttə, Premyer Liqanı sevirəm. Zaqreb “Dinamo”su kimi böyük komandada oynamışam. Amma dünyaya Dodonun kim olduğunu məhz Azərbaycanda göstərmişəm. İmkan tapdıqca, bəzi oyunlara internet vasitəsilə baxıram.
- Artıq sizin vaxtınızdakı kimi Premyer Liqada 12 komanda yoxdur. Çempionatda cəmi 8 klub mübarizə aparır.
- 8 komanda çox azdır. Bu, çempion olmaq istəyən klubun işini də asanlaşdırır. Belədə maraq da azalır. Amma mən istənilən şəraitdə orada oynaya bilərəm.
- Həmyerliniz Reynaldo 2 illik fasilədən sonra yenidən Azərbaycana qayıdır. Onunla ölkəmizdə çox oyunda rəqib olmusunuz. Sizcə, hazırkı Reynaldo əvvəlki effekti verə biləcək?
- Futbolçu heç vaxt futbol oynamağı unutmur. Reynaldo əla oyunçudur. Təcrübəsindən danışmağa ehtiyac belə yoxdur. Bəzən özümüzə zərər verən pis mərhələlərdən keçirik. Həmin vaxt çox klub səbrsiz davranır və oyunçu ilə əməkdaşlığa son qoyur. Amma futbol oynamağı bacaran oyunçu heç vaxt bunu tərgitmir. Ya sən futbol üçün doğulmusan, ya da futbol üçün doğulmamısan.
- "Qəbələ" azarkeşlərinin hər zaman rəğbət bəslədiyi futbolçulardan birisiniz. Avropa Liqasının pley-off mərhələsində səfərdə "Panatinaikos"a 2 qol vurub komandanı qrup mərhələsinə daşıdıqdan sonra fanatların sizə sevgisi daha da artdı. Həmin anları necə xatırlayırsınız?
- Məni lap kövrəltdiniz, ağlamaq istəyirəm. Tez-tez bu oyunun videoyazısına baxıram. Oyun qurtarır, hamımız qələbəni "Panatinaikos"un meydanında qeyd edirik. Yenidən həmin hisləri yaşamaq istərdim. Mən də "Qəbələ" azarkeşlərini çox sevirəm.
- Ötən mövsümün sonunda Roman Qriqorçuk da "Qəbələ"dən ayrıldı. Ukraynalı mütəxəssisin başçılığı altında oynamısınız. Onunla bağlı nə deyə bilərsiniz?
- Hə, bununla bağlı xəbərləri mən internetdən oxudum. Qriqorçuk indiyə qədər işlədiyim ən mükəmməl mütəxəssis olub. Gələcək karyerasında ona uğurlar arzu edirəm.
- Qriqorçukun gedişindən sonra komandaya sizin də yaxşı tanıdığınız Sənan Qurbanov baş məşqçi təyin olundu. Hələlik "Qəbələ" onun rəhbərliyi altında istədiyi nəticələri qazana bilmir və 5-ci pillədə qərarlaşıb. Sizcə, Qurbanov komandanı yenidən ayağa qaldıra biləcək?
- Əlbəttə, Sənanı tanıyıram. Mən oynayanda köməkçi məşqçi idi. O, həm yaxşı insan, həm də məşqçidir. Müsbət keyfiyyətləri çoxdur. O, istəyinə çatmaq üçün öz üzərində daim işləyirdi. Hər şeyin ən yaxşısına layiqdir. İnanıram ki, komandanı düzəldəcək.
- Sonda "Qəbələ" azarkeşlərinə nə demək istərdiniz?
- Əvvəlcə məni həmin illərə qaytardığınız üçün sizə təşəkkür edirəm. "Qəbələ" azarkeşlərini çox sevirəm. Düşünürəm ki, yenidən sevimli komandamda oynasam, azarkeşlər üçün qollar vura bilərəm. Sürprizlərə inanıram. Ümid edirəm ki, Tanrı yenidən mənə arzuladığım yerdə - "Qəbələ"də oynamağı qismət edəcək. Azarkeşlərə hər şeyə görə təşəkkürümü bildirirəm. Mən "qırmızı-qara"nı çox sevirəm.
Elnur SALAHOV
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar
"Bavariya"nın Madrid zəfəri - Video
"Quba" "Şəki Siti" ilə üz-üzə
"Bavariya" "Real"a, "Arsenal" "Sportinq"ə qalib gəldi
6 qol və "Sabah"ın qələbəsi - Video
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video