"Neftçi”nin hücumçusu Baqali Dabo klubun rəsmi saytına müsahibə verib.
Qol.az xəbər verir ki, Çempionluq uğrunda mübarizədə komandasının əsas rəqiblərinin hansılar olduğunu deyən fransalı futbolçu "Qarabağ”ın qapısından keçirdiyi qolu xüsusi şəkildə qeyd etməyinə də aydınlıq gətirib.
- "Qarabağ”ın qapısından keçirdiyiniz top sizin üçün əlamətdar olub. Bu, sizin Azərbaycan çempionatlarında vurduğunuz 25-ci qol idi. Qolları sayırsız?
- Xeyr, mən qollarımı saymıram, məhsuldar ötürmələrimi sayıram.
- Artıq siz bombardirlər siyahısında "Sabah”ın üzvü Marko Deviçlə 1-2-ci yerləri bölüşürsüz...
- Bu əladır, amma məqsədim çempionatın bombardiri olmaq deyil, "Neftçi” ilə çempion olmaqdır.
- "Qarabağ” üzərində qələbədən sonra eyforiyaya qapanmamaq çətindir?
- Əsla! Peşəkar futbolçuyuq, belə fikirlərdən uzaq olmalıyıq. Geridə cəmi 9 tur qalıb, çempionatın böyük hissəsi hələ qarşıdadır. Heç bir eyforiyadan söhbət gedə bilməz. İndi bütün fikirlərimiz "Keşlə” ilə oyuna yönəlib.
- "Gülümsəmirəmsə, o demək deyil ki, xoşbəxt deyiləm” sözlərini bu yaxınlarda demişdiz və vurğulamışdız ki, adətən qolları qeyd etmirsiz. Buna baxmayaraq, "Qarabağ”a üçüncü qolu vuranda sevincinizin həddi-hüdudu yox idi. Bilmək olar niyə?
- Düzü, qoldan bir neçə dəqiqə əvvəl rəqib "fair play”ə uyğun oynamadı. Bu amil məni bir az əsəbləşdirdi. Üstəlik, qol da vurdular. Bu oyunda, həm də o cür azarkeş dəstəyi altında bizi qələbədən başqa heç bir nəticə qane etməyəcəkdi. Biz qələbəyə layiq idik və üçüncü qol bütün suallara aydınlıq gətirdi. Ona görə də həmin an çox emosional idim.
- Sizcə, çempionluq uğrunda mübarizədə "Neftçi”nin əsas rəqibləri hansı klublardır?
- Məncə, bu mübarizədə əsas rəqiblərimiz "Qarabağ”, "Qəbələ” və "Sabah”dır.
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı