“Qarabağ” rəsmiləri dedilər ki, gələn il bütün oyunları Respublika stadionunda keçirəcəklər”
Tofiq Bəhramov adına Respublika Stadionunun direktoru Şamil Quliyev Qol.az-a müsahibə verib. Son vaxtlar mərkəzi arenanın kölgədə qalması fikirləri ilə razılaşmayan Ş.Quliyev AFFA-nın Avropa çempionatının seçmə mərhələsinin bəzi oyunlarının yerinin dəyişdirilməsi üçün UEFA müraciət edəcəkləri barədə yaydığı açıqlamaya da münasibət bildirib.
- “Azersun Arena”nın işıqlandırma sistemindəki problemə görə “Qarabağ” artıq 2 turdur çempionat oyunlarını mərkəzi arenada keçirir. Bilmək istərdik, Ağdam klubunun Respublika stadionunda bundan sonra neçə matçı olacaq?
- Bu barədə mən sizə heç bir məlumat verə bilmərəm. Özlərindən soruşsanız, daha yaxşı olar. Nə qədər istəsələr, oynaya bilərlər.
- Son illər arena sanki bir qədər kölgədə qalıb. Əvvəlki qədər vacib oyunlar, xüsusilə də milli komandamızın matçları burada keçirilmir. Bu, nə ilə bağlıdır?
- Deməzdim ki, mərkəzi arena kölgədə qalıb. Sadəcə, Avroliqanın finalı və Avropa çempionatının final mərhələsinin bəzi oyunlarının Bakıda keçiriləcəyini nəzərə alan AFFA rəhbərliyi beynəlxalq oyunları Bakı Olimpiya Stadionuna salır. Bu da BOS-un azarkeş tutumu ilə bağlıdır. Ora 70 min azarkeş tutur. Bizdə isə bu göstərici 31 mindir. Yəqin, buna görədir. Azarkeşlərin də tələbini nəzərə alaraq, UEFA-ya məhz həmin stadionu sifariş ediblər. Amma mərkəzi arena da həm tamaşaçı sayına, həm də təşəkilatçılıq baxımından ən yüksək tələblərə cavab verir. Yenə deyirəm, yeganə səbəb BOS-un azarkeş tutumu ilə əlaqədardır.
- Azarkeş tutumunu vurğuladınız. Amma nəzərə alaq ki, bu mövsüm istər milli, istərsə də “Qarabağ”ın Avroliqanın qrup mərhələsindəki oyunlarına heç 15 mindən artıq azarkeş gəlməyib. Təkcə “Arsenal”la matç istisnadır ki, onda da insanlar daha çox rəqib komandanın heyətindəki ulduz futbolçuları görmək üçün stadionu doldurmuşdular. Bütün bunları nəzərə alsaq, beynəlxalq oyunların Respublika stadionuna salınması daha məqsədəuyğun olmazdımı?
- Dediklərinizlə tam razıyam. Amma təəssüflər olsun ki, qərarı mən yox, AFFA verir. Mərkəzi arena hazırda ən yüksək səviyyəli oyunların keçirilməsinə tam hazırdır. Gəlib baxsanız, özünüz də hər şeyi görərsiniz.
- Bakı Olimpiya Stadionu gələn il burada keçiriləcək Avroliqanın final oyununa hazırlıq məqsədilə bağlanacaq. Bir neçə gün öncə AFFA rəsmi sayt vasitəsilə açıqlama yaydı ki, AÇ-2020-nin seçmə mərhələsində bəzi ev oyunlarının yeri dəyişdirilə bilər. Hətta bunun üçün artıq UEFA-ya müraciət olunub. Sizcə, ölkədə Tofiq Bəhramov adına Respublika stadionu ola-ola buna ehtiyac varıydımı? Həmin oyunları elə mərkəzi arenada keçirmək olmazdı?
- Bununla bağlı sizin saytınızda yazı getmişdi. Orada qeyd olunan fikirlərlə tam razıyam. Millinin oyununa 20 min adam gəlirsə, buna nə ehtiyac var? Oyunlar mərkəzi arenada keçirilsə, bəlkə də 30 min azarkeş yığılar. Metroya yaxındır, gəliş-gediş üçün əlverişlidir. Həmişə beynəlxalq oyunlarda bu stadion dolub. Hamı da razıdır. Düzdür, arada bəzi problemlər olur. Bu da daha çox otla bağlı idi. Deyim ki, qulluq yoxdur, var. İngilis mütəxəssis Fill Şarplaz ot örtüyünə nəzarət edir. Ot saralır, hamı deyir ki, yanıb. Əslində bu yanma deyil. Bir dəfə ATV telekanalı da çəkiliş üçün gəlmişdi. Onlara da başa saldım ki, əsasən yay vaxtı, günəş zenitdə olarkən ot örtüyü saralır. Artıq bunun da çarəsini tapmışıq. Günorta vaxtlarında həmin saralan hissələri örtürük. Bir az sərin olan kimi ot yenidən yaşıllaşır.
