“Sabah”ın futbolçusu Cavid İmamverdiyev Topaz Premyer Liqasının 8-ci turunda “Sumqayıt” üzərində 1:0 hesablı qələbədən sonra jurnalistlərin suallarını cavablandırıb.
- Son 3 matçda qalib gələ bilməmişdiniz. Bu qələbəyə nəyin hesabına nail oldunuz?
- Düşünürəm ki, bu qələbə bizə çox vacib idi. Ən azından özümüzə gəlmək baxımından. Çünki 3 oyundur uda bilmirdik. Məqsədimiz, komandamızın planları var. Bu qələbəni klubun prezidenti Maqsud Adıgözəlova həsr edirik. Həm komanda yoldaşlarımı, həm də məşqçilər korpusumuzu təbrik edirəm. Şükürlər olsun ki, qələbəni qazandıq.
- Məqsədiniz nədir? Məlumdur ki, “Sabah” fəaliyyətinin 3 ili tamam olmadığı üçün avrokuboklarda çıxış edə bilməz...
- Bu, aydın məsələdir. Məlum səbəbdən bu mövsüm avrokuboklara düşə bilmərik. Bununla belə, nə qədər çox xal toplasaq, bir o qədər rahat olar. Əsas odur ki, Premyer Liqada qalaq. Məqsəd deyəndə, bunu nəzərdə tutdum. Bu komandanın uğuru üçün ancaq canımızı qoymalıyıq, başqa yolumuz yoxdur. Mübarizə aparmalıyıq ki, qələbə qazana bilək. “Sumqayıt” da yaxşı komandadır. Belə rəqib üzərində qələbə qazandığımıza görə çox şadam.
- Ötən mövsüm “Sumqayt”dakı çıxışınızla müqayisədə indi bir az fərqli mövqedə çıxış edirsiniz. Orada daha çox hücumda yer alırdınızsa, hazırda müdafiəyə kömək edirsiniz. Bu, baş məşqçiniz Elşad Əhmədovun göstərişidir, yoxsa öz seçiminizdir?
- Əlbəttə, baş məşqçinin göstərişidir. Mənin üçün fərqi yoxdur, baş məşqçi harda deyirsə, orda oynayaram. Hər məşqçi də eyni futbolu istəmir. Elşad müəllim məndən bu futbolu tələb edir. Mən də əlimdən gəldiyi qədər onun dediyini yerinə yetirməyə çalışıram.
- Ancaq “Sumqayıt”da daha ön planda görünürdünüz, qollar vururdunuz. Təsadüfi deyil ki, həmin vaxt adınız “Qarabağ”, “Neftçi”, “Qəbələ” kimi klublarla yanaşı çəkilirdi. İndi bir qədər kölgədə qalmağınız sizi narahat etmir?
- Yox! Düşünürəm ki, özümə gələcəyəm. Bildiyiniz kimi, təlim-məşq toplanışına da gec qatıldım. Toplanışdan qayıdandan sonra ardarda iki dəfə zədə aldım. İndi özümə gəlirəm. İnanıram ki, əvvəlki Cavidi görəcəksiniz (Report).
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı