Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov Qol.az-ın sullarını cavablandırıb. Millimizin UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu turunda bu gün lider Kosovo ilə səfər oyunundakı şanslarını dəyərləndirən mütəxəssis AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadovun fikirlərinə də münasibət bildirib.
- Qrupun son oyununda millimizi Kosovo ilə çətin səfər matçı gözləyir. Bu oyun haqda nə deyə bilərsiniz?
- Bizə qələbə lazımdır. Bunu futbolçular da, məşqçilər də bilir. Rəqibi təhlil etmək vacibdir. Mən Kosovonun Malta ilə son oyununu izləmişəm. Onu deyim ki, meydanda Bakıya gələn Kosovo yox idi. Komanda çox dəyişilib. Cəld, sürətli oyun sərgilədilər. Açıq deyim, səhvləri də var idi. Mərkəz müdafiəçiləri çox ləngdir. Amma cinahlarında sürətli futbolçuları var və tez-tez hücuma qoşulurdular. Yəni, rəqibin zəif nöqtələrindən istifadə etmək lazımdır. Baş məşçqi Qurban Qurbanov da onları təhlil edib. Oyun əsas psixoloji durumla əlaqəlidir. Uşaqlar sakit halda oynamalıdılar. Farer adalarına qarşı ilk hissə necə oyun sərgilədilərsə, bu gün də elə etməlidirlər.
- Sizcə, səfərdə Kosovonu məğlub etmək üçün əsas nə lazımdır?
- Öz oyununu oynamalıdır. Futbolçular bir-birilərinə inanmalıdırlar. Uşaqların Farer adaları ilə oyundan sonra açıqlamalarına baxdım, çox sakit danışırdlar. Bu, yaxşı haldır. Komanda daxilində ruh yüksəkliyi var. Əsas müdafiədə boşluqlar verməməlidirlər. Bircə qalır ki, meydanda öz oyunlarını göstərsinlər, qurtardı getdi.
- Nəzərə alsaq ki, Kosovo millisinin bir çox futbolçusu legioner həyatı yaşayır və rəqib hücumda inamlı çıxış edir. Bu, bizə çətinlik yaratmaz?
- Bu haqda düşünmək lazım deyil. Futbolda adlar rol oynamır. Əsas komandanın kollektiv oyunu və əlbəttə, futbolçuların fərdi keyfiyyətləridir. Futbolçularımız rəqib oyunçularının adlarına fikir verməməlidirlər, sadəcə, meydana çıxıb mübarizə aparmalıdırlar.
- Kosovo bizim qalib gələ bilmədiyimiz Maltaya 5 qol vurub. Bu, futbolçularımızda gərginlik yarada bilərmi?
- Heç bir gərginlik ola bilməz. Əksinə, rəqibdə gərginlik ola bilər. Çünki Kosovoya heç-heçə də qane edir. Mən inanmıram, onlar heç-heçəyə oynasın. Amma futbolçular bəzi hallarda bunu düşünüb, arxayın ola bilirlər. Bu cəhətdən bizdə yox, onlarda gərginlik ola bilər. Nəticədə futbolçuların psixoloji durumu böyük rol oynayacaq.
- Qrupda qalsaq, bunu faciə saymaq olarmı?
- Vallah, onu deyə bilmərəm. Millətlər Liqasının əsasə vəzifəsi orta səviyyəli klubların inkişafına kömək olmaqdır. Ona görə də UEFA sənə böyük şans verir. Birinci şans odur ki, qrupdan lider kimi çıxsaq, sonra daha güclü rəqiblərlə qarşılaşmaq mümkün olacaq. İkinci şans verir ki, Avro 2020-yə vəsiqə qazanmaq üçün mübarizə aparırsan. Üçüncü şans da futbolçuların bu qrup oyunlarında qazandığı hər qələbə onlarda ruh yüksəkliyi yaradır və inkişaflarına kömək olur.
- AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov dünən jurnalistlərə müsahibəsində rəqiblərimizin Avropanın ən zəf yığmaları olduğunu, onları keçməli olduğumuzu bildirmişdi. Həm də əlavə etmişdi ki, bu günə kimi Azərbaycanda normal hücumçu görmür. Siz bu fikirlərlə razısınız?
- Bizim qrupda hamısı eyni səviyyəli yığmalardır. Bu, futboldur. Burada mütləq qələbə qazanmalıyıq deyə bir şey yoxdur. Futbolla əylənmək olmaz. Qələbə üçün tam məsuliyyətlə oyuna köklənmək lazımdır. Millidə hücumçu olmaması məsəlinə gəldikdə isə, açın, statistikaya baxın. Qrupda rəqiblərə neçə top vurmuşuq? İsgəndər müəllim artıq nəsə deməyib, gördüyünü deyir. Hücumçularımız aşağı səviyyədədirlər.
Məftun RƏSULZADƏ
Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı
Almaniya - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Niderland da 100-ü keçdi
İtaliyalı futbolçu yüksək maaş tələb edir
"Real"dan Olise açıqlaması
Daha 1 il “Şahdağ Qusar”da
"Qarabağ" "Zirə"yə qalib gəldi
Niderland - İsveç: Heyətlər
"Turan Tovuz"da 2 ayrılıq
“Neftçi” onunla müqaviləni yenilədi
Millinin baş məşqçisi start heyəti planından danışdı
"Türk xalqını məyus etdiyim üçün üzr istəyirəm"
“Zirə”dən yeni transfer
Bölgə klubu məşqçisini göndərdi
"Vaxt itirəcəksən və mundiala hazır olmayacaqsan"
“Neftçi” heyətini braziliyalı futbolçu ilə gücləndirdi
"Xəcalət çəkirik, utanırıq" - Arda Güler
"Qarabağ" Avstriya klubu ilə qarrşılaşacaq
"Zirə" onunla yolları ayırdı
Ronaldinyo karyerasını bərpa edir
Türkiyə ilə oyunda mundialın rekorduna imza atdı
"Şamaxı"dan ayrılan futbolçu "Sabah"da
Türkiyə pley-off şansını belə itirdi - Video
Montelladan məğlubiyyət şərhi
Braziliyanın Haitiyə vurduğu 3 qol - Video