"Sumqayıt"da bütün futbolçular müdafiəçi idi" - Namiq Ələsgərov

"Sumqayıt"da bütün futbolçular müdafiəçi idi" -  Namiq Ələsgərov
MÜSAHİBƏ 9 Dekabr 2018 / 22:35 3150
-  A +

“Neftçi”nin futbolçusu Namiq Ələsgərov Topaz Premyer Liqasının 14-cü turunda evdə “Sumqayıt”la heç-heçə etdikləri oyundan (0:0) sonra jurnalistlərin suallarını cavaqlandırıb.

Qol.az xəbər verir ki, o, əvvəlcə vacib iki xal itirdikləri görüşü şərh edib.


- Çox vacib iki xal itirdik. Qış fasiləsinə “Qarabağ”dan 5 xal irəlidə gedə bilərdik. Çətin oyun oldu, əziyyət çəkdik.

- Namiq, nəyə görə əksər oyunlarda rəqib komanda müdafiəyə qapananda  “Neftçi” heç nə edə bilmir?

- İstər-istəməz müdafiəni yarmaq çətin olur. Hər cür müdafiə sistemlərinə qarşı məşq edirik, hazırlaşırıq. Bu gün “Sumqayıt” yaxşı müdafiə olundu. Ona görə bizdə alınmadı.

- Son dəqiqələrdə rəqibin heyətində 7 müdafiəçi var idi..

- Onlar bütün komanda ilə müdafiə olunurdular. Heyətlərindəki bütün müdafiəçiləri bizə qarşı meydandaydı. Yarımmüdafiəçi müdafiəyə kömək edəndə nəsə etmək olurdu, amma bunlarda hamısı müdafiəçi idi.

- Çempionluq yolunda əsas rəqibiniz “Qarabağ” bu gün “Zirə”yə 6 cavabsız qol vurdu.

- “Qarabağ” əlbəttə ki, güclü komandadır. Amma onların da xal itirdiyi oyunlar olub. Bizdə də olub ki, başqa komandaları daha rahat məğlub etmişik. Əsas mübarizə qışdan sonra başlayacaq.

- “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov milli komandadakı vəzifəsindən ayrılıb və komandanın Avroliqadakı oyunları da başa çatır. Bu da o deməkdir ki, artıq Ağdam klubu bütün fikrini çempionata yönəldəcək. Qışdan sonrakı mübarizə sizin üçün ağır olmayacaq?

- Düzdür, qışdan sonra çox çətin olacaq. Bunu da zaman göstərəcək ki, ikinci dövrədə kim daha hazırlıqlı olacaq. Qışda yaxşı hazırlaşıb, daha sonra da liderliyimizi davam etdirmək istəyirik. Bu il hədəfimiz çempion olmaqdır. Çalışacağıq ki, belə də davam edək.

- Qurban Qurbanovun millidən ayrılmasını necə qarşıladın?

- Bu, mənə aid olan bir şey deyil. AFFA rəhbərliyinin qərarı belədirsə, mən nəsə deyə bilmərəm.

- Azərbaycan kubokunun 1/4 final mərhələsində bugünkü rəqibiniz “Sumqayıt”la qarşılaşacaqsınız. Bu haqda nə deyə bilərsən?

- Ağır oyun olacaq. Çalışacağıq ki, maksimum irəli gedək. Orda da hədəfimiz birincilikdir.

Daha çox


Son xəbərlər
23.11.24  12:58

Kompani narazıdır