Milli komandamızın sabiq baş məşqçisi, vaxtilə ölkəmizdə “Bakı” və “Simurq” klublarını çalışdırmış Coko Hacıyevski Qol.az-a müsahibə verib. Futbolumuzun bugünkü durumunu dəyərləndirən makedoniyalı mütəxəssis yığmamızın Millətlər Liqasındakı çıxışına da toxunub.
-Hazırda nə işlə məşğul olursunuz?
- Azərbaycandan ayrıldıqdan sonra 3 il yarım Səudiyyə Ərəbistanında işlədim. Daha sonra vaxtilə 5 dəfə Makedoniya çempionu olduğum “Vardar” klubunda qısa müddətə idman direktoru vəzifəsində çalışdım. Son 2 ildə isə Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərirəm. Əvvəl “Hatta”da çalışırdım. Bu ildən isə “Əl-Dəfra” klubunda işləyirəm.
- Azərbaycan futbolunu izləməyə də vaxtınız olurmu?
- İmkan tapdıqca oyunlara baxıram. Nazim Süleymanova görə “Sumqayıt”ı izləyirdim. Yaxın dostumdur. Təəssüf ki, istefa verdi. Ona gələcək karyerasında uğurlar arzulayıram.
- Azərbaycandakı karyeranız yadınızda necə qalıb?
- Azərbaycanı hər zaman doğma, özümə yaxın ölkə kimi xatırlayıram. Orada həqiqətən yaxşı dostlar qazanmışam. İndiyə qədər də onlarla əlaqə saxlayıram. Hərdən televizorda Bakını görürəm. Şəhər çox dəyişib, xeyli gözəlləşib. İndi əvvəlkindən daha yaxşı olub.
- Hazırda Premyer Liqamızda cəmi 8 komanda mübarizə aparır. Sizcə də az deyilmi?
- Azərbaycan futbolunda çox şey dəyişib. Əlbəttə, 8 klub azdır. Heç olmasa, 10 komanda olmalıdır. Ölkə futbolunda əsas dəyişiklik elə Premyer Liqada klubların sayının azalması ilə bağlıdır. Bölgə klublarının elitada iştirakını təmin etmək lazımdır. Mən orda işləyərkən çempionatda 14 komanda var idi və hamısı bir-birilə rəqabət apara bilirdi. İndi isə “Qarabağ”, “Neftçi”, “Qəbələ” və “İnter” (indiki “Keşlə”) əvvəlki kimi deyillər. Əvvəllər bu komandalar çox güclü idi, “Bakı” və “Xəzər Lənkəran” kimi klublar var idi. Fərq çox böyükdür. Son 4-5 ildə nisbətən “Qarabağ” yaxşı təsir bağışlayır. Hətta Çempionlar Liqasının qrupuna da düşdülər. Qurban yaxşı heyət formalaşdıra bilib. Amma problem ondadır ki, hazırda onlarla rəqabət apara biləcək komanda yoxdur. Premyer Liqada rəqabət güclü olmalıdır ki, klublar beynəlxalq arenada daha inamlı çıxış etsinlər.
- Vaxtı ilə baş məşqçisi olduğunuz “Bakı” və “Simurq” klubları artıq fəaliyyətlərini dayandırıblar...
- Təəssüf ki, artıq çempionatda nə “Bakı”, nə də “Simurq” var. Dostum Yaşar Seyidov paytaxt klubunda işləyirdi. O, komandanın dağılmaması üçün əlindən gələni etdi. Ancaq Hafiz Məmmədov futbola qayıtmadığından klub fəaliyyətini dayandırdı. Təbii ki, çox üzücü durumdur.
- Qısa müddətə də olsa, Azərbaycan millisini çalışdırmısınız. Yığmamızla necə, maraqlanırsınızmı?
- Hərdən milli komandanızın oyunlarına da baxıram. Hələ orada işləyəndə də demişdim ki, yığmanın güclənməsi üçün yerli futbolçuların ölkə xaricində oynaması vacibdir. Çünki çempionat elə də güclü deyil, klub sayı azdır. Buradan Avropa və dünya yarışlarında oynaya biləcək futbolçu çıxarmaq çox çətindir. Nə qədər çox oyunçunuz Rusiya, Türkiyə və digər Avropa ölkələrində oynasa, milli komandaya bir o qədər xeyir verərlər.
- Hazırda yığmaya Qurban Qurbanov başçılıq edir. Sizcə, bu mütəxəssisin rəhbərliyi altına millimiz nəyə ümid edə bilər?
- Qurban təcrübəli məşqçidir. Son illər “Qarabağ”la olduqca yaxşı nəticələr qazanıb. Milli komandada da bunu təkrarlaya bilər. Yığma Millətlər Liqasında qrupdan çıxa bilmədi. Buna baxmayaraq, inanıram ki, seçmə mərhələdə uğur qazana biləcək. Dekabrın 2-də püşkatma olacaq. Arzu edirəm ki, Azərbaycanın bəxtinə münasib rəqiblər düşsün. Bütün ölkənizə, milli komandanıza səmimi qəlbdən uğurlar arzu edirəm.
- Yığmamız Millətlər Liqasının son oyununda Kosovoya 0:4 hesabı ilə uduzdu. Yenicə yaranmış bir komandaya bu cür böyükhesablı məğlubiyyət bizimüçün gözlənilməz oldu. Siz bu barədə nə deyə bilərsiniz?
- Mənim üçün də sürpriz oldu. Bu komandanın oyunlarını heç vaxt izləməmişəm. Amma eşitdiyimə görə, yeni yığma olsa da, heyətində gənc və istedadlı futbolçular çıxış edirlər. Oyunçuların əksəriyyəti isə Almaniya, İsveçrə, İngiltərə, İtaliya kimi ölkələrin çempionatlarında oynayır. Çoxu 22-23 yaşlı futbolçulardır. Bu isə o deməkdir ki, çox yaxşı nəsil yetişir. Amma təcrübələri azdır. Hesabın nəyə görə 0:4 olduğunu bilmirəm, onu deyim ki, Azərbaycan üçün pis nəticədir. Halbuki yığmanız onları səfərdə də uda bilərdi. Ancaq futbolda belə hallar da olur.
Elnur SALAHOV
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı