Milli komandamız və “Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov Rusiyanın “sport-ekspress” nəşrinə müsahibə verib. Azərbaycan yığmasını seçməsindən paytaxt klubuna gəlişinə kimi bir çox məqama toxunan təcrübəli futbolçu maraqlı fikirlər səsləndirib.
- Sizə böyük futbola vəsiqə verən “Saturn” sizinlə tam hesablaşa bilmədi?
- Bəli. Klub müflis olduğu üçün hamıya maaşlarda borclu qaldı. Əvəzedici heyətin oyunçusu olduğum üçün məndə bu məbləğ əsas komanda üzvləri ilə müqayisədə az idi. Bunu heç xatırlamıram da. Çünki “Saturn” mənə çox şey verib. Bu, xatırlanası məbləğ də deyil.
- Söhbət hansı məbləğdən gedir?
- Bu haqda danışmayaq. Məbləği açıqlamayacağam.
- “Saturn”dakı durumu nəzərə alıb, dərhal “Spartak” barədə xəyal edirdiniz?
- O vaxt klubun dağılacağını düşünmürdüm. Sonadək inanırdım ki, “Saturn” yaşayacaq. Hər şey rəsmiləşəndən sonra müxtəlif təkliflər aldım və “Spartak”ı seçdim.
- Üstündən xeyli müddət keçib. İndi digər təklifləri açıqlaya bilərsiniz?
- “Dinamo” və “Lokomotiv”. Premyer Liqanın bir neçə kiçik klubu da var idi.
- “Spartak”la dərhal razılaşdınız?
- Yox. Danışıqlar apardıq, bir neçə görüş oldu.
- Bir neçə klubda oynadıqdan sonra Portuqaliyaya keçidə qərar vermək üçün çox düşündünüz?
- Avropaya getmək istəyirdim. Üstəlik, Azərbaycan yığmasında çıxış etməklə bağlı danışıqlar gedirdi. Mən Rusiyada oynayıb legioner limitinə düşmək istəmirdim. Belə ağır olardı. Bu üzdən “Boavişta”ya keçdim. Özümü orda sınamaq istədim.
- Kiminləsə məsləhətləşdiniz?
- Xüsusi olaraq yox. Hara keçməklə bağlı qərarları əsasən özüm verirəm.
- Portuqaliyadan hansı təəssüratlarınız qaldı?
- Daha texnikalı futbol gözləyirdim. Amma daha çox mübarizə gördüm. Orda “tiki-taka” oynamırlar. Kiçik komandalar “vur-qabağa” prinsipinə üstünlük verir. Portuqaliyada klub tapmaq daha asandır. Orda maaşlar da Rusiyadan azdır. Ona görə də çempionatı çox sayda futbolçu tərk edir.
- Portuqaliyada oyun planında nəyə məyus oldunuz?
- Oynamaq üçün nə etməli olduğumu başa düşmürdüm. Bir oyunda meydana çıxdım. Uzun müddət şansımı gözlədim, qol vurdum, oyunun ən yaxşısı seçildim. Həmin görüşdə də qalib gəldik. Sonra üç matç oynamadım. Məşqçinin baxışları fərqli idi. Amma mənə oynamaq lazım idi. Başa düşdüm ki, orda iş futbolda deyil. Yəqin nə isə başqa şeylər var idi. Mən gedəndən bir neçə tur sonra məşqçini də çıxardılar.
- Peşman deyilsiniz?
- Yox. Şansımı çox gözlədim. Ondan istifadə etdim, amma yenə ehtiyatda qaldım. Bu üzdən getməyə qərar verdim.
- Belə çıxır ki, “Neftçi”yə keçmək üçün çox düşünmədiniz?
- Bəli, çox düşünmədim. “Neftçi” variantı çıxan kimi dərhal getdim və razılaşdım. Özü də mən gedəndə komandanın ağır dövrü idi. Kömək etmək istədim. Demək olar ki, mən komandaya, komanda da mənə kömək oldu.
- “Neftçi”də çoxdan oynamasanız da, artıq kapitan sarğısını daşıyırsınız...
- Ötən il kubokda da kapitan kimi meydana çıxmışdım. Mənə yaxşı yanaşıb, hörmət edirlər. Amma mən vitse-kapitanam. Bizim kapitan Ruslan Abışov zədələnib və ona görə çempionatın əvvəlindən kapitan sarğısı ilə meydana çıxıram. Fəxr edirəm ki, Azərbaycanın belə böyük komandasının kapitanı adını mənə etibar ediblər. Etimadı doğrultmağa çalışıram.
- Yayda Rusiyadan təkliflər almışdınız?
- Heç bir təklif gəlməyib. Yalnız birinci dəstədən olubsa, ona da heç baxmamışam. Çünki biz “Neftçi” ilə Avropa Liqasına hazırlaşırdıq. Mən çoxdan bu turnirdə oynamaq istəyirdim.
- Cari mövsümün 7 oyununda bütün karyeranız ərzində vurduğunuzdan çox – 3 qola sevinməyinizi nə ilə izah edərdiniz?
- “Spartak”da sırf dayaq yarımmüdafiəçisi kimi oynayırdım. İndi daha hücumameylli futbolçu kimi əsasən ön xətdə oynayıram. Bu mövsüm bir oyunda o qədər qol epizodum yarandı ki, bütün karyeram ərzində bu qədər olmamışdı. Hətta üç qol vura bilərdim. “Spartak”da heç bir qol epizodumun da olduğunu xatırlamıram. Yalnız oyunsonrası penaltilər seriyasında fərqlənmişdim.
- Rusiya çempionatını izləyirsinizmi?
- Xeyr, ümumilikdə baxmıram. İndi uşaqlar... Düzünü desəm, mən heç Azərbaycan çempionatına da baxmıram (gülür). Belə alınır ki, İngiltərə, İspaniya çempionatları və Çempionlar Liqasına baxıram. Əvvəllər isə bir oyun da buraxmazdım. Bir az da “Yuventus”u izləyirəm. Amma onların İtaliyada hər şeyi asanlıqla əldə edir.
- Uzun müddət Rusiya və Azərbaycan millilərindən hansında çıxış etməyi müəyyənləşdirə bilmirdiniz. Seçiminizə nə səbəb oldu?
- Avropaya getməyə qərar verdim. Hələ buna qədər Azərbaycan yığmasında oynaya bilərdim. Amma limitə düşməmək üçün imtina edirdim. Razılaşa bilərdim. Amma Rusiyada oynamaq xeyli çətin olacaqdı. Buna görə də Avropaya gedən kimi təklifi qəbul etdim.
- Azərbaycan millisində Robert Prosineçkinin rəhbərliyi altında debüt etdiniz. Onunla çalışmaqdan hansı təəssüratlarımız qalıb?
- O, sanki bir az arxayın idi. Həmişə gərginlik olmadan çalışırdı. Bütün məşqlər yalnız futboldan ibarət idi. Nə isə spesifik bir şey olmurdu. Sadəcə, komanda oynayırdı.
- Yığmada vurulan ilk qol hansı hisslərə səbəb oldu?
- Yoxlama oyunu idi deyə, emosiyalar o qədər çox deyildi. Lakin əlbəttə ki, yığmada qol vurmaq çox xoşdur.
- Qarşıda Millətlər Liqasının iki oyunu var. Bu turnirə münasibətiniz necədir?
- Pis yanaşmıram. Azərbaycan kimi yığmalar üçün bu turnir Avropa çempionatına düşmək üçün şansdır. Bizə ağır olacaq. Kosovonun yaxşı yığması var. Şansımız var, hər iki oyunda qələbə qazanmalıyıq.
- Final mərhələsinin 4 matçının Bakıda keçirilməsi motivasiyanızı artırırmı?
- Əgər Bakı AVRO-2020-ni qəbul etməsəydi belə, yarışa düşmək istəyimiz olacaqdı (gülür).
- Şəhərin AVRO-2020-yə hazırlaşdığı hiss olunur?
- Yox, hiss olunmur. Bakı orada turnirin olub-olmamasına baxmayaraq daim tikilir. 10 il əvvəlki ilə müqayisədə bu tam başqa şəhərdir. (matç.az)
"Qarabağ" "Neftçi"yə belə qalib gəldi - Video
"Qarabağ" "Neftçi"yə, "Sabah" "Səbail"ə qalib gəldi
"Sabah"ın qələbəsindən - Video
Berezutski: "Çox qol buraxırıq"
"Matçın sonlarında yorğunluq oldu" - Elvin Məmmədov
Premyer Liqa klubları onu hədəflədi
"Qarabağ" - "Neftçi" matçı üçün - Heyətlər
Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
Remzi çıxış etdiyi komandanın baş məşqçisi oldu
Mahir Emreli dubl etdi - Yenilənib
"Sabah" - "Səbail": Heyətlər açıqlandı
"Fənərbaxça"nın futbolçusu xəstəxanaya yerləşdirildi
"Qarabağ" - "Neftçi" matçına nə qədər bilet satılıb?
Tanış mənzərə, ağır mənzərə…
Millimiz Estoniyaya uduzdu
MOİK-in futbolçusundan möhtəşəm qol - Video
Xorvatiya millisinin sabiq üzvü qəzada həlak oldu
Almaniya klubu kapitanı ilə müqaviləni uzatdı
"Arsenal"ın əsas hədəfi bilindi
"Araz-Naxçıvan" 100-ə çatdı
30-cu sülh
"Santos"dan Neymar açıqlaması
Ançelottinin işini o görəcək
Ronaldo "Çelsi" və ya "Mançester Siti"yə keçə bilər
Messinin TOP-10-luğunda bir türk də var
“Qalatasaray” 3 xalı 2 qolla qazandı - Video
"Traktor" çempionluğa bir addım da yaxınlaşdı
"Karvan" məğlubiyyətdən qaçdı - Video
“Qalatasaray” və “Konyaspor”dan qələbə
"Qəbələ"nin ilk məğlubiyyətindən - Video
"Yamal Messi deyil"
Mərdəkanda 2 qol, 1 "qırmızı" - Video
"İkinci sarı vərəqə "ucuz" qərar idi" - Elmar Baxşıyev
"Komandamız pis təsir bağışlamadı" - Yunis Hüseynov
"Araz-Naxçıvan" "Turan Tovuz"la bərabərə qaldı
Flikdən La Liqaya sərt tənqid
"Neftçi" "Qarabağ"la matça 4 itki ilə çıxacaq
"Qəbələ" ilk məğlubiyyətini aldı, "Karvan"dan heç-heçə