“Qarabağ”ın futbolçusu Qara Qarayev Topaz Premyer Liqasının 9-cu turunda “Neftçi”yə 1:3 hesablı məğlubiyyətdən sonra jurnalistlərin suallarını cavablandırıb.
Qol.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi əvvəlcə məğllubiyyətin səbəblərindən danışıb.
- Xüsusi səbəb demək istəməzdim. Çalışdıq ki, yaxşı oynayaq. İlk hissədə də, fasilədən sonra da bizim imkanlarımız daha çox oldu. Oyuna nəzarət etdik, ancaq daha vacib olan qoldur. Bunu da rəqib vurdu. 3 tutarlı əks-hücumdan istifadə etdilər. Danışacaq çox şey yoxdur. Düşünürəm ki, bugünkü atmosfer futbolumuz adına çox yaxşıdır. Hər iki komandanın azarkeşlərinə təşəkkür düşür. Oyunun belə maraqlı alınmasında onların da rolu böyük oldu.
- Üstünlük sizdə olsa da, son nöqtəni qoymaqda çətinlik çəkirdiniz.
- İstər çempionat olsun, istər avrokuboklar – son vaxtlar oyunlarda nəzarət edən, qapıya daha çox zərbə endirən bizik. Düşünmürəm ki, az imkan yaradırıq. Bu gün də elə ilk hissədə Emeqaranın qaçırdığı epizod var idi, Slavçevin zərbəsi dirəyə dəydi və s. Sadəcə, qol vurmuruq deyə, bunlar nəzərə çarpmır.
- Gözlənilirdi ki, "Neftçi" əks hücumlara üstünlük verəcək. Düşündüyünüz oldu?
- Rəqibin qolları zamanı ani çaşqınlıqlar olmadı. Düşünülmüş şəkildə belə oynayırdılar. Ümidlərini əks-hücumlara bağlamışdılar. İstəklərinə də çatdılar. İlk hissədəki qol epizodlarında futbolçularımız 1-2 addım geri və ya irəli olsaydı, qarşısını ala bilərdik. Bunu gözləyirdik. Çalışırdıq ki, qarşısını alaq, onlar da daha yaxşı hücum etmək istəyirdilər.
- Yakub Jezniçak start heyətdə idi və çox zəif oyun keçirdi. O, məşqlərə ciddi yanaşır?
- O, çox çalışqandır. 32 yaşı olmasına baxmayaraq, məşqlərdə də çox çalışır. Ola bilər ki, hansısa oyunu zəif keçirsin. Ancaq bu, o demək deyil ki, zəifləyib, yaxud fiziki formasında problem var. Ondan örnək götürüləsi şeylər çoxdur. Əsas oyunçularımızdan biridir.
- Razısan ki, bu il çempionluq yarışı daha çətin keçəcək?
- “Qarabağ” bu il 3 fərqli yarışda mübarizə aparır. Bu da, təbii ki, hansısa oyunlara təsir edir. Bəhanə deyil, amma bəzən həqiqətən də, turnirləri bölüşdürmək çətin olur. 3 gündən sonra yenə oyunumuz var. Həm bu problem, həm də avrokubok və çempionatda bəzi oyunlarda istənilən nəticələrin olmaması motivasiya cəhətdən çətinlik yaradır. Doğru yoldayıq. Nəticə bu gün ola bilər ki, olmasın, sabah da olmasın, amma biz əminik ki, düzgün istiqamətdəyik.
- “Səbail”lə texniki məğlubiyyəti çıxsaq, komanda 2 oyundur uduzur. Bunu eniş adlandırmaq olar?
- “Səbail”lə oyunun ədalətli nəticəsi odur ki, qələbə qazanmışıq. Sadəcə, protokoldakı bir cümləyə görə uduzduq. “Vorskla” ilə avrokubok oyununda da üstün olan biz idik. Çempionatda ikinciyik, Avropa Liqasında qrupda oynayırıq. Bu, “Qarabağ”ın adına eniş deyil. İndi ikinci yerdə olmağımız bizi narahat etmir. Yetərincə vaxtımız var. Qalibiyyətlər hələ qabaqdadır. Azarkeşlərimiz də yanımızdadır. Düşünürəm ki, “Qarabağ” adı daha yüksəklərdə olacaq.
Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı
Almaniya - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Niderland da 100-ü keçdi
İtaliyalı futbolçu yüksək maaş tələb edir
"Real"dan Olise açıqlaması
Daha 1 il “Şahdağ Qusar”da
"Qarabağ" "Zirə"yə qalib gəldi
Niderland - İsveç: Heyətlər
"Turan Tovuz"da 2 ayrılıq
“Neftçi” onunla müqaviləni yenilədi
Millinin baş məşqçisi start heyəti planından danışdı
"Türk xalqını məyus etdiyim üçün üzr istəyirəm"
“Zirə”dən yeni transfer
Bölgə klubu məşqçisini göndərdi
"Vaxt itirəcəksən və mundiala hazır olmayacaqsan"
“Neftçi” heyətini braziliyalı futbolçu ilə gücləndirdi
"Xəcalət çəkirik, utanırıq" - Arda Güler
"Qarabağ" Avstriya klubu ilə qarrşılaşacaq
"Zirə" onunla yolları ayırdı
Ronaldinyo karyerasını bərpa edir
Türkiyə ilə oyunda mundialın rekorduna imza atdı
"Şamaxı"dan ayrılan futbolçu "Sabah"da
Türkiyə pley-off şansını belə itirdi - Video
Montelladan məğlubiyyət şərhi
Braziliyanın Haitiyə vurduğu 3 qol - Video
Canlı yayımda ağladı, təsirli çıxış etdi - Video
Çalhanoğlu üzr istədi
Türkiyəyə qol vurdu, ən yaxşı seçildi
Türkiyə istədi, bayraq yerə qoyulmadı
Seneqal millisində böhran