“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Qol.az-a müsahibə verib. Topaz Premyer Liqanın son turunun “Neftçi” ilə oyunundakı hakim qərarlarına toxunan gənc mütəxəssis maraqlı fikirlər səsləndirib.
- “Neftçi”yə 0:2 hesabı ilə uduzduğunuz oyundan hansı nəticələri çıxardınız?
- Oyun planında onu deyə bilərəm ki, ilk 15-20 dəqiqəyə yaxşı başladıq. Yaralı yerlərimizdən biri standart vəziyyətlər zamanı diqqətsizliyimizdir. Yenə eyni səhvləri buraxdıq. Əlbəttə, “Neftçi”nin oyunçularının ustalıq səviyyəsi də olduqca yüksək idi. Olmayan penaltidən qol vurmaqlarına baxmayaraq, düşünürəm ki, layiqli qələbə qazandılar. “Sabah”la matçda sərgilədiyimiz oyunun heç yarısını da oynaya bilmədik. Hər iki görüşə fərqli yanaşma oldu. Bu da təbiidir. Çünki eyni futbolçulardır, meydana çıxanların əksəriyyəti zədəlidir. Əlimizdə hər hansı dəyişiklik edə biləcəyimiz imkanlar yoxdur. Hətta bu həftə “Sumqayıt”la keçirəcəyimiz oyun öncəsi çətin vəziyyətdə qalmışıq. Ciddi itkilərimiz var.
- Oyunsonrası mətbuat konfransında bildirdiniz ki, hakimlər barədə isti-isti danışmaq istəmirsiniz. İndi nəsə deyə bilərsiniz?
- Ona görə elə dedim ki, epizodu görməmişdim, topun futbolçumuzun qoluna dəyib-dəymədiyini bilmirdim. Amma sonradan hamımız gördük ki, top doğrudan da müdafiəçinin əlinə dəyməyib. Məncə, Rauf Cabbarov penalti təyin edərkən Maudonun reaksiyasını nəzərə almalı və yan hakimə yaxınlaşmalı idi. Belə hallarda çox sərt mövqe göstərmək lazım deyil. Avropa futbolunda da görürük ki, hakimlər bu məsələlərdə həddindən artıq diqqətlidirlər. Bizdə VAR (videotəkrar) sistemi yoxdur, amma ən azından laysmanla məsləhətləşmək olardı.
- Oyundan sonra Rauf Cabbarov, səhv etmirəmsə, sizin futbolçulara penalti qərarını yan xətt hakiminin məsləhəti ilə verdiyini bildirmişdi. Laysman isə bunu təkzib etmişdi. O bildirmişdi ki, heç özü o epizodda penalti olub-olmadığını görməyib...
- Özünüz də görürsünüz ki, biri elə deyir, biri belə. Bunlar hələ öz aralarında qərar versinlər ki, bir-birilərini başa düşürlər, ya yox, sonra meydana çıxsınlar. Aralarında belə anlaşmazlıq olursa, düşünürəm ki, briqadanın özündə uyğunlaşma ilə bağlı problem var. Birinci, özlərinə sual versinlər ki, biz bu oyunu idarə edə bilərikmi. Belə də olmaz da. Baş hakim belə deyir, yan xətt hakimi başqa fikir səsləndirir. Biz nə edək onda? Problemi öz aralarında həll etməlidirlər. Belə də ki, son qərarı verən baş hakimdirsə, məsuliyyəti də o daşıyır.
- Komandalar paltardəyişmə otağına gedərkən “Səbail”in kapitanı Eltun Yaqublunun hakimlərə sərt etirazı oldu. Bu səbəbdən AFFA İntizam Komitəsi futbolçuya 4 oyun cəza verib, klubu 3200 manat məbləğində cərimələdi. Həm Eltunun hərəkətinə, həm də qərara münasibətinizi bilmək maraqlı olardı...
- Klub daxilində iclasımız oldu. Hakim hadisələri o səviyyəyə gətirib çıxardı ki, həm meydanda, həm də kənarda ona öz iradlarımızı bildirdik. Eltunun hərəkətinə bəraət qazandırmıram. İclasda lazımı qərarlar qəbul olundu, cərimələr də verildi. Ancaq bu, öz aramızda olan məsələdir. Hər bir futbolçuya etdiyi hərəkətinə görə öz iradımızı bildirdik. Düşünürəm ki, bundan sonra belə hal təkrarlanmayacaq. Amma bütün hallarda hakimlər də çox diqqətli olmalıdır ki, vəziyyət gəlib bu səviyyəyə çatmasın. Bu məsələlərlə məşğul olan rəhbərliyimiz, məşqçilərimiz var. Lazım olarsa, müvafiq qurumlara şikayət edirik. Əks-halda razılaşırıq. Amma cərimənin məbləği ilə razılaşa bilmirik, çox yüksəkdir. Çünki protokolda da adı düz yazılmayan məsələlər var. Ona görə də bəziləri açıq olaraq qalır.
- Qərardan apellyasiya şikayəti vermisiniz?
- Cərimənin ağır olduğunu düşünürük. 4 oyunluq cəza ola bilər, verilsin. Amma adı protokolda olmayan oyunçuya həm 4 oyun cəza, həm də pul cəriməsi çox ağırdır. Hakimə hər hansı söz deyilibsə, təbii ki, nəyinsə qarşılığında deyilib. Amma yenə təkrar edirəm, bu hallar bizə başucalığı gətirmir. Bizim işimiz futbol oynamaq, qarşımıza qoyulan məqsədlərə çatmaqdır. Bu barədə söhbətimiz olub, futbolçularımıza xəbərdarlıq etmişik. Düşünürəm ki, bir daha təkrarlanmayacaq.
- Komandanız bu tur səfərdə “Sumqayıt”la qarşılaşacaq. Rəqibiniz bu mövsümdə ilk dəfə ev oyununu doğma şəhərdə keçirəcək. Bu amil “Səbail” üçün əlavə çətinlik yaratmayacaq?
- Əlbəttə, bilirik ki, “Sumqayıt” bu oyuna ciddi hazırlaşır. Uzun fasilədən sonra doğma azarkeşləri qarşısında oynayacaqlar. Hər şeyi gözümüzün qabağına gətirmişik. Rəqibi təhlil etmişik, oyuna hazırlaşırıq. Sadəcə, itkilərimizin çoxluğu bizi narahat edir.
- “Səbail” 12 turdan sonra 20 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Komandanızı lider “Neftçi”dən 9, ikinci pillədəki “Qarabağ”dan isə cəmi 4 xal ayırır. Bəziləri düşünür ki, texniki qələbələr olmasaydı, komanda bu sıraya qalxa bilməzdi. Yeni, belə desək, “Səbail”i 3-cü pilləyə layiq görməyənlər var...
- Ümumiyyətlə, bu ilki çempionat çox maraqlı keçir. İstənilən nəticə qeydə alına bilər. Texniki məğlubiyyətlərə görə qazandığımız 5 xalı çıxsaq, yenə də alt sıralarda olmayacaqdıq. 4-5-ci yerlərdə qalacaqdıq. Ona görə də düşünmürəm ki, bu pillə layiq olmadığımız yerdir. Sadəcə, sabitliyi yaxalaya bilmirik. Düşünürəm ki, “Neftçi”dən başqa digər bütün komandalarda qeyri-sabitlik özünü göstərir. Bizim üçün bu normal haldır, yeni komandayıq. Bizə də bir qədər vaxt lazımdır ki, istədiyimiz heyəti formalaşdıra bilək. Bu yöndə işlərimiz davam edir. Əsas istəyimiz oyunumuzu daha da yaxşılaşdırmaqdır.
- Mövsümün əvvəlində demişdiniz ki, qarşınıza avrokuboklara düşmək vəzifəsi qoyulmayıb. Yəqin ki, artıq bu barədə düşünməyə başlamısınız. Çünki komandanın mövqeyi də buna əsas verir.
- Çempionatın əvvəlində sonuncu yeri tutmamağı mənə tapşırmışdılar. Hazırda qərarlaşdığımız mövqe isə bizə ümid verir ki, yuxarı pillələr uğrunda mübarizə aparaq. Amma güclənməyə ehtiyacımız var. Qışda yeni oyunçular cəlb etməyi düşünürük.
- Son olaraq, “Qarabağ”la bağlı soruşmaq istəyirəm. Ağdam klubu bu gün Avroliqada vacib oyuna çıxacaq. “Sportinq”lə bugünkü matçdan nə gözləyirsiniz?
- “Qarabağ”ın növbəti mərhələ şansları az da olsa, qalmaqdadır. Düşünürəm ki, bugünkü oyun son zamanlar milli komandadakı uğursuzluqları unutdura, bizi ümidləndirə bilər. Ev oyununda “Sportinq”ə qarşı uğurlu çıxış etmək olar. “Qarabağ”ın heyətində ciddi itki var. Emeqaranın olmamağı işləri bir qədər çətinləşdirir. Amma buna baxmayaraq, istədikləri nəticəni əldə edə bilərlər.
Elnur SALAHOV
"Barselona" xal itirdi
Rodri stadionda belə qarşılandı - Video
"Neftçi"nin "Zirə" üzərində qələbəsindən - Video
“Neftçi” “Zirə”yə qalib gəldi
Cavid Hüseynov: “Futbolçu kasadlığı yaşayırıq”
"Qarabağ"ın 3 qollu qələbəsindən - Video
Millimizin üzvü oynadı, komandası qələbə qazandı
Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
"Neftçi" - "Zirə" - Heyətlər
Ançelotti Mbappenin mental durumundan danışdı
Amorim: "Transferlərdə son sözü baş məşqçi deməlidir"
“Qarabağ”ın oyunlarını izləyirəm” - Akinfeyev
"Səbail" - "Qarabağ" : Heyətlər
Qvardiola: "Təsəvvür edin ki..."
"Qarabağ"ın rəqibindən böyükhesablı qələbə
Harri Keyn Bundesliqa rekordu qırdı
Orxan Məmmədov çempionlarla görüşdü - Şəkillər
Kompani narazıdır
Messi: "Barselona üçün çox darıxıram"
PSJ-nin Mbappe ilə bağlı şikayətinə cavab
“Arzulamadığım tək rəqib Türkiyə idi”
"Bayer"in ulduzu zədələndi
"Real" millimizə 4 qol vuran futbolçunu istəyir
Harri Keynin het-triki - Video
Blatter: “Futbol doğru istiqamətə getmir”
"İnter Mayami"nin sahibindən Messi açıqlaması
“Bavariya” liderliyini möhkəmləndirdi
“Monako” 3 xalı 3 qolla qazandı
"Əl Nəsr" mövsümdə ilk dəfə uduzdu
“Traktor” kubokla erkən vidalaşdı
Emrelidən gözəl qol ötürməsi, komandasından məğlubiyyət