- Necə düşünürsünüz, bu gün mərkəzi arenaya biganə münasibətin kökündə nə dayanır?
- Yenə deyirəm, Respublika stadionuna biganə münasibət yoxdur. Bu gün “Qarabağ” ev oyunlarını burada keçirir. Klub rəsmiləri ilə danışmışam. Dedilər ki, gələn ildən bütün oyunlarını burada keçirəcəyik, başqa yerə gedən deyilik. Açığı, stadionun da düşər-düşməzliyi olur. “Qarabağ” mərkəzi arenada daha rahat oynayır. Düzdür, çox adam gələcəyini nəzərdə tutub, oyunları BOS-a salırlar. Hesab edirlər ki, 70 min azarkeş yığılar. Amma görürsən ki, yığılmır. UEFA-ya əvvəlcədən oranı sifariş verdikləri üçün sonradan dəyişə də bilmirlər. Gələn il məsələyə kökündən baxılacaq.
- Bu gün “Sumqayıt”, “Zirə” kimi klublar var ki, stadionları təmirdə olduğundan ev oyunlarını keçirməyə yer tapmırlar. Bu klublardan sizə müraciət edən olubmu?
- Kim müraciət etsə, biz hazırıq. Gözümüz üstdə yeri var. Ölkənin əsas stadionlarından biridir. Muzey eksponatı kimi saxlamıram ki... Gəlsinlər, oynasınlar. Bu arenada nə qədər çox oyun keçirilsə, ot örtüyü də bir o qədər təravətli olar. Bu, həm onlara, həm də bizə xeyirdir.
Elnur SALAHOV
"Qarabağ" "Neftçi"yə belə qalib gəldi - Video
"Qarabağ" "Neftçi"yə, "Sabah" "Səbail"ə qalib gəldi
"Sabah"ın qələbəsindən - Video
Berezutski: "Çox qol buraxırıq"
"Matçın sonlarında yorğunluq oldu" - Elvin Məmmədov
Premyer Liqa klubları onu hədəflədi
"Qarabağ" - "Neftçi" matçı üçün - Heyətlər
Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
Remzi çıxış etdiyi komandanın baş məşqçisi oldu
Mahir Emreli dubl etdi - Yenilənib
"Sabah" - "Səbail": Heyətlər açıqlandı
"Fənərbaxça"nın futbolçusu xəstəxanaya yerləşdirildi
"Qarabağ" - "Neftçi" matçına nə qədər bilet satılıb?
Tanış mənzərə, ağır mənzərə…
Millimiz Estoniyaya uduzdu
MOİK-in futbolçusundan möhtəşəm qol - Video
Xorvatiya millisinin sabiq üzvü qəzada həlak oldu
Almaniya klubu kapitanı ilə müqaviləni uzatdı
"Arsenal"ın əsas hədəfi bilindi
"Araz-Naxçıvan" 100-ə çatdı
30-cu sülh
"Santos"dan Neymar açıqlaması
Ançelottinin işini o görəcək
Ronaldo "Çelsi" və ya "Mançester Siti"yə keçə bilər
Messinin TOP-10-luğunda bir türk də var
“Qalatasaray” 3 xalı 2 qolla qazandı - Video
"Traktor" çempionluğa bir addım da yaxınlaşdı
"Karvan" məğlubiyyətdən qaçdı - Video
“Qalatasaray” və “Konyaspor”dan qələbə
"Qəbələ"nin ilk məğlubiyyətindən - Video
"Yamal Messi deyil"
Mərdəkanda 2 qol, 1 "qırmızı" - Video
"İkinci sarı vərəqə "ucuz" qərar idi" - Elmar Baxşıyev
"Komandamız pis təsir bağışlamadı" - Yunis Hüseynov
"Araz-Naxçıvan" "Turan Tovuz"la bərabərə qaldı
Flikdən La Liqaya sərt tənqid
"Neftçi" "Qarabağ"la matça 4 itki ilə çıxacaq
"Qəbələ" ilk məğlubiyyətini aldı, "Karvan"dan heç-heçə
"Araz-Naxçıvan" - "Turan Tovuz": Heyətlər
“Turan Tovuz” AFFA-ya şikayət etdi, yekun qərar verildi
1-ci liqada “Ayın qolu”nun qalibi mükafatlandırıldı
PSJ onunla 5 illik müqavilə imzalayır
Het-trik etdi, ən yaxşı seçildi