"Səbail”in kapitanı Rahid Əmirquliyev Topaz Premyer Liqasının 11-ci turunda səfərdə “Sabah”ı 4:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. O, ilk olaraq qələbəni şərh edib:
- “Sabah” Premyer Liqada ilk mövsümünü keçirməsinə baxmayaraq, yaxşı təsir bağışlayır. Bizim üçün vacib 3 xal oldu. “Sabah”dan bir az uzaqlaşdıq. Yaxşı hazırlaşmışdıq. Nə etmək istəyirdiksə, o da alındı.
- “Səbail” meydanda sanki nəsə sübut etmək istəyirdi. Bu, motivasiya nə ilə bağlı idi?
- Son vaxtlar çox söhbət var. Qazandığımız xallardan çox bəhs edirlər. Biz də göstərmək istəyirdik ki, futbol oynamağı bacarırıq, xallarımız elə-belə deyil. Ancaq “Sabah”a qarşı heç bir mənfi düşüncəmiz yoxdur.
- Əks-hücumlarda yaxşı çıxış etdiniz. Öncədən də belə oyun planı qurmağı seçmişdiniz?
- “Sabah”ı təhlil etmişdik. Ev oyunlarında pressinqlə çıxış edirlər. "Sabah"ı əks-hücumlarda tutmaq üçün hazırlaşmışdıq. Sevinirəm ki, bu, bizdə alındı.
- “Qarabağ”la xallarınızın sayı bərabərləşdi. İkinci yeri qorumağa gücünüz çatacaq, yoxsa 3-cü pillə kifayət edir?
- Hər şey ola bilər. Hər matça 3 xal üçün çıxırıq. Nə qədər yuxarı pillədə qərarlaşsaq, yaxşı haldır. Bizi “Qarabağ”la müqayisə etmək düzgün olmaz. Marafonun sonunda nələrin baş verəcəyini görəcəyik.
- Çempionatı iki qola – “Qarabağ”la “Neftçi və digər 6 komandaya bölmək olar? Çünki bu iki komanda digər rəqiblərindən daha üstündür.
- İndi görünən odur ki, favorit “Neftçi” və “Qarabağ”dır. Onlar digər komandalardan fərqlənirlər. Ancaq çempionatın gedişində dəyişikliklər ola bilər.
- Formanı bərpa edirsən?
- Oyunlarda özümü rahat hiss edirəm. Çalışıram ki, yaxşı çıxışa davam edim.
- Bu gün Qurban Qurbanov da oyunu izlədi. Yığmadan dəvət gözləyirsən?
- Dəvət olsa da, olmasa da, oyunumu göstərməyə çalışıram. İstəyirəm ki, komandama kömək edim. Son qərarı isə Qurban müəllim verəcək.
- Millinin son iki oyununda ehtiyatda qaldın. Bu sənə necə təsir edir?
- Yığmaya dəvət alan hər futbolçu meydana çıxmağı arzu edir. Bu, baş məşqçinin qərarıdır. Etiraz etmək doğru deyil.
- Millimizin bu ay Millətlər Liqasında Farer adaları və Kosovo ilə iki ağır oyunu var. Şanslarımızı necə dəyərləndirirsən?
- İlk olaraq, Farer adalarını udmalıyıq. Bizim üçün asan olmayacaq. Malta ilə evdə xal itirmişik. Rəqiblər müqavimət göstərə bilirlər. Farer adaları ilə oyuna ciddi hazırlaşmalıyıq, xal itirsək, bizim üçün hər şey bitə bilər.
- Malta lider Kosovonu büdrədə bilər?
- Malta bizdən 2 al ala bildi. Kosovo güclü komandadır. Malta sürpriz edə bilər.
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı