"Hamıya Azərbaycanda olmağı məsləhət görürəm" - "Ufa"nın futbolçusu

"Hamıya Azərbaycanda olmağı məsləhət görürəm" -  "Ufa"nın futbolçusu
MÜSAHİBƏ 24 Oktyabr 2018 / 11:48 4484
-  A +

Rusiyanın "Ufa" klubunun əslən azərbaycanlı futbolçusu Azər Əliyev "Realnoe vremya"ya müsahibə verib.

Qol.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi Azərbaycan və futbolumuzla bağlı sualları da cavablandırıb.

Müsahibəni ixtisarla təqdim edirik


- Azər, səni futbola kim gətirib? 

- Heç kim. Atam futbolu çox sevir. Özü məşğul olmayıb, amma uşaqlıqdan bu idman növünün vurğunudur. Bu il dünya çempionatının bir neçə oyununu canlı izləməklə uşaqlıq arzusunu gerçəkləşdirdi. Çox şadam ki, onun istəyini həyata keçirə bilmişəm.

- Sənin əsl vətənin haradır? Sonuncu dəfə Azərbaycanda nə vaxt olmusan? Bakı xoşuna gəlir?

- Mən Gürcüstanın Bəzəkli kəndində doğulsam da, Rusiyanın Krasnoyarsk şəhərində böyümüşəm. Azərbaycanda sonuncu dəfə 2015-ci ildə olmuşam. Çox gözəl ölkədir, hamıya orada olmağı məsləhət görürəm. Bakı sürətlə inkişaf edən böyük meqapolisdir.

- Hansı qol sənin üçün ən yaddaqalan olub?

- Ümid edirəm ki, mənim üçün əhəmiyyətli, ən yaddaqalan qollar hələ qabaqdadır. Ancaq indiyədək vuruduğum qollardan ən yaxşısını qeyd edə bilərəm. Künc zərbəsindən "Luç"un qapısına gözəl qol vurmuşdum. Top "doqquzluğ"a getmişdi.

- Hansı ökənin futbolu sənə daha xoş gəlir? Gələcəkdə hansı klubda oynamaq istərdin?

- Başa düşürəm ki, mən hələ artırmalıyam. Lakin gücümü İspaniya və ya İtaliya çempionatlarında sınamaq imkanı yaransa, düşünmədən gedərəm. Klublardan "Real"a rəğbətim var.

- Sənin üçün doğma Azərbaycan mədəniyyətindən xüsusi qiymətli olan nədir?

- Azərbaycan mətbəxi. Xüsusilə də anamın əlləri ilə hazırlanan yeməklər.

- Azərbaycan futbolu haqda nə deyə bilərsən?

- Azərbaycanda futbola, o cümlədən, infrastruktura böyük sərmayələr qoyulur. Klublar Avropa arenalarında layiqincə çıxış etməyə başlayıblar. "Qarabağ" və "Qəbələ"nin kifayət qədər güclü heyətləri var.

- Vətənində nərd oyunu populyardı. Bacarırsan bu oyunu?

- Nərd həvəskarı deyiləm, ancaq oynamağı bacarıram. 

Daha çox


Son xəbərlər
23.11.24  12:58

Kompani narazıdır