"Keşlə"nin müdafiəçisi Ruslan Əmircanov Qol.az-a müsahibə verib. Mladen Milinkoviçin istefaya göndərilməsinə münasibət bildirən təcrübəli futbolçu Tərlan Əhmədovun təyinatı haqda da danışıb.
- Başlayaq Mladen Milinkoviçin istefaya göndərilməsindən. Səncə, serbiyalı mütəxəssisin gedişindən sonra "Keşlə"də hər şey qaydasına düşəcək?
- Komandanın uğursuzluğunu yalnız Milinkoviçin üstünə atmaq düzgün deyil. Çünki meydançaya çıxan 11 nəfər futbolçudur. Baş məşqçinin verdiyi tapşırıqları biz yerinə yetiririk. Məşqçinin başını uca edən də, aşağı salan da futbolçulardır. Sən bura Joze Mourinyonu gətir, komanda çıxıb ardıcıl zəif oynasa, o boyda mütəxəssisin adını batıracaq. Ancaq zəif, birinci liqadan hansısa tanınmayan birini gətir, komanda yaxşı oynaya-oynaya onu ulduz edəcək. "Keşlə" sanki qara zolaqdadır. Uğursuz nəticələr əldə edir, istədiyimiz kimi oynaya bilmirik. Amma ayrı-ayrılıqda heç bir komandadan geri qalmırıq. Baş məşqçi ilə yolların ayrılması rəhbərliyin qərarıdır. Onlar nə desə, odur. Çünki futbolçular yalnız verilən tapşırıqları yerinə yetirir. Milinkoviçə yeni karyerasında uğurlar arzu edirəm. Həyat davam edir.
- Artıq komandanın yeni baş məşqçisi məlumdur. Tərlan Əhmədovun təyinatını necə qarşıladın?
- Ona da işində uğurlar arzu edirəm. Yəqin ki, geridönüş edəcək. Tərlan müəllimlə hələ "Karvan"da bir yerdə oynamışam. Sonra isə "Neftçi" və AZAL-da onun rəhbərliyi altında oynamışam. Onu çox gözəl tanıyıram, bilirəm, nə cür gözəl insandır. Karyerasına baxsaq, məşqçi kimi çox uğurlara imza atıb. Ona görə də komandaya gəlməyinə çox sevindim. İnanıram ki, bundan sonra komandamız tamam başqa futbol oynayacaq. "Keşlə"ni qara zolaqdan çıxarmaq üçün əlindən gələni edəcək. Təbii ki, o, təkbaşına bunu bacara bilməz. Biz futbolçular da dəstək olmalıyıq. Bir olmasaq, yumruq kimi eyni yerə vurmasaq, Tərlan müəllim yox, Mourinyonu da gətirsən, komanda vəziyyətdən çıxa bilməz. O, özü də hansı yükün altına girdiyini çox gözəl bilir.
- Özün də qeyd etdin ki, vaxtı ilə Tərlan Əhmədovla həm komanda yoldaşı olmusan, həm də rəhbərliyi altında oynamısan. Düşünmürsən, onun gəlişindən sonra ehtiyatda oturmaqdan canın qurtaracaq?
- Ehtiyatda qalmağım o demək deyil ki, formada deyiləm, ya komandaya kömək edə bilmirəm, gücüm yoxdur, qaça bilmirəm. Məşqlərimi edirəm, Allaha şükür, nə cavanından, nə də legionerindən geri qalıram. Hər zaman özümə güvənmişəm və məşqçidən şans gözləmişəm. Verilən şansdan isə iki əlli yapışıb, cırmaqlaya-cırmaqlaya onu əldən buraxmamışam.
- Milinkoviç sənə niyə şans vermirdi? "Keşlə"də öz mövqeyində kimdən zəifsən?
- Sadəcə, Milinkoviç məni görmürdü, oynatmırdı. Digər tərəfdən, komandada limitə uyğun gələn 2 futbolçu var, ikisi də mənim mövqeyimdə çıxış edir. Ehtiyatda qalmağımın səbəbi budur. Özümü kimdənsə zəif saymıram. Hər şeyə Tərlan müəllim özü qərar verəcək. Demirəm, gələn kimi məni oynadacaq. Baxacaq, kim yaxşı formadadırsa, ona da şans verəcək. Fərqi yoxdur, sabah Denis Silva zəif çıxış edəcək, oturdacaq ehtiyatda. O adamı yaxşı tanıyıram, onun üçün fərqi yoxdur. Güclüsənsə, oynayacaqsan, zəifsənsə, ehtiyatda qalacaqsan.
- "Keşlə" hazırda 5 xalla sondan 2-ci pillədədir. Autsayder olmağınız kimin günahıdır?
- Yenə deyirəm, futbolçuları ayrı-ayrılıqda götürsək, heç bir klubdan geri qalmırıq. Sadəcə, bir olmaq lazımdır. Düzdür, demirəm ki, komandada qruplaşma var. Kimsə kimdənsə ayrı gəzir. Hamı bir-birilə mehribandır. Deyib-gülürük, zarafatlarımızdan qalmırıq. Autsayderiksə, bu, sırf baş məşqçinin günahı deyil. Komandanın zəif çıxışının əsas səbəbi futbolçulardır. Amma baş məşqçinin də rolu var. Ona görə də rəhbərlik Milinkoviçlə yolları ayırmaq qərarına gəldi. Rəhbərlik belə qərar verəndən sonra biz kimik ki? Heç kimik. Bundan sonra kitabı açıb, ağ səhifədən komandanın taleyini yenidən yazmaq lazımdır. Yeni baş məşqçi ilə əl-ələ verib, birlikdə komandanı quyudan çıxarmalıyıq.
- Sabah Topaz Premyer Liqanın 7-ci turundan təxirə salınmış oyunda "Qarabağ"la qarşılaşacaqsınız. Bu görüş barədə nə düşünürsən?
- Sabah bizi çox maraqlı və ağır oyun gözləyir. Düzdür, hər iki komanda son vaxtlar qara zolaqdadır. "Qarabağ" Avroliqada yaxşı nəticələr qazanmır. Komandada ruh düşkünlüyü var. Son turda "Neftçi"yə uduzdular, "Səbail"lə matçdakı protokol səhvinə görə texniki məğlubiyyət aldılar. Onlarda da vəziyyət yaxşı deyil. Eyni vəziyyət də bizdədir. Axırıncı yerdə gedirik. Yeni baş məşqçi təyin olundu. Hər iki komanda qara zolaqdan canını qurtarmağa çalışacaq. Onlara da, bizə də qələbə hava-su kimi lazımdır. Ona görə də 90 dəqiqə ərzində meydanın hər qarışı uğrunda mübarizə aparmaq lazımdır. Çünki "Qarabağ" elə rəqibdir ki, bir anlıq boşalma olsa, rəqibi cəzalandırmağı bacarırlar. Fərqi yoxdur, mən oynadım. oynamadım, çox diqqətli olmalıyıq. Hər bir futbolçu final fitinə qədər mübarizə aparmalıdır. Biz də zəif komanda deyilik. Laızm olan nəticəni əldə etməyə çalışacağıq.
Elnur SALAHOV
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı