Əliyar almanların qolunu qeydə almadı - Video
Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda keçirilən Sürix”
(İsveçrə) – “Bayer” (Almaniya) oyununu idarə edən azərbaycanlı FİFA
referisi Əliyar Ağayev qonaqların son dəqiqələrdə vurduğu qolu qeydə
almayıb.
Qol.az-ın məlumatına görə, Leverkuzen təmsilçisi
90+3-cü dəqiqədə - 2:3 hesabı ilə geridə olduqları vaxt bərabərlik qolunu
vurub. Lakin Ağayev Sven Benderin künc zərbəsindən başla vurduğu qolu qeydə
almayıb. O, hücum zamanı Svenin əkiz qardaşı, “Bayer”in kapitanı Larsın rəqib
oyunçuya qarşı kobudluq etməsinə görə bu qərarı verib. Əliyar bu qayda
pozuntusuna görə Lars Benderə sarı vərəqə göstərib.
Xatırladaq ki,
Ə.Ağayev "Sürix"in 3:2 hesablı qələbə qazandığı görüşdə 4 sarı vərəqə göstərib.
O, iki dəfə meydan sahibi, iki dəfə isə qonaq komandanın futbolçularını
cəzalandırıb.