"Qarabağ"ın xorvatiyalı yarımmüdafiəçisi Filip ozobiç ölkəsinin " jutarnji.hr" saytına müsahibə verib. Qol.az-ın məlumatına görə, millimizin sabiq baş məşqçisi Robert Prosineçkinin yerli futbolçular haqda səsləndirdiyi fikirlərə münasibət bildirən 27 yaşlı futbolçu yığmamızda oynamaq perspektivinə də toxunub.
- Azərbaycanda hamı bilir ki, qrupun bir nömrəli favoriti Xorvatiyadır. Komanda bunu öz oyunu və əldə etdiyi nəticələrlə də sübut edib. Milli üzvlərinin əksəriyyəti Robert Prosineçkinin vaxtındakı kimidir ki, bu da təəccüblü qarşılanmamalıdır. Yeni komanda qurmaq və yaxşı mübarizə aparmaq bir qədər vaxt aparır. Xorvatiyaya gəlincə, iki komanda arasında keyfiyyət fərqi var.
- Azərbaycanlılar bu qrupdan nə gözləyirlər?
- Bu, onların seçmə mərhələyə necə başlamasından asılıdır. Bəzi şeylər var ki, gizli qalmalıdır. Əgər işləri yaxşı getsə, hər şey mümkündür. Hətta final mərhələsinə çıxmaq uğrunda da mübarizə apara bilərlər. Əslində qrupdakı rəqiblər də münasibdir. Xüsusən də 2-ci yer uğrunda gərgin mübarizə gedəcək.
- Onlar yeni baş məşqçinin rəhbərliyi altında necə oynayırlar?
- Hər rəqibə qol vurmaq istəyirlər. Artıq sadəcə müdafiədə oturub, topu bir-birilərinə ötürmürlər. Qurban Qurbanov yaxşı məşqçidir, "Qarabağ"la əla nəticələr qazanıb. Hesab edirəm ki, milli komandada da çox şeyə nail ola bilər. Biz hələ seçmə mərhələ haqda danışmamışıq, çünki bu, çempionatın qızğın vaxtına təsadüf etdi.
- Hazırda Bosniya və Herseqovina millisində çalışan Robert Prosineçki və Qordan Çipriç hələ Azərbaycanda işləyərkən yığmada boyu 170 santimetrdən uca futbolçu olmamasından şikayətlənirdi. Xorvatiya standart vəziyyətlə zamanı bu üstünlükdən yararlana bilər?
- Onların heç də hamısının boyu 170 sm-dən aşağı deyil. Bu, bir qədər mübaliğəlidir. Həm də həqiqətdən uzaqdır (gülür). Düzdür, boyları elə də uca deyil, amma onlarla mübarizə aparmaq çətindir.
- İki dəfə Xorvatiya millisinə dəvət alsanız da, bunların heç bir rəsmi oyunlara təsadüf etməyib. Bəs Azərbaycandan yığmada oynamaq barədə belə bir təklif olsa, qəbul edərsiniz?
- Əgər Azərbaycanda uzun müddət oynasa və şərtlərə cavab versəydim, bu ölkənin yığmasına dəvəti qəbul edərdim. Amma əvvəlcə təklif gəlməli, sonra öz razılığımı verməliyəm. Məni ilk növbədə burada bundan sonra nə qədər qalacağım maraqlandırır: 3 və ya 5 il. Hələlik isə buna veriləcək rəsmi cavabım yoxdur.
- 2015-ci ildən yaşadığınız Bakı haqda nə deyə bilərsiniz?
- Bura gələn hər kəs gözəl ölkə və şəhər görür. Paytaxtdakı gözəllikləri görməzdən gəlmək mümkün deyil.
Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı
Almaniya - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Niderland da 100-ü keçdi
İtaliyalı futbolçu yüksək maaş tələb edir
"Real"dan Olise açıqlaması
Daha 1 il “Şahdağ Qusar”da
"Qarabağ" "Zirə"yə qalib gəldi
Niderland - İsveç: Heyətlər
"Turan Tovuz"da 2 ayrılıq
“Neftçi” onunla müqaviləni yenilədi
Millinin baş məşqçisi start heyəti planından danışdı
"Türk xalqını məyus etdiyim üçün üzr istəyirəm"
“Zirə”dən yeni transfer
Bölgə klubu məşqçisini göndərdi
"Vaxt itirəcəksən və mundiala hazır olmayacaqsan"
“Neftçi” heyətini braziliyalı futbolçu ilə gücləndirdi
"Xəcalət çəkirik, utanırıq" - Arda Güler
"Qarabağ" Avstriya klubu ilə qarrşılaşacaq
"Zirə" onunla yolları ayırdı
Ronaldinyo karyerasını bərpa edir
Türkiyə ilə oyunda mundialın rekorduna imza atdı
"Şamaxı"dan ayrılan futbolçu "Sabah"da
Türkiyə pley-off şansını belə itirdi - Video
Montelladan məğlubiyyət şərhi
Braziliyanın Haitiyə vurduğu 3 qol - Video
Canlı yayımda ağladı, təsirli çıxış etdi - Video